![]() |
|
Bu klinikalar ucqar dağ kəndlərində fəaliyyət göstərəcək. Mobil klinika bir neçə otaqdan ibarətdir və zəruri tibbi avadanlıqlarla təhciz olunub.
Vətəndaşlara həmin avtomobillərdə təcili tibbi xidmət göstəriləcək.
Daha ətraflı Baku Tv-nin süjetində:
Müdafiə Nazirliyi Laçın rayonunun Seyidlər kəndindən videogörüntülər yayıb.
Həmin görüntüləri təqdim edirik:
Şəkidə Xan məscidində yeni qəbir tapılıb.
Yol-xeber.az-ın lent.az-a istinadən məlumatına görə, yeni tapılan qəbirin Hüseyn xana aid olduğu deyilir.
Şəki “Yuxarı baş” Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov Lent.az-a açıqlamasında faktı təsdiqləyib.
O qeyd edib ki, Xan məscidi bir müddətdir təmirə bağlanıb: “Məsciddə aparılan arxeoloji qazıntılar zamanı orada yeni qəbir tapıldı. Tapılan qəbrin Hüseyn xana məxsus olduğu ehtimal edilir. Qəbir tam açıldıqdan sonra kimə məxsus olduğu dəqiq bilinəcək”.
İmişli bazarında baş vermiş yanğınla bağlı sahibkarlar bir neçə gün öncə rayonun icra hakimiyyəti binası qarşısına toplaşaraq icra hakimiyyətindən və müvafiq qurumlardan onlara dəyən zərərin ödənilməsini istəyiblər.
Sahibkarlar iddia edir ki, obyektlərinin yanmasında əsas səbəb burada elektrik xətlərində yaranan qısa qapanma olub. Buna qədər ticarət mərkəzində gün ərzində bir neçə dəfə elektrik enerjisi kəsilib və həmin gün elektrik enerjisinin olmayacağı deyilib. Hadisə günü saat 6-7 radələrində isə sahibkarlar obyektlərini bağlayıb getdikdən sonra elektrik enerjisinin verilməsi təmin edilib. Bu da dərhal alovlanma və yanğının baş verməsinə səbəb olub.
Maraqlıdır ki, əgər sahibkarların iddiaları əsaslıdırsa, onlara kompensasiya ödənilə bilərmi?
Məsələni “Ölkə.az”a şərh edən sığorta üzrə ekspert İlkin İbrahimov bildirdi ki, sığorta kompensasiyasının ödənilməsi üçün daşınmaz əmlakın icbari sığortası olmalı idi. Burada isə hər hansı bir sığorta yoxdur:
“İcra hakimiyyətləri də onlara elə bu cavabı verəcək ki, sığorta etdirməli idilər. İcra hakimiyyətləri ilə vətəndaşlar arasında belə məsələlər həmişə olub. Bundan əvvəlki bazar yanğınları da eynilə belədi. Yəqin ki, istintaq orqanı hazırda məsələ ilə bağlı araşdırma edir. İstintaq yekunlaşdıqdan sonra yanğın səbəbinin qısa qapanma olduğu ortaya çıxarsa və “Azərişığ”ın günahı olduğu ortaya çıxarsa, bu məsələyə baxıla bilər. Çünki hadisə hər hansı bir tərəfin günahı ucbatından baş verirsə, zərəri həmin tərəf ödəməlidir. Əgər bazar rəhbərliyi də problemin qarşısını almayıbsa, o da bu məsələdə iştirak edə bilər. Buna görə də, istintaq orqanının yekun qərarını gözləməliyik”.
Ekspert bildirib ki, sığortanın olmamasına görə birbaşa bazar rəhbərliyi məsuliyyət daşıyır. Çünki onlar öz əmlaklarını vaxtında sığorta etdirməli idilər ki, belə hallarda kompensasiya verilsin:
“Lakin onlar da deyə bilər ki, biz sığorta şirkətlərinə müraciət edirdik, onlar isə sığortalamırdı. Çünki sığorta şirkətləri bütün təhlükəsizlik qaydalarını nəzərə alır. Məsələn, obyektdə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalı, əlavə olaraq da bazarda satılan mallarla bağlı vergi şəffaflığı təmin olunmalıdır ki, sığorta şirkəti sığortalamaya getsin.
Sahibkarların sığortalanmasına nəzarəti Fövqaladə Hallar Nazirliyi (FHN) edir. Bununla bağlı yəqin ki, FHN açıqlama verəcək. Çünki FHN obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət edir və ola bilər ki, bununla bağlı qurumun bazar rəhbərliyinə bir neçə müraciəti olub. Əslində FHN tərəfindən 3 dəfə belə müraciət olunduqdan sonra bazar bağlanmalıdır”.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu “Ölkə.az”a açıqlamasında bildirdi ki, transfarmator İmişli bazarının özəl transfarmatoru olub:
“Transfarmator özəl, şəbəkə də daxili şəbəkə olub. Bütün bunlar “Azərişığ”ın balansında olmadığı üçün qurum buna cavabdeh deyil. Sadəcə bazarın rəhbərliyinin müraciəti əsasında “Azərişıq” özəl transfarmatoru onların istəyi ilə dəyişib və akt əsasında oraya cərəyan verilib”.
Fövqaladə Hallar Nazirliyi təhlükəsizlik məsələsi ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, vətəndaşlar hadisə zamanı təqribən 200 nəfərə yaxın sahibkarın obyektinin yandığını və heç bir məhsulun bazardan çıxarıla bilmədiyini söyləyiblər. Bildirilib ki, sahibkarların 20 min manatdan 250 min manata qədər əmlaklarına ziyan dəyib.
Deputatlara problemləri və onları narahat edən məsələləri qaldırmağa imkan yaradılmalıdır.
"Bunu millət vəkili Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, deputatlara seçicilərin problemlərini burada səsləndirməyə imkan verilməlidir.
"Düzdür, 30 dəqiqə imkan verilir və bu müddət ərzində çıxış edə bilir, amma qalanları öz fikirlərini deyə bilmir. Ona hörə də hesab edirəm ki, bu müddət artırılsın və daha çox deputata öz fikrini deməyə imkan verilsin", - deputat bildirib.
Millət vəkili eyni zamanda bahalaşma ilə bağlı pensiyaçıların vəziyyətini nəzərə almağı təklif edib.
AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan bildirilib ki, proqnoz dövründə - iyulun 3-dək Günəş fəallığı aşağı səviyyədə olacaq. Yüklü zərrəciklər - 2 MeV-dən böyük enerjili elektron selinin proqnoz dövründə normal səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən böyük enerjili proton selinin fon səviyyəsində olacağı proqnozlaşdırılır.
İyulun 2-də Günəş küləyinin şəraiti daha az həyəcanlaşdırıcı olması ehtimalı ilə geomaqnit sahə əsasən sakit olacaq. İyulun 3-də CME (29 iyun) hesabına geomaqnit sahənin qeyri-stabil olmaqla dəyişməsi gözlənilir.
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 30-35 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacaq.
İyulun 2-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 23-28 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə isə, iyulun 2-3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi ziyarətlə bağlı hazırlıqların davam etdiyini bildirib.
Dövlət qurumu koronavirusla bağlı ciddi tədbirlər gördüyünü açıqlayıb.
Belə ki, təmasların azalması üçün zəm-zəm şüşələrin paylanılmasında və müqəddəs məkanların təmizlənməsində robotlardan və sünii intellektli maşınlardan istifadə olunacaq.
Bu barədə Səudiyyə Ərəbistanı İki Müqəddəs Məscid İşləri başçısı Şeyx Əbdül Rəhman Əl-Sudais deyib.
O bildirib ki, yaşlı və əngəlli zəvvarlar üçün 800-dən çox maşınlar ayrılıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu il yalnız yerli əhali üçün Həcc ziyarətinə icazə verib. Belə ki, zəvvarların sayı 60 mindən çox olmamalı, xroniki xəstəliyi olmayan, vaksinasiyandan keçmiş, yaş aralığı 18-65 və son 5 ildə Həccə getməyən şəxslər müqəddəs məkanı ziyarət edə bilər.
Təxminən 1 il 4 aydan sonra Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib.
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Yol-xeber.az vasitəsilə toy şənliklərində iştirak edəcək sürücülərə müraciət edib.
V.Əsədov bildirib ki, toyların keçirilməsi zamanı təhlükəsizliyin təmin edilməsi ən vacib şərtlərdən biridir:
“Yol polisi tərəfindən məqsədli və ardıcıl şəkildə keçirilən tədbirlərin nəticəsi olaraq, hadisələrin azalması, ölüm saylarının aşağı düşməsi müşahidə edilir.
Təbii ki, toyların başlanması istər-istəməz spirtli içkinin təsiri altında avtomobilləri idarə edənlərin sayının artacağına ehtimal verir. Amma mən əminəm ki, sükan arxasında olan sürücülər spirtli içkinin təsiri altında avtomobil idarə etməyəcək.
Çünki qanunvericiliyə vaxtında edilən əlavə və dəyişikliklərlə, spirtli içkinin təsiri altında nəqliyyat vasitəsinin idarə edilməsinə görə sürücülük hüququndan məhrumetmə, cərimə, yaxud həbs nəzərdə tutulur.
Xatırladıram ki, avtomabili spirtli içki və güclü təsiredici narkotik vasitələrin, psixotrop maddələrin təsiri altında idarəetmə faktı ağırlaşdırıcı haldır və yüksək məbləğdə cərimənin təyini, eyni zamanda məhkəmə instansiyalarında toplanmış sənədlərə baxılması, il ərzində təkrarən belə xətalara yol verilməsinə görə daha sərt cəzalar nəzərdə tutulur.
Tərəfimizdən vaxtlı-vaxtında təbliğat aparıldığı üçün artıq sürücülər spirtli içki qəbul etdikdə “ayıq sürücü”lərə müraciət edirlər. Təbii ki, bu yaxşı ənənədir”.
Polis polkovniki eyni zamanda deyib ki, toy karvanlarında hərəkət boyu hər hansı bir nöqsan yaranarsa, qanunvericiliyin tələblərinə uyğun olaraq dərhal müvafiq cəza tədbirləri görüləcək:
“Avtomobil sahiblərinin və sürücülərinin, xüsusilə toy sahiblərinin nəzərinə çatdıraraq tövsiyə edirik ki, hərəkət zamanı “Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət edilsin və digərlərinin hərəkətinə maneə yaradılmasın. Yol polisi əməkdaşları tərəfindən “toy karvanı”nın necə hərəkət etməsi ilə bağlı paytaxt ərazisində müşahidələr aparılacaq, onların hərəkəti, eyni zamanda, yollardakı nəzarət-müşahidə kameraları vasitəsilə izləniləcək.
Unutmayın ki, Bakı şəhərinin inzibati ərazisi əməkdaşlarımız tərəfindən tam nəzarətə götürülüb. Ərazidə olan kameralar vasitəsilə hərəkətə günün 24 saatı nəzarət edirik, avtomatik olaraq, elektron qərarlar qəbul etməklə, inzibati tənbeh tədbirləri həyata keçiririk.
Toyların keçirilməsi zamanı xüsusilə yollara yaxın məsafələrdə yerləşən şadlıq saraylarının ətrafında nəqliyyat vasitələrinin düzgün park edilməməsi ərazidə süni sıxlıqların yaranmasına səbəb olur.
Ona görə də bəri başdan vətəndaşlardan xahiş edirik ki, yollara bitişik olan sarayların qarşısında nəqliyyat vasitələrinin düzgün dayanma-durma və park edilməsinə diqqət etsinlər.
Toylar günün pik saatlarında keçirildiyindən istər-istəməz sıxlığa səbəb olur. Süni sıxlıqlar isə vəziyyəti bir qədər də çətinləşdirir.
Ona görə də sürüclərdən xahiş edirik ki, bu məqamlarda həssaslıq nümayiş etdirsinlər. Bu cür informasiyaları verməkdə mqəsədimiz sürücüləri cərimələmək deyil, onları daha intizamlı olmağa dəvətdir”.
Xatırladaq ki, koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılması nəzərə alınaraq, Nazirlər Kabineti 13 mart 2020-ci il qərarı ilə xüsusu karantin rejiminin tətbiq edilməsilə ölkə ərazisində 16 mart tarixindən etibarən toy mərasimlərinin keçirilməsi qadağan olunmuşdu.
Fövqəladə Hallar Nazirliyi (FHN) Füzuli rayonunda baş verən yanğınla bağlı daha bir məlumat yayıb.
FHN-dən bildirib ki, 30 iyun 2021-ci il tarixində nazirliyin "112" qaynar telefon xəttinə rayonun Qacar kəndində (Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumat əsasında əraziyə dərhal FHN-in Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb. Hazırda yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Əlavə məlumat veriləcək.