![]() |
|
Baku.ws xəbər verir ki, bu sözləri həkim Aydın Əliyev bildirib.
Onun sözlərinə, vaksinasiyadan sonra bəzi şəxslərdə yaranmış anti-cisimlərin qanda miqdarı yetərli qədər olmaya bilər:
"Tutaq ki, anti-cisimlərin iki dəfə vaksinləşmədən sonra 5-6 ay olması planlaşdırılır. Lakin ola bilər ki, bəzi şəxslərdə bu müddət daha tez başa çatsn. Lakin bu, hamıya aid deyil. Bunu kontrol qan analizləri ilə tənzimləmək olar.
Amma vaksinin ciddi yan təsirlərinin olması barədə dezinformasiyalar və ya hansısa ölkədə vaksindən ölənlərin olması barədə şayiələr absurd fikirlərdir. Biz hamımız vaksin etdirməyə can atmalıyıq".
Oxu.az məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən il ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı 59 963 olub:
“Gürcüstandan 25 385, Rusiyadan 23 583, Türkiyədən 3 626, Ukraynadan 1 736, Pakistandan 835 və digər ölkələrdən 4 795 nəfərin ölkədə yaşaması leqallaşdırılıb”.
Millət vəkilləri hesab edirlər ki, yoluxma azaldığı üçün sərtləşdirilmiş karantin rejmi yumşaldıla bilər.
Məlahət İbrahimqızı bildirib ki, yaxın dövrdə virus əleyhinə kütləvi peyvəndləmənin həyata keçiriləcəyini nəzərə alsaq məhdudiyyətlərin aradan qaldırılacağı ehtimalları yüksəlir.
Dekabr ayında ölkəmizdə koronavirusa yoluxanların sayı pik həddə çatmışdı. İndi isə həm yoluxma, həm də ölüm sayında ciddi azalmalar müşahidə edilir.
Millət vəkili Məlahət İbrahimqızı hesab edir ki, ötən ay gündəlik 5000-ə yaxın olan yoluxmanın təxminən 9-10 dəfə azalaraq 3 rəqəmli saya düşməsi sərtləşdirilmiş karantin rejminin 18 yanvar tarixindən yumşaldıla biləcəyindən xəbər verir.
Millət vəkili deyir ki, ölkəmizdə koronavirusa qarşı peyvəndləmə yaxın vaxtlarda start götürəcək. Çünki Çindən alınmış peyvənd materialları artıq gətirilib. Vaksinasiya prosesinə ilk növbədə əhalinin həssas qrupundan başlanacaq.
Millət vəkili hesab edir ki, kütləvi peyvəndləmədən sonra yaxın aylar ərzində ölkədə həyat normala dönə bilər.
Təhsil Nazirliyi tərəfindən “Qələbə dərsləri” silsiləsindən mövzuların təqdimatı davam edir.
Nazirlikdən bildirilib ki, budəfəki mövzular tarix fənnindəndir.
Tarix fənnindən V-VIII, IX-XI siniflər üzrə uyğun materiallar artıq tərtib edilib və müəllimlərin istifadəsi üçün Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin (ARTİ TİPİM) rəsmi səhifəsində yerləşdirilib. Digər fənlər üzrə də mövzular hazır olduqca həmin səhifədə paylaşılacaq.
Müəllimlərdən bu materiallardan distant dərslərdə fəal istifadə etmək, öz qeydlərini və şagirdlərinin reaksiyaları barədə məlumatı ARTİ TİPİM-ə bildirmək xahiş olunur.
Mövzularla qeyd edilən linkə (//www.tipii.edu.az/az/article/620-quot-qalaba-darslari-quot-silsilasindan-tarix-fanni-uzra-movzular) daxil olaraq tanış ola bilərsiniz.
Qeyd edək ki, Azərbaycan xalqının Vətən müharibəsində şanlı qələbəsini müxtəlif fənlərdə əks etdirməyə dəstək məqsədilə dərslik müəllifləri “Qələbə dərsləri” adlı könüllü layihəyə qoşulublar.
Layihənin icrasında müxtəlif nəşriyyatlar da yaxından iştirak edir. Layihə çərçivəsində hər fənnin məzmununa üzvi şəkildə inikas olunmuş mövzular müvafiq siniflər üzrə distant dərs zamanı istifadə edilir.
Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toy və yas mərasimlərinin, eləcə də digər kütləvi insanların toplaşdığı yığıncaqların keçirilməsinə icazə verilmir.
Toylara qoyulan qadağanın ölkədə demoqrafik problemlərə gətirib çıxaracağı ilə bağlı fikirlər səsləndiririlir. Məhz buna görə də toyların müəyyən qaydalar çərçivəsində, yəni 50-80 nəfərlə qonaq dəvət edilməklə keçirilməsinə icazə verilməsinin vacib olduğu bildirilir. Azərbaycanda koronavirusa yoluxanların sayında azalma müsbət dinamika ilə davam edir. Eləcə də ölənlərin sayında xeyli azalma var. Bundan əlavə yaxın vaxtlarda ölkədə koronavirus əleyhinə peyvəndlənmə başlayacaq. Belə olan halda martın 15-dən sonra 80 nəfər qonaqla toyların keçirilməsinə icazə verilə bilərmi?
Bununla bağlı Sonxeber.az-ın sualını cavablandırab Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, ölkə ərazisində sərt karantin rejimi yanvarın 18-nə kimi davam edir:
"Martın 15-dən sonra 80 nəfərlə toyların keçirilməsinə icazənin verilib-verilməməsi ilə bağlı məndə heç bir məlumat yoxdur. Çünki bu barədə hələlik heç bir rəsmi qərar yoxdur".
Dünyada, o cümlədən Azərbaycanda da koronavirusla mübarizə davam edir. Son aylar ölkəmizdə virusa yoluxma artsa da, görülən karantin tədbirləri infeksiyanın yayılmasının qarşısını almaqdadır. Ölkədə vaksinasiya tədbirləri həyata keçirildikdən sonra isə yoluxmaların sayında ciddi azalma baş verəcək.
Trend məlumatına görə, bunu baş infeksionist Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, xəstəlikdən sağalan insanların immuniteti də bu işdə rol oynayır:
“Bir tərəfdən insanların xəstələnərək immunitet əldə etməsi, digər tərəfdən vaksinasiya olunaraq süni immunitet qazanması, sonda kollektiv immunitetin formalaşmasına gətirib çıxaracaq. Bu da öz növbəsində xəstələnənlərin sayında xeyli azalmaya səbəb olacaq”.
Baş infeksionist qeyd edib ki, bu proseslərdən sonra virus tam aradan qalxmasa da, bugünkü kimi qlobal səviyyədə xəstələnmələr baş verməyəcək:
“Bundan sonra infeksiya idarə olunacaq səviyyədə olacaq”.
Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır.
Bu barədə Ölkə.Az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
20 yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanında hazırlıq işləri aparılır.
Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları budanıb, qazon örtüyü yenilənib, yeni güllər əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub.
Xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
Azərbaycanda daha bir yüksək vəzifəli şəxs vəfat edib.
Bu barədə “Azərbaycan” qəzetində məlumat paylaşılıb.
Nazirlər Kabineti Aparatının Xarici İqtisadi Əlaqələr şöbəsi müdirinin müavini Rafik Əhmədov dünyasını dəyişib.
Onun ölüm səbəbi açıqlanmır.
Müdafiə Nazirliyi Füzuli rayonunun Qərvənd kəndindən videogörüntülər yayıb.
Həmin görüntüləri təqdim edirik:
Yanvarın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Yanvarın 14-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 14-də Bakıda və Abşeron yarımadasında mülayim cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.