Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlar üçün bildiriş yayıb.
“Ölkə.Az”a daxil olan məlumatda deyilir:

“Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il fərmanı ilə Respublikanın bütün ərazilərində 2020-ci il 28 sentyabr tarixi saat 00:00-dan hərbi vəziyyət elan edilmiş, həmçinin həmin fərmana əsasən, Respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq olunur.

Qeyd olunan dövr ərzində Ermənistan tərəfindən ölkədəki sabitliyi, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsdi ilə terror və təxribatlar törədilməsi ehtimalı ilə bağlı dövlət təhlükəsizliyi orqanlarına məlumatlar daxil olub.

Bununla əlaqədar təşvişə düşmədən ayıq-sayıq olmanız, əhalinin sıx cəmləşdiyi ərazilərdə, ictimai nəqliyyatda, eyni zamanda rəhbərlik etdiyiniz idarə və təşkilatlarda, həmçinin mülkiyyətinizdə və istifadənizdə olan nəqliyyat vasitələrində və ətrafında şübhəli şəxslər, bağlamalar və şübhə doğuran hər hansı əşya müşahidə etdikdə dərhal “102” xidmətinə, eləcə də yaxınlıqdakı polis orqanlarına və əməkdaşlarına məlumat verməyiniz xahiş olunur”.

DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyevə yeni vəzifə verilib.

O, BDYPİ-nin rəis müavini vəzifəsinə təyin olunub.

K.Əliyev eyni zamanda BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəisi vəzifəsini də icra edəcək.

Qeyd edək ki, Qeydiyyat İmtahan İdarəsinin əvvəlki rəisi, polkovnik İlham Rəcəbov idi. O, bu ilin iyul ayında koronavirusdan vəfat edib

“15 sentyabr tarixindən ümumtəhsil müəssisələrində təhsil ibtidai sinifdən başlayaraq ənənəvi formalda təşkil edilmişdi. Bakı, Sumqayıt, Abşeronda həftədə 2 dəfə, digər bölgələrdə 3 dəfə dərsə gəlirdilər”.

Apa xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
Təhsil naziri deyib ki, sonrakı mərhələdə yuxarı siniflər də əyani təhsilə cəlb edilib: “Ümumilikdə 1 milyon 300 min şagird əyani təhsilə cəlb edilmişdi. 2 milyon təhsil alan və bir neçə yüz min tədris işçisi tədris prosesində iştirak edir. Təhsil müəssisələri yoluxmanı artıra biləcək yerlər kimi qiymətləndirilir. Təhsil sistemi üçün riskli sütuasiya yaranıb. Buna görə də 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub”.

“Dünən ölkəmizdə yoluxma 530 olub. Hazırda reanimasiyada olan 113 xəstəmiz var, onlardan 16 nəfəri süni nəfəs aparatına qoşulub”.

Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Koronavirusa yoluxmanın artması biz həkimlər üçün ikinci cəbhənin açılması deməkdir”,- deyə, o, bildirib.

Ölkədə koronavirusa yoluxma sayının artımı təhsil müəssisələrinin müvəqqəti bağlanmasına səbəb oldu.

Bunu Təhsil naziri Emin Əmrullayev keçirilən brifinqdə bildirib.

 "Təhsil sistemi üçün riskli sütuasiya yaranıb, ümid edirik, bu 2 həftəlik tətil yoluxma sayının azalmasına gətirib çıxaracaq. 2 noyabrdan biz təhsilə davam edə biləcəyik. Amma bu haqda danışmaq tezdir"

 Dünyada virusa yoluxmada ciddi artım müşahidə edilir. Qonşu ölkələrdə də koronavirusa qarşı ciddi tədbirlər həyata keçirilir. Dünənki yoluxma sayı avqustun əvvəlindən bu günə qədər gördüyümüz ən çox yoluxma idi".

“Ermənistanın atəşə tutduğu bölgələrdə xəstəxanalarımız fəaliyyətini davam etdirir, həkimlərimiz yaralıların xidmətindədir”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

"28 sentyabrdan başlayaraq tibb işçilərimiz cəbhə bölgəsində fəaliyyət göstərməkdədir.

Ən qaynar bölgələrdə TƏBİB-in işçiləri var və lazımı köməyi yerindəcə həkimlərimiz tərəfindən göstərilir. Koronavirusa yoluxmanın artması biz həkimlər üçün ikinci cəbhənin açılmasıdır. Hər bir həkimimiz cəbhəyə gedib kömək etməyə can atır

COVİD-19 ilə mubarizə ORDUYA bir dəstəkdir! Tibb işçiləri iki cəbhədə vuruşur. Həkimlərimizin hamısı cəbhədə əsgərlərimizə yardım etmək istəyir, ancaq biz koronavirusu da unutmamalıyıq".

Təhsil Naziri qeyd edib ki, 2 həftəlik tətildə onlayn dərslər də dayandırılacaq.

O həmçini, cəbhəyanı rayonlardakı dərsləri koronavirusa yox, mövcud şəraitə görə dayandırıldığını açıqlayıb.

Azərbaycanda COVİD-19-a yoxulmanın yenidən artması ilə əlaqədar “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, 2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır. 

Bu barədə operativ qərargah məlumat yayıb. 

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.  

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz  22-26, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.  

Oktyabrın 16-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə isti olacaq.   

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Sosial şəbəkələrdə bu gün şimal və şimal-şərq istiqamətində gedən şiddətli döyüşlər zamanı korpus komandiri, general-mayor Hikmət Həsənovun şəhid olması ilə bağlı yalan məlumat yayılıb.

Şəkil guya “ƏN SON Xəbərlər” adlanan “Facebook” səhifəsində paylaşılıb. Ancaq axtarışda belə bir səhifənin mövcudluğuna dair heç nə tapmaq mümkün deyil.

Şəkil kompüter proqramları vasitəsilə düzəldilib və ermənilər tərəfindən sosial şəbəkələrdə yayılıb.

Fact Chek Karabakh” səhifəsi bunun yalan olduğu ilə bağlı paylaşım edib. 

Ölkə ərazisində hərbi vəziyyət elan edilməsi ilə əlaqədar qanunda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən irəli gələn tapşırıqların icrasının təmin olunması, habelə yeni növ koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Bakı Metropolitenində gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

"Ölkə.Az" xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, ictimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, Bakı Metropolitenində tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına ciddi nəzarət olunur və bu istiqamətdə monitorinqlər nəticəsində tədbirlər davamlı olaraq dövrün tələbinə uyğun yenilənir:

"Qeyd olunmalıdır ki, sosial məsafənin qorunmasını təmin etmək məqsədilə stansiyaların giriş sahələrində istiqamətləndiricilərin quraşdırılması sərnişinlərin hərəkət nizamının tənzimlənməsinə xidmət edir. Artıq sərnişinlərin nizamlı hərəkətinin təmin edilməsinə skaner tipli yeni yoxlama qurğularının da təsiri var. Stansiyaların girişlərinin yoxlama məntəqələrində tətbiq edilən avadanlığın əsas vəzifəsi metropolitendən sərnişinlərin istifadə rahatlığı və təhlükəsizliyini artırmaqdır. İlk olaraq metropolitenin daha çox sərnişin daxil olan stansiyalarında tətbiq edilən və avtomatik rejimdə çalışan bu çoxfunksiyalı sistem daşınan əşyaları, o cümlədən müəyyən edilmiş ölçülər çərçivəsində çanta və digər yüklərin yoxlanılmasını sürətlə həyata keçirir, ləngimələrin aradan qaldırılmasına xidmət edir.

Onu da əlavə edək ki, yoxlama məntəqəsində hər bir sərnişindən tibbi maskanın düzgün taxılması tələb olunur, sosial məsafəni qorumağın vacibliyi xatırladılır, həmçinin seçmə qayda ilə hərarətin ölçülməsi tətbiq edilir.

Koronavirus infeksiyasının yayılmasına qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə metropolitenin və polis əməkdaşlarının stansiyalarda və qatarlarda monitorinqləri artırılıb və bunun nəticəsində günün müəyyən saatlarında yoxlamalar intensivləşdirilib. Yoxlamalar zamanı sərnişinlərlə profilaktik söhbətlər aparılır, tövsiyələr verilir. Günümüzün tələbləri nəzərə alınmaqla, sərnişinlərin daha məsuliyyətli olaraq, tibbi maskadan düzgün istifadə etməsinin, sosial məsafənin qorunmasının vacibliyi ətraflı izah olunur.

Metropoliten stansiyalarına daxil olan sərnişinlərdən stansiyaların girişində tibbi maskadan düzgün istifadə etməklə, əl əşyaları və yüklərini artıq vestibülə daxil olarkən hazır vəziyyətdə saxlayaraq avtomatik yoxlama cihazlarına yaxınlaşmalarını xahiş edirik.

Hər bir sərnişinin sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl edəcəyinə, mövcud qaydaları anlayışla qarşılayacağına və birlikdə güclü olaraq bütün çətinliklərə qalib gələcəyimizə inanırıq".

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən  verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 43 mülki şəxs qətlə yetirilib, 218 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 290, çoxmənzilli yaşayış binalarının sayı 79, yaşayış evlərinin sayı isə 1 592-dir.

Xəbər lenti