Azərbaycanda köhnə avtomobillərin utilizasiyası üçün son addımlar atılır. Bununla bağlı hazırlanan yeni proqram tamamlanmaq üzrədir. Layihədə vətəndaşları maraqlandıran bəzi məqamlara aydınlıq gətirilib.

Ölkəmizdə istismara yararsız nəqliyyat növlərinin utilizasiyası proqramının tətbiqi ilə bağlı əsas mərhələ yekunlaşıb.

"Təmiz Şəhər" Açıq Səhimdar Cəmiyyətinin hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov "XəzərXəbər"ə bildirdi ki, layihədə 2 dəfə zəruri dəyişiklik edilib. Onun sözlərinə görə proses sonuncu mərhələdədir.

Qurum rəsmisi qeyd etdi ki, müəyyən məsələlərlə bağlı texniki fikir ayrılıqları dəqiqləşdikdən sonra qısa müddət ərzində layihələr baxılması üçün Nazirlər Kabinetinə göndəriləcək. Mirzə Laçınov vətəndaşlar üçün qaranlıq qalan əsas məsələlərdən birinə də aydınlıq gətirib.

Layihədə stimullaşdırıcı addımlar da nəzərdə tutulub. Mirzə Laçınov vurğuladı ki, Nəqliyyat vasitəsini utilizasiyaya verdikdən sonra təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobil alınarkən həmin nəqliyyat vasitəsinin alış məbləğinə güzəşt tətbiq ediləcək.

Utlizasiya proqramının əsas məqsədi ekologiyanın köhnə avtomabillərdən çıxan zərərli qazlarla çirklənməsinin qarşısını almaqdır. Qeyd edək ki, layihə təsdiq olunduqdan sonra tətbiq olunmağa başlayacaq.

Şabranın Uzunboyad bələdiyyəsinin sədri Rafiq Tofiq oglu Muradov "avtoşluğa” görə cərimələnib. 

Yol-xeber.az xəbər verir ki, bu haqda "Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, olay ötən ay baş verib. Rafiq Muradov rayon ərazisində yol hərəkəti qaydalarını  kobud surətdə pozub. Dövlət Yol Polisi İdarəsinin Şabran rayon şöbəsinin əməkdaşlarının saxla əmrinə tabe olmayıb. "Avtoş” bələdiyyə sədrinin saxlanılması üçün tədbir görülüb, rayon ərazisində Rafiq Muradovun idarə etdiyi avtomobil saxlanılıb. Bələdiyyə sədri canını cərimə ödəməklə qurtara bilib.

Rafiq Muradovun adı mətbuatda 2018-ci ildə də hallanmışdı. Həmin ilin noyabrında bələdiyyə sədrinin oğlu, 2004-cü il təvəllüdlü Tofiq Rafiq oğlu Muradov idarə etdiyi "VAZ-2107" markalı, Az 90 XF 512 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 2005-ci il təvəllüdlü Səkinə Ramin qızı İsmayılovanı vurub. S.İsmayılova təcili tibbi yardım avtomobili ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ ayağının baldır nahiyəsinin sınığı diaqnozu qoyulub, yaralı  tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Həmin vaxt bələdiyyə sədrinin oğlunun idarə etdiyi avtomobillə 2 nəfərin vurulması xəbəri vardı. Lakin o dövrdə Rafiq Muradovun qrup yoldaşı, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin müdaxiləsi ilə qəzanın miqyası kiçildilib, bələdiyyə sədrinin oğlu cəzadan kənar saxlanılıb. 

Bundan başqa, Rafiq Muradovun Uzunboyad kəndində əhalinin narazılığına səbəb olan bir neçə addım atdığı haqda da xəbərlər var. 44 günlük Vətən müharibəsində şəhid olan Uzunboyad sakinlərinə həmkəndliləri xatirə parkı tikmək qərarı veriblər. Park üçün kəndin mərkəzində boş torpaq sahəsi seçilib.

Bələdiyyə sədri Rafiq Muradov buna qarşı çıxıb, kəndin kənarında bir yer göstərməklə parkın tikintisinin orada aparılmasına çalışıb. Sakinlərin etirazlarından sonra isə bələdiyyə sədri ortaya bir sənəd çıxarıb ki, bəs bu torpaq sahəsi mənimdir. Sakinlərin ciddi təpkisindən sonra məsələyə rayon rəhbərliyi qarışıb, sonda bələdiyyə sədri geri çəkilməli olub.

Prezident İlham Əliyevin iyunun 17-də imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncama əsasən, bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayır.

Sərəncama uyğun olaraq, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Artıq müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar iyunun 25-30 tarixlərində Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı SHXÇDX tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim norması daxilində olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. 

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 21-26, gündüzlər 29-34, bəzi günlərdə 37-41 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 2-3 mm) olacaq.                                                        

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 22-27, gündüzlər 33-38, bəzi günlərdə 40-43 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-16 mm) olacaq.                                    

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 16-21, gündüzlər 23-28, bəzi günlərdə 30-35 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 36-73 mm) olacaq.                          

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 20-25, gündüzlər 32-37, bəzi günlərdə 39-41 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 mm) olacaq.          
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 20-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 20-25, gundüzlər 29-34, bəzi günlərdə 37-40 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma  9-118 mm) olacaq.      

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 22-27, gündüzlər  35-39, bəzi günlərdə 41-44 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 3-22 mm) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 21-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 20-25, gündüzlər 29-34, bəzi günlərdə 35-39 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 7-33 mm) olacaq.

Tanınmış aktyor, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışının iki ay ərzində baş tutacağını bildirib.

"Bu barədə o, yazıb:

“Çoxdan bəri Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışını gözləyən hər kəs üçün çox yaxşı, pozitiv xəbər! Bu gün Heydər Əliyev Fondunun nümayəndələri ilə əlaqə saxladım və mənə bildirdilər ki, iki ay ərzində böyük həmyerlimizin abidəsi planlaşdırıldığı yerdə - İçəri Şəhar metro stansiyasının yaxınlığında ucaldılacaq. Görkəmli azərbaycanlı, xeyriyyəçi və vətənpərvər Hacı Zeynalabdin Tağıyevin şəxsiyyətinə sayğı göstərən və hörmət edənləri bu gözəl xəbər münasibətilə təbrik edirəm!”, - deyə B.Bağırzadə qeyd edib.

Həmçinin o, abidənin açılışının böyük tarixi və mədəni hadisə olduğunu vurğulayıb.

Bu gündən Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir.

Nazirlər Kabineti müəyyən şərtlər nəzərə alınmaqla iyulun 1-dən şənlik mərasimlərinin keçirilməsinə icazə verib.

50 nəfərdən çox qonağın iştirak etdiyi toylarda COVID-19 pasportu tələb olunacaq

Belə ki, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinə münasibətdə:

- Yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (bundan sonra – COVID-19 pasportu) olduğu halda icazə verilir və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi ləğv edilir;

- İyulun 1-dən etibarən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul edilir). Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.

Toy mərasimlərinin keçiriləcəyi şadlıq evləri ilə bağlı tələblər

- şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) daxil edilməldir.

- keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 0:00-dan gec olmamaq şərtilə), qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Portal üzərindən qeydiyyata salınmayan və barəsində müvafiq məlumat daxil edilməyən şənlik mərasimlərinin keçirilməsi qadağandır;

- şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanmalıdır. Müəyyən olunmuş tələblərin pozulması hallarına görə məkan və şənlik sahibi birgə cavabdehlik daşıyacaqlar;

- sanitar-epidemioloji tələblərə riayət olunması məqsədilə yuxarıda qeyd olunan məsələləri və digər tələbləri özündə ehtiva edən metodiki göstərişlər təsdiq olunaraq şənlik mərasimlərinin təşkili və keçirilməsində rəhbər tutulacaq;

50 nəfərə qədər şəxsin iştirakı ilə keçirilən toylarda COVID-19 pasportu tələb olunmayacaq

50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi saxlanılmaqla) və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur. 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağan edilir.

Tibbi maska tələbi və açıq havada toy

Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, əlli nəfərədək olan toy, nişan və ad günü tədbirlərində COVID-19 pasportu tələb olunmadığı üçün tibbi maska tələbi mütləqdir. Amma 50 nəfərdən 150 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində isə COVID-19 pasportu tələb olunduğu üçün tibbi maska tələbi yoxdur. DİN rəsmisi bildirib ki, 50 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində rəqs edərkən maska taxmaq zəruri deyil.

O həmçinin vurğulayıb ki, açıq havada, çadırda və digər məkanlarda toy, nişan, ad günləri mərasimlərinin keçirilməsinə məhdudiyyət tələblərinə riayət etməklə 50 nəfərə qədər şəxsin iştirakı ilə icazə verilir. Digər halda, bir məkanda iki çadır quraraq ayrı-ayrı qonaqların dəvət edilməsi üçün say tərkibinin başqa formada dəyişdirilməsinə icazə verilmir. Yalnız bir məkanda bir mərasim çadırı təşkil oluna bilər.

Toy mərasimlərinin keçirilməsinə bu qurumlar nəzarət edəcək

İctimai iaşə obyektlərinin monitorinqləri ilə yanaşı, 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə müntəzəm yoxlamalar aparılacaqdır. Monitorinq qrupları Daxili İşlər Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndlərindən ibarət tərkibdə təşkil olunacaq.

Qaydaları pozanlar məsuliyyətə cəlb olunacaq

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər.

Müdafiə Nazirliyi Füzuli rayonunun Musabəyli kəndindən videogörüntülər yayıb.

"Yol-xeber.az" görüntüləri təqdim edir:




“Yol-xeber.az”ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərdiklərinə görə daha bir qrup hərbi qulluqçu təltif edilib. 

Onların arasında “Azərbaycan Dəmir Yolları” QSC-nin 78 əməkdaşı da var. 

Təltif edilən dəmiryolçuların siyahısı aşağıda təqdim olunub. 2020-ci ilin dekabr ayında təltif edilən dəmiryolçuların siyahısı ilə isə burada tanış olmaq olar: https://ady.az/index.php?/az/news/read/1847/43

Ümumilikdə “Azərbaycan Dəmir Yolları” QSC-nin 199 əməkdaşı Vətən müharibəsində iştirak edib. Onlardan 125 nəfər müxtəlif medallarla təltif edilib.

Fəxrəddin Bünyatov

Maliyyə və iqtisadiyyat idarəsi. Mühasib.

"Cəbrayılın azad olunmasına görə";
"Füzulinin azad olunmasına görə";
"Xocavəndin azad olunmasına görə"

Tural Cəfərov

İnformasiya texnologiyaları təhlükəsizliyi şöbəsi. Mütəxəssis.

"Laçının azad olunmasına görə"

Fərhad Abasov

İnfrastruktur Departamenti. Elektrik təchizatı xidmətinin 2 nömrəli H.Z.Tağıyev elektrik təchizatı sahəsi. Mühasib.

"Zəngilanın azad olunmasına görə";
"Cəbrayılın azad olunmasına görə"

Malid Qənbərov

İnfrastruktur departamenti. Yol xidmətinin 12 nömrəli Salyan yol sahəsi. Keçid növbətçisi.

“Cəsur döyüşçü”

Ramil Adgözəlov

İnfrastruktur departamenti. Fövqəladə hallar qatarı idarəsi. Akkumulyatorçu.

"Xocavəndin azad olunmasına görə"

Qaçay Süleymanov

İnfrastruktur departmenti. Yol xidmətinin 13 nömrəli Yevlax yol sahəsi. Yol montyoru.

“Cəbrayılın azad olunmasına görə”

Rüfət Fərzəliyev

İnfrastruktur departamenti. Təchizat bölməsi. Mütəxəssis.

“Laçının azad olunmasına görə"

Aydın Aydınlı

İnfrastruktur departamenti. Yol xidmətinin 6 nömrəli Gəncə yol sahəsinin 2 saylı Şəmkir məntəqəsi. Keçid növbətçisi.

“Suqovuşanın azad olunmasına görə"

Fərid Məhərrəmov

İnfrastruktur departamenti. Yol xidmətinin 6 nömrəli Gəncə yol sahəsinin 4 saylı Gəncə məntəqəsi. Texnik.

“Suqovuşanın azad olunmasına görə"

Tural Məmmədov

İnfrastruktur departamenti. Elektrik təchizatı xidmətinin 7 nömrəli Ucar elektrik təchizatı sahəsinin Mingəçevir dartı yarımstansiyası. Böyük elektrik mexaniki.

“Suqovuşanın azad olunmasına görə"

Coşqun Əsgərzadə

İnfrastruktur departamenti. Elektrik təchizatı xidmətinin 4 nömrəli Gəncə elektrik təchizatı sahəsinin 10 saylı Ağstafa elektrik şəbəkəsi. Böyük elektrik mexaniki.

“Kəlbəcərin azad olunmasına görə"

Zaur Sadıqov

İnfrastruktur departamenti. Yol xidmətinin 8 nömrəli Saatlı yol sahəsinin 8 saylı Saracalar məntəqəsi. Yol montyoru.

“Xocavəndin azad olunmasına görə"

Hənif Heydərov

İnfrastruktur departamenti. Fövqəladə hallar qatarı idarəsi. Gözətçi.

“Suqovuşanın azad olunmasına görə"

Abasağa Əsgərov

İnfrastruktur departamenti. Elektrik təchizatı xidmətinin 6 nömrəli Şirvan elektrik təchizatı sahəsi. Elektrik montyoru.

“Füzulinin azad olunmasına görə"

Qadir Quluzadə

İnfrastruktur departamenti. Yol xidmətinin 5 nömrəli Kürdəmir yol sahəsinin Bərgüşad məntəqəsi. Keçid növbətçisi.
 

“Ağdamın azad olunmasına görə"

Rəşad Soltanov

İnfrastruktur departamenti. Yol xidmətinin 5 nömrəli Kürdəmir yol sahəsinin Sığırlı məntəqəsi. Keçid növbətçisi.

“Cəsur döyüşçü”

Elşən Hüseynov

İnfrastruktur departamenti. Elektrik təchizatı xidmətinin 7 nömrəli Ucar elektrik təchizatı sahəsinin Ucar təmas şəbəkəsi. Elektrik montyoru.

“Qubadlının azad olunmasına görə"

Fərid Əliyev

İnfrastruktur departamenti. Yol xidmətinin 5 nömrəli Kürdəmir yol sahəsinin Bərgüşad məntəqəsi. Keçid növbətçisi.

“Ağdamın azad olunmasına görə"

Anar Müseyibov

İnfrastruktur departamenti. Yol xidmətinin 6 nömrəli Gəncə yol sahəsi. Keçid növbətçisi

“Qubadlının azad olunmasına görə"

Şirxan Hüseynzadə

İnfrastruktur departamenti. Yol xidmətinin 12 nömrəli Salyan yol sahəsinin 11 saylı Astara məntəqəsi. Keçid növbətçisi.

“Şuşanın azad olunmasına görə”;
"Cəbrayılın azad olunmasına görə";
“Xocavəndin azad olunmasına görə”

Tural Hüseynov

İnfrastruktur departamenti. Elektrik təchizatı xidmətinin 3 nömrəli Hacıqabul elektrik təchizatı sahəsi. Elektrik montyoru.

“Qubadlının azad olunmasına görə"

Əhliman Mahmudov

İnfrastruktur departamenti. Yol xidmətinin 6 nömrəli Gəncə yol sahəsi. Yol montyoru.

"Füzulinin azad olunmasına görə"

Ələkbər İzmayılov

İnfrastruktur departamenti. Motorlu-rels nəqliyyatı,maşın və mexanimlərin təmiri Yol Emalatxanası. Defektoskopiya üzrə şifrə oxuyan operator.

"Qubadlının azad olunmasına görə"

Emil Məmmədov

İnfrastruktur departamenti. Motorlu-rels nəqliyyatı,maşın və mexanimlərin təmiri Yol Emalatxanası. Maşın kompleksinin maşinist köməkçisi.

"Suqovuşanın azad olunmasına görə"

Elmin Məmmədov

İnfrastruktur departamenti. Yol xidmətinin 13 nömrəli Yevlax yol sahəsi. Keçid növbətçisi.

"Cəbrayılının azad olunmasına görə"

Təbriz Qafarov

İnfrastruktur departamenti. Yol xidmətinin 3 nömrəli Ələt yol sahəsi. Keçid növbətçisi.

"Xocavəndin azad olunmasına görə"

Elton Hüseynov

İnfrastruktur departamenti. Yol xidmətinin 3 nömrəli Ələt yol sahəsi. Operator köməkçisi.

"Zəngilanın azad olunmasına görə";
"Qubadlının azad olunmasına görə";
"Laçının azad olunmasına görə"

Yasər Qaçayev

İnfrastruktur departamenti. Yol xidmətinin 3 nömrəli Ələt yol sahəsi. Keçid növbətçisi.

"Qubadlının azad olunmasına görə";
"Xocavəndin olunmasına görə"

Mehman İmanov

İnfrastruktur departamenti. İşarəvermə və rabitə xidmətinin 5 nömrəli Gəncə işarəvermə və rabitə sahəsi. Kabelçi-lehimləyici.

"Füzulinin azad olunmasına görə"

Rəhman Cavadlı

İnfrastruktur departamenti. Qatarların idarə edilməsi xidmətinin Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsi. Magistral üzrə teplovoz maşinisti.

"Cəbrayılın azad olunmasına görə"

Elvin Baxışov

İnfrastruktur departamenti. Fövqəladə hallar qatarı İdarəsi. Hidropnevmatika maşinisti.

"Cəbrayılın azad olunmasına görə";
"Zəngilanın azad olunmasına görə"

Ruslan Məlikov

İnfrastruktur departamenti. İşarəvermə və rabitə xidmətinin 4 nömrəli Hacıqabul işarəvermə və rabitə sahəsi. Elektrik mexaniki.

"Şuşanın azad olunmasına görə"

Mahir Nəcəfov

Yük daşımaları departamenti. Yük vaqonlarının istismarı xidmətinin Şimal vaqon istismar deposunun Biləcəri texniki xidmət məntəqəsi. Vaqon baxıcısı təmirçisi.

“Döyüşdə fərqlənməyə görə”

Ruhin Hüseynov

Yük daşımaları departamenti. Yük vaqonlarının təmiri xidmətinin Qərb vaqon təmiri deposunun Mexaniki, təmirtədarük və dəmirçi sexi. Gözətçi.

“Kəlbəcərin azad olunmasına görə"

Cəsarət Şahbazov

Yük daşımaları departamenti. Salyan lokomotiv deposu. Çilingər.

“Suqovuşanın azad olunmasına görə"

Rüstəm Cəfərov

Yük daşımaları departamenti. Salyan lokomotiv deposu. Çilingər.

“Füzuli azad olunmasına görə"

Aydın İsmayılov

Yük daşımaları departamenti. Manevr lokomotivlərinin istismarı xidmətinin Gəncə manevr lokomotivlərinin
istismarı deposunun Teplovoz lokomotiv briqadası. Manevr üzrə teplovoz maşinist köməkçisi.

“Kəlbəcərin azad olunmasına görə"

Tural Qurbanov

Yük daşımaları departamenti. Stansiyaların idarə edilməsi xidmətinin Qərb sahəsinin I sinif Böyük Kəsik sərhəd stansiyası. Yük və baqaj qəbul-təhvilçisi.

“Kəlbəcərin azad olunmasına görə"

Vüsal Bəybalabəyli

Yük daşımaları departamenti. Manevr lokomotivlərinin istismarı xidmətinin Biləcəri manevr lokomotivlərinin
istismarı deposunun Teplovoz lokomotiv briqadası. Manevr üzrə teplovoz maşinisti.

“Qubadlının azad olunmasına görə”;
“Xocavəndin azad olunmasına görə”

Şəmistan Abdullayev

Yük daşımaları departamenti. Yük vaqonlarının istismarı xidmətinin Şimal vaqon istismar deposu. Elektrik qaz qaynaqçısı-kəsici.

"Qubadlının azad olunmasına görə"

Xanlar Heydərov

Yük daşımaları departamenti. Yük vaqonlarının istismarı xidmətinin Şimal vaqon istismar deposu. Çilingər.

"Xocavəndin olunmasına görə"

Asim Əfəndiyev

Yük daşımaları departamenti. Yük vaqonlarının istismarı xidmətinin Qərb vaqon istismar deposu. Vaqon baxıcısı təmirçisi.

"Zəngilanın azad olunmasına görə"

Əhməd Qədirov

Yük daşımaları departamenti. Manevr lokomotivlərinin istismarı xidmətinin Biləcəri manevr lokomotivlərinin
istismarı deposu. Manevr üzrə teplovoz
maşinist köməkçisi.

"Qubadlının azad olunmasına görə";
"Zəngilanın azad olunmasına görə"

Kamran Məmmədov

Yük daşımaları departamenti. I qrup Biləcəri lokomotiv deposu. Yanacaq aparatlarının təmiri üzrə çilingər.

"Suqovuşanın azad olunmasına görə"

İzzət Uğurluyev

Yük daşımaları departamenti. I qrup Biləcəri lokomotiv deposu. Qəlib tökən.

"Suqovuşanın azad olunmasına görə"

Vüsal Hüseynov

Yük daşımaları departamenti. II qrup Gəncə lokomotiv deposu. Elektrovoz maşinist köməkçisi.

“Kəlbəcərin azad olunmasına görə”

Ülvi Omarov

Yük daşımaları departamenti. Stansiyaların idarə edilməsi xidmətinin Qərb sahəsinin I sinif Böyük Kəsik sərhəd stansiyası. Texnik.

“Suqovuşanın azad olunmasına görə"

Zaur Qasımov

Yük daşımaları departamenti. Stansiyaların idarə edilməsi xidmətinin Qərb sahəsinin IV sinif Padar stansiyası. Stansiya növbətçisi.

“Şuşanın azad olunmasına görə”;
"Füzulinin azad olunmasına görə"

Elvin İsmayılov

Yük daşımaları departamenti. Stansiyaların idarə edilməsi xidmətinin Sinifdən kənar Keşlə stansiyası. Yoldəyişdirici postunun böyük növbətçisi.

"Şuşanın azad olunmasına görə"

Musa Məmmədov

Yük daşımaları departamenti. Stansiyaların idarə edilməsi xidmətinin Qərb sahəsinin IV sinif Qızılca stansiyası. Yoldəyişdirici postunun növbətçisi.

"Cəbrayılının azad olunmasına görə"

Elşad Hacıyev

Yük daşımaları departamenti. Yük vaqonlarının istismarı xidmətinin Qərb vaqon istismar deposu. Böyük vaqon baxıcısı təmirçisi.

“Cəbrayılın azad olunmasına görə”

Pərviz Rəşidov

Yük daşımaları departamenti. Stansiyaların idarə edilməsi xidmətinin Şimal sahəsinin II sinif Xaçmaz stansiyası. Stansiya rəisi.

"Suqovuşanın azad olunmasına görə"

Kənan Qarayusubov

Sərnişin daşımaları departamenti. Sabunçu stansiyası. Briqadir.

“Kəlbəcərin azad olunmasına görə”

Elvin İbrahimov

Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizə şöbəsi. Atıcı.

“Kəlbəcərin azad olunmasına görə”

Sərxan Hüseynli

Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizə şöbəsi. Atıcı.

"Füzulinin azad olunmasına görə";
"Xocavəndin azad olunmasına görə"

Xəyyam Çəndirov

Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizə şöbəsi. Qarovul rəisi.

“Kəlbəcərin azad olunmasına görə”

Məti Mustafayev

Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizə şöbəsi. Atıcı.

“Hərbi xidmətlərə görə”

Tural Təhməzli

Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizə şöbəsi. Böyük atıcı.

“Qubadlının azad olunmasına görə”

Vüsal Cəlilov

Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizə şöbəsi. Atıcı.

"Qubadlının azad olunmasına görə";
"Zəngilanın azad olunmasına görə"

Orxan Məmmədov

Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizə şöbəsi. Atıcı.

"Füzulinin azad olunmasına görə"

Anar Rəşidzadə

Mühafizə departamenti. Yanğından mühafizə şöbəsi. Yanğınsöndürən.

“Hərbi xidmətlərə görə”

Nicat İsmayılov

Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizə şöbəsi. Atıcı.

"Cəbrayılın azad olunmasına görə";
"Zəngilanın azad olunmasına görə"

İlqar Qulamov

Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizə şöbəsi. Atıcı.

"Cəbrayılın azad olunmasına görə";
"Zəngilanın azad olunmasına görə";
"Xocavəndin azad olunmasına görə"

Həbib Cabbarov

Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizə şöbəsi. Atıcı.

"Cəbrayılın azad olunmasına görə"

Əhməd Süleymanov

Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizəsi şöbəsi. Atıcı.

“Kəlbəcərin azad olunmasına görə”

Əliağa Əliağazadə

Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizəsi şöbəsi. Atıcı.

"Füzulinin azad olunmasına görə"

İlkin Hacıyev

Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizəsi şöbəsi. Atıcı.

"Suqovuşanın azad olunmasına görə"

Səddam Qaraməmmədli

Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizəsi şöbəsi. Sabiq qarovul rəisinin köməkçisi

“Cəbrayılın azad olunmasına görə”;
“Xocavəndin azad olunmasına görə”

Səyyad Qəribov

Mühafizə departamenti. Yüklərin və obyektlərin mühafizəsi şöbəsi. Atıcı

"Ağdamın azad olunmasına görə"

Röyal Ağayev

“5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC. Yoldəyişənlərin yığılması sahəsi. Sabiq yol montyoru.

"Qubadlının azad olunmasına görə";
"Zəngilanın azad olunmasına görə"

Şahin Məmmədov

“5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC. Yol təmiri briqadası. Yol montyoru.

"Qubadlının azad olunmasına görə"

Eşqin Məhəmmədəliyev

"11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC. Kürəkçay istehsalat sahəsi. Yol montyoru.

“Qubadlının azad olunmasına görə"

Anar Süleymanov

"11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC. Avtomobil sürücüsü.

“Qubadlının azad olunmasına görə"

Elnur Məmmədov

"11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC. Kürəkçay istehsalat sahəsi. Yol montyoru.

"Laçının azad olunmasına görə"

Amin Abasov

"ADY Ekspress" MMC, Şərq vaqon deposu. Təkər cütlərinin diyirlənmə səthinin yonulması üzrə sabiq tornaçısı.

"Laçının azad olunmasına görə"

Elman Hacıbabayev

“Dəmiryolservis” MMC. 1 Saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi. Sabiq yol montyoru.

“Cəbrayılın azad olunmasına görə”;
“Füzulinin azad olunmasına görə”;
“Xocavəndin azad olunmasına görə”

Ramazan Bağırov

“Dəmiryolservis” MMC. 24 Saylı RQQ. Usta.

"Şuşanın azad olunmasına görə";
"Füzulinin azad olunmasına görə";
"Xocavəndin azad olunmasına görə"

Rahib Hacıəliyev

Həkim-Sanitar Xidməti. Mərkəzi Dəmir yolu Xəstəxanası. Köməkçi bölmə. Gözətçi.

"Qubadlının azad olunmasına görə"

İyulun 1-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 1-də Abşeron yarımadasında isti hava şəraiti fonunda arabir güclənən xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Gələn ay Qurban bayramı ilə əlaqədar 2 gün iş olmayacaq.

"Yol-xeber.az" xəbər verir ki, iyulun 20 və 21-də Qurban bayramı qeyd olunacaq.

Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, qeyd olunan günlər qeyri-iş günləri sayılır.

Xəbər lenti