![]() |
|
Prezident İlham Əliyevin son bəyanatlar və müsahibələrdə irəli sürdüyü məsələlərdən biri Ermənistan ordusu tərəfindən qaçaq silahlardan istifadə olunmasıdır. Məsələn, oktyabrın 20-dəki müraciəti zamanı dövlət başçısı qeyd edib: “Düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb – toplam 280 tank. Amma yenə də hələ ki, tanklar var, həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində. Haradandır onlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələni tənzimləyən beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər?” Həmçinin məhv edilmiş hərbi texnika sırasında 4 əsas “S300” hava müdafiə sistemi də var ki, qeyri-rəsmi məlumatlara görə beynəlxalq bazarda hər divizionunun qiyməti 250 milyon ABŞ dollarıdır.
Əslində, Ermənistan hətta bütün illik büdcəsini silah almaq üçün sərf etsə belə bu qədər hərbi texnika əldə edə bilməzdi. Belə ki, hesablamalara görə 1995-2020-ci illər ərzində Azərbaycanın müdafiə büdcəsi 30 milyard ABŞ dolları, Ermənistanın isə 6,5 milyard dollar təşkil edib.Stokholm Beynəlxalq Sülh Problemlərini Tədqiqat İnstitutunun (SIPRI) hesabatına görə, Azərbaycan hərbi büdcəsi ÜDM-sinin 4 faizi və daha çox hissəsi təşkil etdiyi 10 ölkədən biridir. Bu ildə rəsmi məlumata görə müdafiə xərcləri 2,2 milyard dollardan artıqdır ki, bu vəsaitin böyük hissəsi tam qanuni əsasla, yəni aidiyyəti beynəlxalq sənədlərin müddəaları çərçivəsində silah-sursat almağa sərf olunur.
Azərbaycan aldığı silah və hərbi texnikanın mənbəyini və növlərini gizlətmir, bu barədə internetdən asanlıqla məlumat almaq olar. Ermənistanın isə bu il hərbi büdcəsi oktyabr ayında əlavə edilən 80 milyon dollarla birlikdə 600 milyon dollar təşkil edir. Bu ölkənin əlində döyüşlər başlayanadək rəsmi olaraq cəmi 150 tank vardı ki, bu da hərbi əməliyyatlar zamanı iordumuz tərəfindən məhv edilmiş tankların yarısıdır.
Hər bir ölkə silah və hərbi texnikasının qanuniliyini yoxlayan BMT ekspertlərinin üzünə açıq olmalıdır. Belə çıxır ki, Ermənistan istifadə etdiyi silah və hərbi texnikasının böyük hissəsini qaçaq yolla, gömrük sənədləri tərtib olunmadan əldə edərək dərhal da işğal etdikləri Qarabağ ərazisinə ötürürmüş. Azərbaycan rəsmilərinin də dəfələrlə qeyd etdikləri kimi həmin silahlar işğal olunmuş ərazidə sadəcə saxlanmır, bir çoxu qara bazarda xırıd edilirdi. Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyası xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev iyul ayında keçirdiyi mətbuat konfransı zamanı qeyd edib: “Ermənistan tərəfi saxta şirkətlər yaradaraq qara bazarda qanunsuz silah təchizatı ilə məşğul olur”.
Qaçaq silahların rəsmi bazardakı qiymətindən qat-qat ucuz satıldığı nəzərə alınsa, Ermənistanın nə qədər qazanc götürdüyünü təsəvvür etmək çətin deyil. Həm də bildiyimiz kimi, Ermənistan əlində olan silah və hərbi texnikanın böyük hissəsini qeyri-rəsmi “yardım”lar şəklində, yaxud müddətsiz kreditlər vasitəsilə alır. Əlbəttə, həmin silahların əksər hissəsi köhnəlib, amma müxtəlif terrorçu təşkilatlar, döyüş qrupları tərəfindən ona da böyük tələbat var. Belə terrorçu dəstələr üçün işğal altındakı ərazilərdə hərbi təlimlər də təşkil edilirdi, özü də təbii ki, ödənişli əsasla. Bütün bu qanunsuz fəaliyyətlərdən əldə edilən külli miqdarda vəsaitlər Ermənistanın rəsmi büdcəsindən yan keçərək, həm də yüksək rütbəli rəsmilərin xəbərdar olduqları, bəlkə də iştirak etdikləri müxtəlif korrupsiya yolları ilə xaricə ötürülüb. Halbuki rəsmi rəqəmlərə görə Ermənistanda hər dörd nəfərdən biri yoxsulluq həddində yaşayır.
Cəbhədə hərbi əməliyyatlar başlayandan bu yana döyüş bölgəsinə qaçaq yolla silah ötürülməsi daha geniş vüsət aldı və Azərbaycan buna dair ən yüksək səviyyələrdə bəyanatlar verib. Təbii ki, kasıb ölkə olan Ermənistan bütün bunları öz büdcəsindən ödəmək iqtidarında olmadığına görə erməni diasporunun qanunsuz “səxavət”ini güman etməkdən başqa əlac yoxdur.
Sözsüz ki, Azərbaycan ordusu indiyədək düşmənin cəbbəxanasına çox böyük zərbə vurub. Ekspertlərin qənaətinə görə, qarşı tərəfin silah ehtiyatını 27 sentyabrdan əvvəlki səviyyəyə çatdırmaq üçün azı 10-15 il vaxt lazım gələcək. Bu da hələ Ermənistan hərbi büdcəsinin heç olmasa hazırkı həcmdə olacağı təqdirdə mümkündür ki, heç də ağlabatan görünmür.
Beləliklə, işğal etdikləri əraziləri itirməklə Ermənistan həm də saysız-hesabsız terrorçu dəstələrilə yürütdüyü qanunsuz əməkdaşlıqdan əldə etdikləri külli miqdarda qara pullardan olmaqla qanunsuz yollarla əldə etdikləri silahları gizlətmək üçün yerlərdən, elə bütövlükdə hərbi gücünün mühüm hissəsindən də məhrum olacaq. (Report)
Qulu Nuriyev, ekspert
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.
Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək, vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib. Yol-xeber.az xəbər verir ki, müraciətdə deyilir: "Vətəndaşlar tərəfindən daxili işlər orqanlarına edilən bütün müraciətlər operativ şəkildə araşdırılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür. Əhalinin nəzərinə bir daha çatdırırıq ki, qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağlamlığına, ictimai asayişə təhlükə yarada biləcək və ya terror şübhəsi halları ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng mərkəzinə məlumat verilməlidir.
Bununla yanaşı, xatırladırıq ki, bilərəkdən yalan məlumatlar verməklə insanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcəkdir."
Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İdarəsi Azərbaycan ordusu tərəfindən işğaldan azad olunmuş ərazilərin adlarının əks olunduğu nişanları hazırlayıb.
Bu barədə Yol-xeber.az-a İdarədən məlumat verilib. Bildirilib ki, yeni lövhələr yaxın günlərdə həmin şəhər və rayonların, eyni zamanda kəndlərin girişinə vurulacaq.
Qeyd edək ki, yol polisi digər bütün işğaldan olan bölgələrin adlarının əks olunduğu lövhələri hazırlayacaq. İşğaldan azad olunduqca müvafiq nişanlar təmin olunacaq.
Rəşadətli ordumuzun hər gün işğaldan azad etdiyi rayonlar tezliklə yenidən öz adlarına qovuşacaq. Fotoları təqdim edirik:
"Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.
Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 12-14, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Oktyabrın 22-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-7, gündüz 14-18 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bu barədə Milli Məclisin deputatı Kamal Cəfərov məlumat yayıb.
O qeyd edib ki, Aynur “şəhid” və “əsgər” sözlərinin nə demək olduğunu yeni öyrənib.
6 yaşlı qızcığaz rayona şəhidlərin gətirildiyini biləndən sonra atasına deyib ki, kömək edək, əsgərlər güc qazansın.
Hücumlar nəticəsində vətəndaşlarımızın evlərinə külli miqdarda ziyan dəyir, darmadağın olur.
Hazırda dövlətimiz tərəfindən bu fəsadların aradan qaldırılması üçün vətəndaşlarımıza diqqət ən yüksək səviyyədədir. Bu günlərdə möhkəm birlik nümayiş etdirən xalqımız hücumlardan zərər çəkmiş vətəndaşlarımıza öz dəstəyini göstərmək üçün səylərini davam etdirir.
Bu məqsədlə Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşəbbüsü ilə “#Birlikdəstək” (Birlikdə Dəstək) adlı aksiyaya start verilib. Aksiya çərçivəsində hücumlardan zərər çəkən və hazırda sığınacaqlarda yerləşdirilmiş vətəndaşlarımıza yardım göstərilməsi nəzərdə tutulub. Bu məqsədlə, zərər çəkən vətəndaşlarımıza gec xarab olan ərzaq məhsulları, uşaq, qadın və kişilər üçün yararlı geyimlər, müxtəlif növ ev əşyaları, mətbəx əşyaları, uşaqlar üçün oyuncaqlar, boyama kitabçaları və s. çatdırılması planlaşdırılır. İanə edilən məhsullar könüllülər tərəfindən ünvanlara çatdırılacaq.
Dəstək olmaq istəyən vətəndaşlar, ianə etmək istədikləri məhsul və ya əşyaları linkdə qeyd olunan ünvanlara yaxınlaşaraq təhvil verə bilərlər.
Link: //cutt.ly/5glmpop
Qaynar xətt: (070) 2668090
Report xəbər verir ki, bunu Ermənistan tərəfindən atəşə məruz qalan Gəncə şəhərində səfərdə olan Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov bildirib.
O, təqaüdün verilmə qaydalarını da açıqlayıb: "Yeni Azərbaycan Partiyası ermənilərin Gəncə şəhərində törətdikləri terror zamanı valideynlərini itirən uşaqlara təqaüd verəcək. Biz nəzərdə tutumuşuq ki, terror zamanı valideynlərini itirən 1 uşaq üçün 300 AZN, ailədə 2 uşaq varsa, ikisi bir yerdə olmaqla 500 azn təqaüd ödəniləcək. Təqaüdlər onların kart hesablarına köçürülməklə 18 yaşına qədər veriləcək".