Oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 19-22, Bakıda gecə 14-16, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Oktyabrın 30-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 30-da Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

“Tarixdə heç bir vaxt bu kimi cinayətləri törədənlər məsuliyyətdən qaça bilməyiblər. Onlar gec-tez cinayət məsuliyyətinə cəlb olunublar, beynəlxalq tribunal qarşısında cavab veriblər”.
Report xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bərdədə hadisə yerində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sentyabrın 27-dən bu günə kimi 90 dinc sakin erməni terrorunun qurbanı olub.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev və Baş prokuror Kamran Əliyev Bərdəyə və Tərtərə yollanıb.

Səfərin məqsədi Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən həyata keçirdiyi hərbi cinayətləri beynəlxalq mediaya və diplomatik korpuslara göstərməkdir.

“Haber Global” hadisə yerindən canlı yayıma çıxıb.

Hərbi zərurət olmadan hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə olunmuş gücləndirilmiş mühafizə altındakı Xocalı, Ağdam rayonunda Üzərliktəpə, Füzuli rayonunda Qaraköpək kurqanları və digər tarixi mədəniyyət abidələri, eləcə də arxeoloji qazıntılar zamanı aşkar edilmiş ümumdünya əhəmiyyətinə malik 100 mindən artıq qiymətli və nadir eksponatlar məhv edilmiş və talanmış, habelə işğalı əbədiləşdirmək və ermənilərin guya işğal olunmuş ərazilərdə tarixən yaşamasını beynəlxalq ictimaiyyətə inandırmaq üçün aparılmış qanunsuz arxeoloji qazıntı işləri zamanı aşkar olunmuş Azərbaycan xalqına məxsus tarixi mədəniyyət nümunələri talan edilərək Ermənistan Respublikasına qanunsuz olaraq aparılıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Ermənistan Respublikasına qanunsuz çıxarılmaqla özgəninkiləşdirilərək talan edilmiş, xüsusi tarixi, elmi, ədəbi və mədəni dəyəri olan əşyalar və sənədlər talanması nəticəsində məhv olmuş, korlanmış və dağıdılmış, ağır nəticələrə səbəb olmuş Azərbaycan Respublikasına, onun vətəndaşlarına, ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus xüsusilə külli miqdar təşkil edən milyardlarla manat dəyərində daşınar və daşınmaz əmlaklar yandırılmaqla, partladılmaqla və başqa ümumi təhlükəli üsullarla qəsdən məhv edilmiş, bundan başqa işğal olunmuş ərazilərdə Azərbaycan dövlətinə məxsus yeraltı və yerüstü sərvətlər talanmaqla ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurulub.

Qeyd olunan faktlarla bağlı toplanmış materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 116.0.2 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.8-1 (hərbi zərurət olmadan qəsdən mədəni sərvəti, o cümlədən gücləndirilmiş mühafizə altında olan mədəni sərvəti hücum obyektinə çevirmə, yaxud gücləndirilmiş mühafizə altında olan mədəni sərvətdən və ya ona bilavasitə bitişik ərazilərdən hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə etmə), 183.2.1 (xüsusi dəyəri olan əşyaları talama), 186.3 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 206.4 (qaçaqmalçılıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilməklə istintaq-əməliyyat qrupu yaradılıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dünən gün ərzində düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilib. 

Dünən gün ərzində görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanın müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Ğazaryan məhv edilib.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan əlavə 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb və 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.

Azərbaycanın Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb qaçdığı döyüş sursatı, zirehli və avtomobil texnikalarının videogörüntüsünü yayıb.

Həmin görüntüləri təqdim edirik:

Azərbaycanın Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb qaçdığı döyüş sursatı, zirehli və avtomobil texnikalarının videogörüntüsünü yayıb.

Həmin görüntüləri təqdim edirik:

 
Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Qubadlı rayonunun işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin videogörüntüsü

 
Düşmənin nə qədər canlı qüvvəsi məhv edilib? - Prezident açıqladı

“Azərbaycanda olan məlumata görə, sentyabrın 27-dən Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar zamanı Ermənistanın canlı qüvvədə itkiləri təxminən 5 min nəfər təşkil edir”.

Bunu Prezident İlham Əliyev “İnterfaks”a müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

“Deyə bilərəm ki, bizim ehtimallara əsasən, Ermənistanın hansı itkiləri ola bilər. Bizdə olan məlumata görə, Ermənistan tərəfinin yalnız canlı qüvvədə itkiləri 5 min nəfər və daha artıq ola bilər, bir qayda olaraq, yaralıların sayı 2-3 dəfə artıq olur”.

“Bizim itkilərə gəlincə, mən demişəm, biz onları hərbi əməliyyatlar bitəndən sonra elan edəcəyik. Ancaq deməliyəm ki, bizim itkilərimiz dəfələrlə azdır”, - deyə Prezident əlavə edib.

“Hərbi qarşıdurmaların xarakteri, mürəkkəb relyef, ermənilərin 30 il ərzində inşa etdikləri istehkamları nəzərə alaraq hesab edirəm ki, hər bir insanın həyatı çox dəyərlidir, lakin bütün bu amilləri nəzərə alaraq, bizim itkilərimiz minimaldır”, - deyə dövlət başçısı bildirib.

Xəbər lenti