Azərbaycana hər hansı ölkədən humanitar yardımın gəlməsində qeyri-adi bir şey yoxdur. Qarabağ da Azərbaycan ərazisidir, ora da humanitar yardım gələ bilər. Ancaq bu yardım mütləq Azərbaycan hökumətinin razılığı və icazəsi ilə olmalıdır.

Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə “yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntüləri şərh edərkən deyib.

Politoloq qeyd edib ki, bu yardımların Ermənistan ərazisindən, Laçın dəhlizi vasitəsi ilə edilməsi və bundan Azərbaycanın məlumatsız olması beynəlxalq qanunların, o cümlədən 10 noyabr bəyanatının ciddi şəkildə pozulmasıdır:

“Ümumiyyətlə, Rusiya sülhməramlılarının Ermənistan vasitəsilə müvəqqəti onların nəzarətində olan Azərbaycan ərazilərinə “humanitar yardım” çatdırılmasına şərait yaratmaq səlahiyyəti yoxdur. Bu, Azərbaycan Dövlət Sərhəd Xidmətinin səlahiyyətində olan məsələdir. Ona görə də artıq Laçın dəhlizində Azərbaycan Dövlət Sərhəd Xidmətinin fəaliyyətə başlaması zərurətə çevrilib. İndiki halda müvəqqəti olaraq rus sülhməramlıları ilə birlikdə xidmət edilə bilər”.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonunun Aşağı Sirik kəndindən videogörüntülər yayıb.

"Həmin görüntüləri təqdim edirik.

“Mayda bizi bir həftə qeyri-iş günü gözləyir. Yoluxma sayındakı dinamika azalmağa doğru gedirsə, yəqin ki, qaydalara dəyişiklik edilməyəcək. Amma bu, o demək deyil ki, biz rahat olaq və qaydalara laqeyd münasibət göstərək”.

Bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, bayram tətilindən sonra virusa yoluxma sayında əhəmiyyətli sıçrayış baş verməsi gözlənilmir.

T.Eyvazov ictimai nəqliyyatla bağlı maydakı qadağanın yoluxma sayının azalmasına təsir edəcəyini bildirib:

“İnsan təmaslarının azalmasına xidmət edən hər bir qərar təbii ki, yoluxma sayının azalmasına gətirib çıxarır. İctimai nəqliyyatla bağlı qadağa da ümumi işin xeyrinədir”.  

Baş infeksionist karantin rejiminin yumşaldılmasının hansı şərtlər əsasında mümkün olacağına aydınlıq gətirib:

“Əhalisinin yarıdan çoxu peyvəndlənən ölkələrin bəzisi yumşaldılmalara gedir. Buna qədər yumşaldılma tədbirləri real görsənmir. Buna görə, biz qarşıya qoyulan hədəfə daha tez çatmalıyıq. Peyvəndlənənlərin sayı artdıqca gündəlik yoluxmanın azalmasını görəcəyik. Bu azalma heç olmasa, ikirəqəmli olmalıdır və bir müddət bu səviyyədə qalmalıdır ki, yumşaldılma müzakirə predmeti olsun”. 

"Uşaqlar üçün peyvəndlərin yan təsirləri, demək olar ki, yoxdur. Peyvənd vurulduqdan sonra 10 faiz uşaqlarda qızdırma müşahidə oluna bilər".

Bu sözləri Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, uşaqlar bu infeksiyanı böyüklərdən daha yüngül keçirirlər: "Yaxın gələcəkdə pandemiyanın qarşısı alından sonra planlı peyvəndə ehtiyac olacaqsa, təbii ki, uşaq yaşlarından başlanacaq.

Əgər gələcəkdə koronavirusların insanlarla birgə yaşayışı davam edəcəksə, peyvənd təqviminə əlavə koronavirusa qarşı planlı peyvənd tətbiq olunacaq".

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyətini davam etdirir.

Minalar Əleyhinə Azərbaycan Kampaniyasından "Ölkə.Az"a bildirilib ki, təşkilat tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin aprel ayında 8 hadisə nəticəsində 12 nəfərin minalardan zərər çəkdiyini qeydə alınıb.

Nəticədə bir mülki şəxs və bir hərbçi həlak olub, dörd mülki şəxs və altı hərbçi yaralanıb. 2021-ci ilin aprel ayında minalarla bağlı hadisələr Ağdam, Tər-tər, Qubadlı və Zəngilan rayonlarının ərazisində baş verib.

Ümumilikdə 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikası 54 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

Bundan başqa, 2021-ci ilin aprel ayında Azərbaycan Respublikasının ərazisində Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) bir nəfər əməkdaşı və Rusiya sülhməramlılarının iki hərbçisi də mina partlayışı zamanı yaralanıb.

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar", məlumatda bildirilib.

Son 3 ay ərzində prokurorluq orqanları tərəfindən 295 cinayət işinin istintaqı tamamlanıb

2021-ci ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları tərəfindən 295 cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Yol-xeber.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Biləsuvarda qaydaları pozan piyadalar cərimələndi

Yol hərəkətinin təhlükəsizliyinin təmini, xüsusilə də yollarda piyadaların həyat və sağlamlığının qorunması məqsədilə dövlət yol polisi əməkdaşları tərəfindən reydlər təşkil olunur.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə piyadaların daha sıx istifadə etdiyi yollarda, təhsil, tibb və digər müəssisələrin qarşısında təşkil olunan reydlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.

Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi izah edilib. Edilən xəbərdarlıqlara rəğmən piyada keçidlərindən istifadə etməməklə özlərinin həyatı ilə bərabər digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan piydalar barəsində inzibati protokol tərtib olunub.

Aprelin 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qızılağac Milli Parkına səfər edib.

Milli parkın ərazisi, zəngin fauna və florası ilə tanış olan Leyla Əliyeva daha sonra Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə sahilyanı və dəniz qoruqları daxil olmaqla, xüsusi mühafizə olunan təbiət ərazilərinin gələcək inkişaf perspektivlərini müzakirə edib.

Səfər zamanı Leyla Əliyeva Xəzər dənizinin Kiçik Qızılağac körfəzinə körpə balıqların buraxılması, o cümlədən ölkəmizin yaşıllıq və meşə ərazilərinin artırılmasına dəstəyi nümayiş etdirmək məqsədilə milli parkın ərazisində Eldar şamlarının əkilməsi mərasimində iştirak edib.

Qeyd edək ki, 2018-ci il sentyabrın 26-da yaradılmış Qızılağac Milli Parkı Qızılağac Dövlət Təbiət Qoruğunu və bütöv Qızılağac körfəzini ehtiva edir və Xəzər dənizində ilk mühafizə olunan dəniz ərazisi hesab olunur. Qızılağac Milli Parkına aid su ərazisinin mühafizəsi dünyanın nəsli kəsilmək təhlükəsi ilə üzləşən balıq növlərinin yaşaması üçün zəruridir.

IDEA İctimai Birliyi və “Blue Marine Foundation” təşkilatının birgə təqdimatına əsasən, 2019-cu ilin noyabr ayında həmin milli park dünya sularının xilası üçün ümid yeri (Hope Spot) kimi seçilib. Ümid yerləri “Mission Blue” təşkilatının beynəlxalq mühafizə kampaniyası çərçivəsində bəyan edilən, ekoloji baxımdan unikal olan dəniz əraziləridir. Ümid yerlərinin elan edilməsində əsas məqsəd okeanların qorunması üzrə qlobal hərəkatı dəstəkləmək və daha geniş su ərazilərinin mühafizə edilməsinə nail olmaqdır.

Məlum olduğu kimi, son onilliklər ərzində ölkəmizin su hövzələrindəki balıq növlərinin təbii populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri nəticəsində məhvolma təhlükəsi həddinə çatıb.

Bununla əlaqədar, Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması, ölkəmizin daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.

Bu cür təşəbbüslərdən biri keçən ilin may ayından etibarən IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi “Zəngin hövzələr” layihəsidir. Layihə ölkənin müxtəlif yerlərində yerləşən göl və çaylara məxsus olan balıq növlərinin təbii populyasiyasının artırılması, daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və məsuliyyətli balıq ovunun təşviqi üzrə davamlı və ardıcıl tədbirlərin təşkil edilməsini nəzərdə tutur.

Daxili işlər orqanlarında təyinat olub.

“Report” xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən polis baş leytenantı Nizam Həmidov DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru təyin edilib.

Qeyd edək ki, N.Həmidov bundan öncə DİN Mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru vəzifəsində çalışırdı.

Mayın 8-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Xəbər lenti