![]() |
|
İyunun 25-də 203 nəfər Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında işə götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, onlardan 33 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş gənclər, 5 nəfəri isə şəhid ailələrinin üzvləri olub.
Ölümü ilə dastan yazan Milli Qəhrəman, general-mayor Polad Həşimovun xatirəsi gənc heykəltəraş tərəfindən əbədiləşdirilib.
Heykəli hazırlayan Rəssamlıq Akademiyasının sonuncu kurs tələbəsi Təbriz Soltanlı daha əvvəl də Milli Qəhrəmanın büstünü ərsəyə gətirib.
Polad Həşimovla yanaşı, 44 günlük Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın da heykəlinin maketi hazırlanır.
Mərdlik simvoluna çevrilən şəhid xanımın heykəlini gənc heykəltəraş Müstəqil Balayev ərsəyə gətirib.
Gənc heykəltəraşlar igid döyüşçülərə həsr olunan əsərlərinin paytaxtın görkəmli yerlərindən birinə qoyulmasını arzu edirlər.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva məsələ qaldırıb. Onun sözlərinə görə, hər gün yüzlərlə insan yazır ki, Azərbaycana gəlmək istəyir, amma biletlər əksər ölkələrlə müqayisədə qat-qat bahadır:
“Mən bu məsələni bir dəfə də qaldırmışdım. Amma nəticə olmadı. Gediş-gəliş edən tək turistlər deyil, tələbələrimiz, xəstələrimiz də var. Mən xahiş edirəm ki, bu məsələyə baxılsın. AZAL-a çağırış edirəm, müvafiq qurulmara da müraciət edirəm ki, məsələyə baxılsın".
Vətən müharibəsi qazisi Ruslan Kazımov dəfn olunub.
"Mərhum doğulduğu Ağstafa rayon Kolxəlifə kəndinin qəbristanlığında torpağa tapşırılıb.
Dəfndə qazinin yaxınları, rayon sakinləri, ictimaiyyət nümayəndələri iştirak edib.
***
Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanan hərbi qulluqçusu vəfat edib.
Vətən müharibəsi qazisi, kiçik çavuş Kazımov Ruslan Mustafa oğlu iyunun 24-də evində vəfat edib.
R.Kazımovla vida mərasimi onun doğulub boya-başa çatdığı Ağstafa rayonunun Kolxəlifəli kəndindəki evində keçirilir.
Mərasimdə qazinin yaxınları, ailə üzvləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra R.Kazımov bu gün Ağstafa rayonunun Kolxəlifəli kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, R.Kazımov 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində iştirak edib. O, döyüşlərin birində ağır yaralanıb. Daha sonra müalicəsini davam etdirib.
Allah rəhmət eləsin!
Bu barədə "Yol-xeber.az"a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm sərnişindaşımaları dayandırılacaq.
Məlum olduğu kimi, 26 iyun - Silahlı Qüvvələr Günü şənbə gününə təsadüf etdiyindən 28 iyun bazar ertəsi günü qeyri-iş günü hesab edilir.
Lakin Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, metropolitendə sərnişindaşımaya iyun ayının bütün günlərində icazə verilir.
Yazılı icraat institutu yaradılır.
"Bununla bağlı Mülki Prosessual Məcəlləyə dəyişiklik edilir.
Dəyişikliklə yazılı icraat institutu (məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinləmək üçün çağırılmadan baxılma) yaradılır. Apellyasiya instansiyası məhkəməsində qərardadlardan verilmiş şikayətlərə, kassasiya və əlavə kassasiya icraatı isə tam şəkildə yazılı icraata keçir.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə AK prezidenti Ursula fon der Leyen “Twitter” hesabından xəbər paylaşıb.
“Aİ ölkələrində 346 milyon doza vaksin vurulub, 424 milyon peyvənd əldə edilib” – deyə komisiya rəhbəri qeyd edib.
Aİ ölkələri qarşısında iyul ayının sonunadək əhalinin 70 faizini tam peyvəndləmək vəzifəsi qoyulub. Uşaq və yeniyetmələrin də peyvəndlənməsinə başlanılıb.
Şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edən şəxs 3-cü ölkəyə keçə bilməyib.
Xəzər TV xəbər verir ki, bu hadisə paytaxt sakini İsmayıl Eyyubovun başına gəlib.
O, iyunun 18-i Türkiyəyə işgüzar səfər edib. İki gün sonra isə xarici pasportu ilə Türkiyə üzərindən Gürcüstana keçmək istəyib. Bu zaman o, hava limanında təyyarəyə buraxılmayıb.
Turizm üzrə ekspert Murad Əhədzadə bu problemin son günlər çox yaşandığını deyir. Bildirir ki, Türkiyə üzərindən tranzit olaraq üçüncü ölkəyə səfər etmək istəyənlər Azərbaycanı tərk edərkən mütləq Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə deyil, xarici pasportla daxil olmalıdırlar. Çünkü üçüncü ölkəyə daxil olmağın əsas şərti Azərbaycanı tərk edərkən xarici pasporta möhürün vurulmasıdır.
Murad Əhədzadə bildirir ki, Türkiyəyə tək şəxsiyyət vəsiqəsi ilə səfər imkanı yeni olduğundan, tranzit uçan turistlər məlumatsızlıqdan tez-tez belə problemlə üzləşirlər. Ancaq yaxın gələcəkdə bu problemin həll edilməsi gözlənilir.
Xatırladaq ki, aprel ayının 1-dən etibarən Azərbaycan vətəndaşları tək şəxsiyyət vəsiqəsi ilə yalnız Türkiyəyə səyahət edə bilərlər. Həmin ölkədə vizasız qalma müddəti isə 90 gündür.
Manset.az-a açıqlama verən N.Əliyeva onun haqqında yazanlara, danışanlara qarğış edib:
“Yazmağa mövzu tapmırlar. Bu dünyada yeganə mövzu Bakı Slavyan Universitetidir. Müharibədən çıxmış ölkəmiz gözəl günləri yaşayır. Bu gözəl günlərə özünü həsr eləmiş insanlar var. Canını bu torpaq uğrunda qurban verən qəhrəman oğullarımızdan yazsınlar.Mən artıq bu şeylərdən yorulmuşam. Ərizəmi də yazdım, indi məndən nə istəyirlər? Kim mənim haqqımda nə yazırsa, cavabını allahdan alsın. Həqiqəti yazmayanlar Nurlana xanım kimi ədalətsizliyə tuşlansınlar. Mənim haqqımda çox şey yazırlar nə olsun?Yazırlar ermənidir. Nurlana xanımın hər gün oxuduğu "Ayətəl Kürsü"lər, hər gün oxuduğu dualar onlara qənim olsun. Nurlana xanımın nənəsi Tutbəyimin, Hacı seyidin cəddi onlara qənim olsun.Allahdan alsınlar paylarını.Nurlana xanım peşəkarlıqla, vicdanla,insan kimi, ölkənin anası kimi işlədi. Mən peşəkar pedoqoji təhsil təşkilatçısı kimi çalışdım. Bundan artıq mənə heç nə lazım deyil.75 yaşım var, vicdanımın qarşısında rahat həyatımı sürürəm. Qurtardıq!”
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ötən gün karantin qaydalarının pozulmasına görə tətbiq edilən, lakin ödənilməmiş cərimələrin əfv ediləcəyini açıqlayıb. O, ümumilikdə cərimələrin silinməsinin 245 min vətəndaşı və 344 hüquqi şəxsi əhatə edəcəyini söyləyib.
Sözügedən qərar Azərbaycanda da müzakirələrə səbəb olub. Bir çox sosial şəbəkə istifadəçiləri bənzər addımın bizdə də atılması gərəkdiyini söyləyiblər.
Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı “Ölkə.az”ın sorğusuna cavabında bildirib ki, bu barədə qurumda hər hansı bir məlumat yoxdur.
Nazirlər Kabinetindən sözügedən qərarla bağlı müzakirələrə hər hansı münasibət bildirilməyib.
Millət vəkili Fazil Mustafa isə “Ölkə.az”a açıqlamasında cərimələrin ləğv olunmasının tərəfdarı olduğunu söyləyib:
“Bu məsələ Milli Məclisdə qaldırıla bilər. Amma çox güman ki, indiki vəziyyətdə yox. Çünki indi toylarla bağlı yeni qərar qəbul edildi. Hələ karantinlə bağlı müəyyən məhdudiyyətlər qalır. Biz indi bu cərimələrin hamısını bağışlasaq, toyda hər hansı bir cərimə tətbiq edilməsinin mənası qalmır. Belə olan halda hər kəs istədiyi kimi davranacaq. Ona görə də bunu bir müddət sonra etmək daha məqsədəuyğun olar. Tərəfdarıyam ki, bu cərimələr qaldırılsın, amma vaxtı da doğru seçmək lazımdır ki, bu, keçirilən tədbirlərin effektini öldürməsin. Cərimələr indi ləğv olunsa, bundan sonra toyda, yasda heç kimin vecinə olmadan yoluxmaya rəvac verə biləcək addımlar atıla bilər”.
Deputat daha əvvəl tətbiq edilmiş, amma ləğv olunan SMS-icazə, açıq havada maska taxılması və s. kimi hallarla bağlı cərimələrin ləğv olunmasını dəstəkləyib:
“Müəyyən detallara görə ola bilər, amma bütövlükdə ləğv etmək tədbirlərin effektsizliyinə gətirib çıxaracaq”.