Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər ələ keçirilib.

Xankəndi şəhərinə gedəndə “ruh şəhər”lə qarşılaşdım.

“Milliyet”in məlumatına görə, bu barədə BBC-nin Rusiya xidmətinin müxbiri Marina Katayeva yazıb.

“Xankəndi bazarında bir həftə ərzində demək olar ki, heç nə dəyişmədi. Piştaxtalarda iki həftədən artıq qalan məhsulları heç kim almır, xarab olur. İnsanlar bir dəfəyə 20-30 çörək alır. Küçələr boşdur, bir neçə maşın var, mağazalar bağlanır”, - deyə M.Katayeva bildirib.oxu.az

“Bizim bütün cəbhəboyu şəhərlərimiz və kəndlərimiz hər gün atəşə tutulur. Bu gün mənə verilən məlumata görə, səhər saat 6-dan 8-ə qədər təkcə Tərtər rayonuna 190 mərmi düşüb. Ağdam rayonuna 90-dan çox mərmi düşüb”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş Ombudsmanı Şeref Malkoçu qəbul edərkən söyləyib.

“Elə günlər var idi ki, Tərtər rayonuna 2 min mərmi düşüb. Yəni, onlar bizim şəhərlərimizi dağıtmaq istəyirlər, Azərbaycan xalqının iradəsini qırmaq istəyirlər. Ancaq buna nail ola bilmirlər və daha da çox azğınlaşırlar. Biz intiqamımızı döyüş meydanında alırıq. Biz heç zaman mülki əhaliyə qarşı heç bir addım atmamışıq və atmayacağıq. Baxmayaraq ki, onlar bizim qədim tarixi şəhərimizi – Gəncəni atəşə tuturlar, biz nə Ermənistan şəhərlərini, nə də ki, Dağlıq Qarabağda yerləşən şəhərləri atəşə tutmuruq və tutmayacağıq. Bizim üstünlüyümüz, bax, bu mənəvi dəyərlər çərçivəsində də bir daha özünü büruzə verir və bir daha bütün dünyaya göstərir ki, Ermənistan dünya üçün böyük təhlükədir. Ermənistanda hökm sürən kriminal faşist rejimi bölgəmiz üçün ən böyük təhdiddir və Azərbaycan bu təhdidin aradan qaldırılması üçün əlindən gələni edir. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün yeni şəhərləri, kəndləri işğalçılardan azad edirik. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını icra edir.”, - dövlət başçısı qeyd edib.

Ötən illər ərzində Azərbaycanın müdafiə potensialının artması Silahlı Qüvvələrimizin güclənməsi və modernləşməsi ilə nəticələnib. Ekspertlər həmişə bildirib ki, ötən müddətdə yeni hərbi texnikalar alınmaqla Azərbaycan Orduunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, döyüş qabiliyyəti yüksəldilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Şübhəsiz ki, bütün bunlar dövlət büdcəsində hərbi xərclərin ildən-ilə artırılması ilə sıx bağlı olub. Ancaq zaman-zaman "hərbi sahəyə ayrılan pullardan səmərəli istifadə olunmur", "havaya sovrulur" və s. kimi fikirlər səsləndirilib. Ancaq ekspertlər bildirirlər ki, hazırda Azərbaycan Ordusunun əldə etdiyi uğurlar, müasir hərbi texnikalar vasitəsilə düşmənin məhv edilməsi bütün bunların nə qədər qərəzli olduğunu sübut edir.

Məsələ ilə bağlı "Report"a açıqlama verən Milli Məclisin deputatı Eldəniz Səlimov deyib ki, günümüzdə Azərbaycan regionun ən qüdrətli ordusuna malikdir:

"Bizim hərbi vəziyyətimiz digər dövlətlərə nisbətdə yüksək texnologiyalara malikdir. İllər boyu “hərbiyə xərclənən milyardlar hanı? Nəyə lazımdır? Texnika almışdıq, hanı?” və digər isterik suallara bu gün verilən cavab Azərbaycan Ordusunun texniki üstünlüyüdür. Bu, günümüzdə bizim Ermənistanla müharibədə də öz əksini tapır".

Onun sözlərinə görə, yüksək texnoloji avadanlıqlar sayəsində düşmən texnikaları və ordusu yerlə-yeksan edilir: "Azərbaycan bunu illər sayəsində qazanıb. Büdcə xərclərinin davamlı olaraq artdığı istiqamətlərdən biri müdafiə və təhlükəsizlik sahəsidir. Artıq respublikamızın hərbi büdcəsi ildən-ilə artmaqda davam edir. Ümumiyyətlə, son 17 ildə Azərbaycan iqtisadiyyatında baş verən yeni keyfiyyət dəyişiklikləri fonunda, ilk növbədə, ölkəmizin müdafiə potensialının qüdrətlənməsi daha aydın görünür. İqtisadiyyatın güclənməsi hərbi imkanların artması üçün geniş imkanlar açır. Çünki iqtisadiyyatı güclü dövlətin ordusunun güclü olması qaçılmaz zərurətdir".

Deputat bildirib ki, ötən 17 ildə baş verən sürətli inkişaf Silahlı Qüvvələrimizin güclənməsinə və modernləşməsinə də özünün müsbət təsirini göstərib: "Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yeni hərbi texnikalar alınmaqla ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, döyüş qabiliyyəti yüksəlib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Hərbi xərclərin artırılması ilə sürətlənən ordu quruculuğu prosesini Azərbaycanın bütün qoşun birləşmələrinin timsalında görmək mümkündür. Prezident İlham Əliyev az qala bütün çıxışlarında ordunun müasir silahlarla təchiz olunduğunu, hərbi xərclərin artırıldığını bəyan edir".

E.Səlimov vurğulayıb ki, 2003-cü ildən bu günə qədər ölkənin hərbi xərcləri 15 dəfə artıb. "Son illər ərzində ən müasir texnika və silahlar alınıb. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri – bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir” İlham Əliyev bunları ordunun 100 illiyinə həsr olunmuş hərbi paraddakı çıxışında demişdi. Bu açıq şəkildə ordumuzun gücü və qüdrətinin çox yüksək səviyyədə olduğunu göstərir. İnşallah bizim rəşadətli ordumuzun gücü ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Biz buna inanırıq, biz buna əminik! Qarabağ Azərbaycandır!"

"Biz hamımız Zəngilan istiqamətində hücumların davam etdirilməsini gözləyirdik. Hərbi cəhətdən götürsək, əsas zərbə yenə ora endirildi. Bir çox yaşayış məntəqələri işğaldan azad olundu. Yayındırıcı zərbələr Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin azad edilməsi istiqamətinə yönəldi. Çünki ermənilər bunu da gözləmirdilər. Orada da bir neçə yaşayış məntəqələri azad olundu".

Baku.ws xəbər verir ki, bu sözləri hərbi ekspert, keçmiş korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

General-leytenant əlavə edib ki, Zəngilan istiqamətində hücumun davam etdirilməsi, sözsüz, Azərbaycanın cənub istiqamətində olan dövlət sərhədinin tam Azərbaycan ordusunun nəzarətinə keçməsidir: "Hərbçilər bilir ki, nəyin bahasına olursa-olsun Mincivana çıxılmalı idi. Mincivandan o tərəfə bir qədər məsafə qalıb. Ermənistanla İran sərhədinin birləşən yeri var - Naxçıvana gedən yol. Sonra orada 46 kilometr dəhliz qalır.

Sözsüz ki, Zəngilanın digər yaşayış məntəqələri də işğaldan azad olunacaq. Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində də fəaliyyətlər davam edəcək. Bu istiqamətlərdə heç də önəmi az olmayan strateji məqsədlər var.

Bizə lazımdır ki, ermənilərin Laçın dəhlizini kəsək. Piyadalarla kəsək. Təbii ki, artilleriya və reaktiv yaylım sistemləri vasitəsilə həmin ərazilər çoxdan nəzarətə götürülüb. İndi piyadalar ora gəlib çıxmalıdır. Bir neçə istiqamətdə harada zərbələr endiriləcək, hara hücumlar təşkil ediləcək, buna ali və siyasi rəhbərlik qərar verəcək".

Qarabağ cəbhəsindəki hərbi əməliyyatlar nəticəsində həm də Ermənistanın atəşkəs dövrü ərzində işğal etdikləri torpaqlarda törətdikləri saysız-hesabsız qaranlıq əməllər beynəlxalq gündəliyə çıxarıldı. Yəni Azərbaycan hökumətinin bu barədə dedikləri və yazdıqları əvvəllər beynəlxalq birlik tərəfindən qulağardına vurulurdusa, indi geniş ictimai dövriyyəyə buraxılıb. Artıq konkret dəlil-sübutlar vasitəsilə işğalçı ölkəni beynəlxalq hüquq müstəvisində də cəzalandırmaq üçün şərait yetişir.

Prezident İlham Əliyevin son bəyanatlar və müsahibələrdə irəli sürdüyü məsələlərdən biri Ermənistan ordusu tərəfindən qaçaq silahlardan istifadə olunmasıdır. Məsələn, oktyabrın 20-dəki müraciəti zamanı dövlət başçısı qeyd edib: “Düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb – toplam 280 tank. Amma yenə də hələ ki, tanklar var, həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində. Haradandır onlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələni tənzimləyən beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər?” Həmçinin məhv edilmiş hərbi texnika sırasında 4 əsas “S300” hava müdafiə sistemi də var ki, qeyri-rəsmi məlumatlara görə beynəlxalq bazarda hər divizionunun qiyməti 250 milyon ABŞ dollarıdır.

Əslində, Ermənistan hətta bütün illik büdcəsini silah almaq üçün sərf etsə belə bu qədər hərbi texnika əldə edə bilməzdi. Belə ki, hesablamalara görə 1995-2020-ci illər ərzində Azərbaycanın müdafiə büdcəsi 30 milyard ABŞ dolları, Ermənistanın isə 6,5 milyard dollar təşkil edib.Stokholm Beynəlxalq Sülh Problemlərini Tədqiqat İnstitutunun (SIPRI) hesabatına görə, Azərbaycan hərbi büdcəsi ÜDM-sinin 4 faizi və daha çox hissəsi təşkil etdiyi 10 ölkədən biridir. Bu ildə rəsmi məlumata görə müdafiə xərcləri 2,2 milyard dollardan artıqdır ki, bu vəsaitin böyük hissəsi tam qanuni əsasla, yəni aidiyyəti beynəlxalq sənədlərin müddəaları çərçivəsində silah-sursat almağa sərf olunur.

Azərbaycan aldığı silah və hərbi texnikanın mənbəyini və növlərini gizlətmir, bu barədə internetdən asanlıqla məlumat almaq olar. Ermənistanın isə bu il hərbi büdcəsi oktyabr ayında əlavə edilən 80 milyon dollarla birlikdə 600 milyon dollar təşkil edir. Bu ölkənin əlində döyüşlər başlayanadək rəsmi olaraq cəmi 150 tank vardı ki, bu da hərbi əməliyyatlar zamanı iordumuz tərəfindən məhv edilmiş tankların yarısıdır.

Hər bir ölkə silah və hərbi texnikasının qanuniliyini yoxlayan BMT ekspertlərinin üzünə açıq olmalıdır. Belə çıxır ki, Ermənistan istifadə etdiyi silah və hərbi texnikasının böyük hissəsini qaçaq yolla, gömrük sənədləri tərtib olunmadan əldə edərək dərhal da işğal etdikləri Qarabağ ərazisinə ötürürmüş. Azərbaycan rəsmilərinin də dəfələrlə qeyd etdikləri kimi həmin silahlar işğal olunmuş ərazidə sadəcə saxlanmır, bir çoxu qara bazarda xırıd edilirdi. Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyası xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev iyul ayında keçirdiyi mətbuat konfransı zamanı qeyd edib: “Ermənistan tərəfi saxta şirkətlər yaradaraq qara bazarda qanunsuz silah təchizatı ilə məşğul olur”.

Qaçaq silahların rəsmi bazardakı qiymətindən qat-qat ucuz satıldığı nəzərə alınsa, Ermənistanın nə qədər qazanc götürdüyünü təsəvvür etmək çətin deyil. Həm də bildiyimiz kimi, Ermənistan əlində olan silah və hərbi texnikanın böyük hissəsini qeyri-rəsmi “yardım”lar şəklində, yaxud müddətsiz kreditlər vasitəsilə alır. Əlbəttə, həmin silahların əksər hissəsi köhnəlib, amma müxtəlif terrorçu təşkilatlar, döyüş qrupları tərəfindən ona da böyük tələbat var. Belə terrorçu dəstələr üçün işğal altındakı ərazilərdə hərbi təlimlər də təşkil edilirdi, özü də təbii ki, ödənişli əsasla. Bütün bu qanunsuz fəaliyyətlərdən əldə edilən külli miqdarda vəsaitlər Ermənistanın rəsmi büdcəsindən yan keçərək, həm də yüksək rütbəli rəsmilərin xəbərdar olduqları, bəlkə də iştirak etdikləri müxtəlif korrupsiya yolları ilə xaricə ötürülüb. Halbuki rəsmi rəqəmlərə görə Ermənistanda hər dörd nəfərdən biri yoxsulluq həddində yaşayır.

Cəbhədə hərbi əməliyyatlar başlayandan bu yana döyüş bölgəsinə qaçaq yolla silah ötürülməsi daha geniş vüsət aldı və Azərbaycan buna dair ən yüksək səviyyələrdə bəyanatlar verib. Təbii ki, kasıb ölkə olan Ermənistan bütün bunları öz büdcəsindən ödəmək iqtidarında olmadığına görə erməni diasporunun qanunsuz “səxavət”ini güman etməkdən başqa əlac yoxdur.

Sözsüz ki, Azərbaycan ordusu indiyədək düşmənin cəbbəxanasına çox böyük zərbə vurub. Ekspertlərin qənaətinə görə, qarşı tərəfin silah ehtiyatını 27 sentyabrdan əvvəlki səviyyəyə çatdırmaq üçün azı 10-15 il vaxt lazım gələcək. Bu da hələ Ermənistan hərbi büdcəsinin heç olmasa hazırkı həcmdə olacağı təqdirdə mümkündür ki, heç də ağlabatan görünmür.

Beləliklə, işğal etdikləri əraziləri itirməklə Ermənistan həm də saysız-hesabsız terrorçu dəstələrilə yürütdüyü qanunsuz əməkdaşlıqdan əldə etdikləri külli miqdarda qara pullardan olmaqla qanunsuz yollarla əldə etdikləri silahları gizlətmək üçün yerlərdən, elə bütövlükdə hərbi gücünün mühüm hissəsindən də məhrum olacaq. (Report)

Qulu Nuriyev, ekspert

Oktyabrın 21-i gün ərzində və 22-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək, vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib.

DİN vətəndaşlara müraciət etdi: "Ən ciddi məsuliyyət tədbirləri görüləcək"

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib. Yol-xeber.az xəbər verir ki, müraciətdə deyilir: "Vətəndaşlar tərəfindən daxili işlər orqanlarına edilən bütün müraciətlər operativ şəkildə araşdırılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür. Əhalinin nəzərinə bir daha çatdırırıq ki, qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağlamlığına, ictimai asayişə təhlükə yarada biləcək və ya terror şübhəsi halları ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng mərkəzinə məlumat verilməlidir.

Bununla yanaşı, xatırladırıq ki, bilərəkdən yalan məlumatlar verməklə insanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcəkdir."

Yol polisi işğaldan azad olunmuş rayonlara nişan quraşdırmağa başlayır  - FOTO

Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İdarəsi Azərbaycan ordusu tərəfindən işğaldan azad olunmuş ərazilərin adlarının əks olunduğu nişanları hazırlayıb.

Bu barədə Yol-xeber.az-a İdarədən məlumat verilib. Bildirilib ki, yeni lövhələr yaxın günlərdə həmin şəhər və rayonların, eyni zamanda kəndlərin girişinə vurulacaq. 

Qeyd edək ki, yol polisi digər bütün işğaldan olan bölgələrin adlarının əks olunduğu lövhələri hazırlayacaq. İşğaldan azad olunduqca müvafiq nişanlar təmin olunacaq.
Rəşadətli ordumuzun hər gün işğaldan azad etdiyi rayonlar tezliklə yenidən öz adlarına qovuşacaq. Fotoları təqdim edirik:

 

 

"Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.

Xəbər lenti