"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən rahat gediş-gəlişin təmin olunması məqsədi ilə Yasamal rayonu General Həmidov küçəsində təmir-tikinti işləri aparılır.

 

Aparılan təmir işləri çərçivəsində 340 metr uzunluğa malik küçə boyu köhnə asfalt-beton örtüyünün yenilənməsi ilə yanaşı, zəruri olan yerlərdə piyada səkilərinin bərpası, səkilərin hərəkət hissəsinin asfaltlanması, köhnə səki daşlarının yenisi ilə əvəz edilməsi icra olunur. Təmir işləri aparılan ərazinin ümumi sahəsi 4 min kv.m təşkil edir.

 

Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulur.

 

Qeyd edək ki, 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Yasamal rayonu üzrə ümumi uzunluğu 4 km olan 11 küçə və yolda yenidənqurma işləri icra olunur.

 

YOLUNUZ AÇIQ OLSUN...

 
 

Müdafiə Nazirliyi Laçın rayonunun Qarakeçdi kəndindən videogörüntülər yayıb.

"Yol-xeber.az" görüntüləri təqdim edir:

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 34-39, bəzi yerlərdə 41, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Xəbər verdiyimiz kimi, Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Kamran Rəsulov Azərbaycan Texniki Universitetində (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub.

Unikal.org verdiyi məlumata görə,  nazir AzTU-da prorektor olan Abuzər  Mirzəliyevi tutduğu vəzifəsindən azad edərək, Kamran Rəsulovu prorektor vəzifəsinə təyin edib.

Qeyd edək ki, yeni təyin olan Kamran Rəsulov işdən çıxarılan Abuzər Mirzəliyevin kürəkənidir.

“COVID-19-a qarşı vaksinin insanın DNT-sini dəyişdirə biləcəyi ilə bağlı səsləndirilən fikirlər tez-tez RNT-si (mRNT) olan peyvəndlər haqqında deyilir”.

"Bunu Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin professoru, Milli İmmunlaşdırma Ekspert Məsləhət Komissiyasının sədri Hüseyn Qabulov deyib. 

“Bu elm sahəsində çalışan mütəxəssislər peyvəndlərdən alınan RNT-nin fiziki olaraq DNT-nin (deoksiribonuklein turşusu) olduğu hüceyrə nüvəsinə nüfuz edə bilmədiyini bilirlər. DNT genlərimizi və irsi materiallarımızı daşıyır. RNT-peyvəndlər hüceyrənin sitoplazmasına daxil olur, amma DNT-yə daxil olmur. Başqa sözlə desək, vaksinasiya zamanı DNT-hüceyrələrin hər hansı bir təhlükə ilə qarşılaşması mümkün deyil” , - deyə o söyləyib.

Yeni Azərbaycan Partiyası Bakı şəhəri üzrə rayon təşkilatlarının hesabat yığıncağına videoformatda start verilib.

"Ölkə.Az" xəbər verir ki, növbəti iclas bu gün YAP Yasamal rayon təşkilatında baş tutacaq.

Belə ki, YAP Yasamal rayon təşkilatının hesabat konfransında 73 yaşlı  Tağı Əhmədovun  sədr vəzifəsindən gedəcəyi gözlənilir.

Məsələ ilə bağlı Tağı Əhmədov Unikal.org-a açıqlama verib: "Bu gün YAP-ın hesabat konfransı olacaq. Mən YAP-dakı vəzifəmdən getmək istəyirəm. Amma YAP qoymur. Əslində, YAP-dan gedənlərin ikinci vəzifəsi var deyə, sədr vəzifəsindən kənarlaşdırılırlar". 

Mağar və həyət toylarında cəmi 50 nəfər qonaq iştirak edə bilər. Tibbi maska mütləqdir, lakin qonaqlardan COVID-19 pasportu tələb olunmayacaq. Bu toylara nəzarəti isə polis əməkdaşları həyata keçirəcəklər.

"Yol-xeber.az" Xəzər TV-yə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev deyib ki, hətta COVID-19 pasportu olmuş olsa belə, həyətyanı sahələrdə keçirilən toylarda 150 nəfərə qədər şəxsin iştirakı mümkün deyil. Bu cür məclislər yalnız 50 nəfər üçün nəzərdə tutulub.

Elşad Hacıyevin sözlərinə görə, həyatyanı sahədə keçirilən məclislərdə hər hansı bir qanun pozuntusu qeydə alınarsa, həm toy yiyəsi, həm də qonaqlar cərimələnəcəklər.

Vətəndaşlar isə deyirlər ki, hazırda restoranlar menyuları çox baha qiymətə qoyublar. Əvvəllər 30-40 manata olan menyu indi 60-70 manata və daha baha qiymətə təklif olunur. Ona görə də hazırkı məqamda bütün şərtləri qəbul edib, həyətyanı sahədə toy etmək daha sərfəlidir.

Qeyd edək ki, bu məclislər üçün başqa heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Lakin qonaqlar sıxlıqdan çəkinməli, pandemiya qaydalarına maksimum əməl etməlidirlər.

Müdafiə Nazirliyi Ağdam rayonunun Salahlı Kəngərli kəndinin videogörüntülər yayımlayıb.

"Yol-xeber.az" həmin görüntüləri təqdim edir.

Enerji içkiləri bazarında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş başlanılıb.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən məlumat verilib.

Bildirilib ki, “Avrora” MMC tərəfindən istehsal olunan “BİZON energy” alkoqolsuz içkilərinin üzərində “ENERGY” və “CHARGE YOUR POWER” sözlərinin istifadə olunması istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib.

Dövlət Xidməti tərəfindən “Avrora” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Qeyd edək ki, “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

"Allah heç kimin evinə yas qismət etməsin. Lakin ölüm haqdır və hər kəsin evində gözlənilir. Belə olan təqdirdə həmin mərasimin keçiriləcəyi yerlə bağlı öncədən icazə ala bilmədiyi üçün ən azı 50 nəfərlə ilkin yas mərasimini qeyd edə bilərlər".

"Bu sözləri deputat Naqif Həmzəyev deyib.

O əlavə edib ki, daha sonra 3 və 7 mərasimləri üçün adiyyatı qurumlardan icazə almaqla məclisləri keçirə bilərlər. Bu halda isə mütləq maska taxmaq şərt olacaq.

Xəbər lenti