|
Bu barədə Xaçmaz RPŞ-nin yayımladığı məlumatda qeyd olunub.
Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Həmid Həsənov, şöbənin şəxsi heyəti, eləcə də digər rayon sakinləri ürəyi Vətən eşqi ilə döyünən yaralı əsgərlərlə görüşüb.
Mərd oğulların bu günlərdə ziyarətçiləri də az deyil. Daha sonra RPŞ-nin əməkdaşları yaralı əsgərlərin ailələrinə də baş çəkib. Övladlarını mərdliklə vətən uğrunda döyüşündən fəxrlə danışan valideynlərə belə vətənpərvər övladlar böyütdükləri üçün təşəkkür edən polislərimiz, onlarla fəxr etdiklərini bildiriblər.
Şanlı ordumuz sentyabr ayının 27-dən başlayan Vətən Müharibəsi ilə dünyaya Azərbaycan ordusunun gücünü, qüdrətini bir daha sübut etdi. Düşməni peşman edən mərd oğullarımız cəsarətlə Vətən uğrunda döyüşlərə atıldılar. Onların arasında döyüşlərdə şəhidlik zirvəsinə ucalanlar da, güllə yarası alanlar da var.
Ermənistan tərəfindən elektron poçt üzərindən uğursuz fişinq hücum cəhdləri davam edir.
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) verilən məlumata görə, bu dəfə istifadəçilərə göndərilən fişinq xarakterli e-poçtda guya son dövrdə artan kiberhücumlardan qorunmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyi əməkdaşları üçün xüsusi təlim proqramı hazırlandığı bildirilir.
Eyni zamanda həmin təlimdə iştirak etmək üçün keçidə daxil olaraq, korporativ e-poçt və şifrin daxil edilməsi istənilir. İstifadəçi keçidə daxil olaraq məlumatları təqdim etdikdə həmin məlumatlar kibercinayətkarların əlinə keçir.
"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti hazırkı vaxtda hər kəsi maksimum diqqətli olmağa, şübhəli keçidlərə daxil olmamağa və hər hansı faylı yükləməməyə və məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlamağa çağırır. Xahiş edirik, bu kimi hallarla üzləşdikdə, www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verin", - nazirlikdən bildirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
O qeyd edib ki, nəticədə, Q.Qarayev-Koroğlu-28 May və Q.Qarayev-20 Yanvar dairəsi istiqamətində bütün müntəzəm və ekspress xətt avtobuslarının hərəkət intervalında gecikmələr yaranıb.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.
Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.
COVİD-19-a yoluxmanın yayılmasına görə paytaxtın Binəqədi rayonu 14,5 faizlə ilk yerdədir.
Belə ki, koronavirus testi müsbət nəticələnmiş paytaxt sakinlərinin 12,5 faizi Xətai, 11,7 faiz Yasamal, 11,7 faiz isə Sabunçu rayonunun payına düşür.
Bundan başqa, paytaxtda koronavirusa yoluxanların 8,7 faizi Nəsimi rayonunda, 8,1 faizi Nərimanov rayonunda, 8,0 faizi Suraxanı rayonunda, 7,2 faizi Qaradağ rayonunda, 7,1 faizi Nizami rayonunda, 5,5 faizi Xəzər rayonunda, 4,7 faizi Səbail rayonunda yaşayanlardır.
Həmişə olduğu kimi bu dəfə də Bakı rayonları üzrə ən az yoluxma Pirallahıda qeydə alınıb. Rayon üzrə yoluxma faizi cəmi 0,3 faiz təşkil edib.
Oxu.az xəbər verir ki, onlar Araz çayının toplaşaraq və Azərbaycanın işğal olunmuş ərazilərinin erməni işğalçılarından azad olunmasına sevinərək, həmin körpülərin üzərinə Azərbaycan bayrağı sancılarkən duyğularını ifadə ediblər.
Cənubi Azərbaycan sakinləri “Azərbaycan Ordusu, yoxdur onun qorxusu”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Yaşasın Azərbaycan” şüarları səsləndiriblər.
Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Hadrut qəsəbəsi, eyni zamanda, ətraf kəndlər işğaldan azad edildi və ordumuzun tam nəzarətindədir. Azərbaycan Ordusu 28 illik həsrətə son qoydu.
Hadrut qəsəbəsinin və digər yaşayış məntəqələrimizin işğaldan azad olunmasında fədakarlıq nümayiş etdirən əsgərlərimizdən bir neçəsini Müdafiə Nazirliyinə istinadən təqdim edirik.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər:
“Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq”.