Nazirlər Kabineti "Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin nümunəvi Nizamnaməsi"ni təsdiqləyib.

Ardını oxu...


Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə (əməkhaqqına əlavələrə və digər stimullaşdırıcı ödənişlərə) yönəldiləcək.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Həsən Əliyev adına Zəngəzur Milli Parkında ana və bala bəbirin foto və video görüntüləri qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, fotolar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə 2018-ci ilin oktyabr ayında əldə edilib.

Dəfələrlə qeydə alınan bəbir görüntüləri xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsindən, maarifləndirmə işlərinin aparılmasından, bəbirin qida obyektləri olan bezoar keçi, muflon kimi heyvan növlərinin sayının artması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir.

Yanvarın 17-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR üzrə təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib, istehsalatda qəzaların baş verməməsi üçün növbədə qalması zəruri olan işçilərdən başqa bütün əməkdaşlar təxliyə edilir.

SOCAR-dan Axar.az-a verilən məlumata görə, hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumilikdə 1700-dən çox neftçinin sahilə çıxarılması üçün aparılan tədbirlər artıq sona çatdırılır.

Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər maksimum dərəcədə dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub.

Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, mövcud vəziyyət daimi nəzarət altındadır. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir.

Beynəlxalq Bankın idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev və onun həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı araşdırma aparan Britaniyanın hüquq-mühafizə orqanları 1 milyon funt sterlinq dəyərində olan brilyant üzüyü müsadirə edib.

Axar.az xəbər verir ki, bu barədə Britaniyanın “Teleqraf” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, müsadirə olunan 8.9 karatlıq üzük 8 il əvvəl Zamirə Hacıyeva tərəfindən Londonun məşhur “Harrods” mağazasından alınıb.

Üzük zərgərlik dükanında bərpa edilən zaman Britaniya Milli Cinayət Agentliyinin əməkdaşları tərəfindən götürülüb.

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.

Axar.az xəbər verir ki, bu barədə Unikal.org-a DİN-dən məlumat verilib.

Nazirin digər əmri ilə, Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinin Rəis müavini vəzifəsinə təyinat alıb.


Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Binəqədinin Cavadxan küçəsində diametri 159 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək rayonun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Biləcəri qəsəbələri və Motodrom yaşayış sahəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
 
“Azəriqaz” İstehsalat Birliyindən “Qafqazinfo”ya verilən məlumata görə, görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilə aradan qaldırılacaq.

Sulutəpə sakinlərinin yol problemi həll edilir

Binəqədi rayonu, Sulutəpə qəsəbəsində Ruslan Allahverdiyev küçəsinin təmiri işlərinə başlanılıb.

“Qafqazinfo” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, başlanğıcını Xocahəsən-Lökbatan avomobil yolunun əvvəlindən götürən küçənin ümumi uzunluğu 3150 metr təşkil edir. Küçənin 1150 m-lik hissəsinin eni 4-7 metr arası, 2 km-lik hissəsində isə 7-8 metr arası dəyişir.

Ruslan Alahverdiyev küçəsi uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğrayıb, qabarmalar, çökmələr və çatlar əmələ gəlib. Üstəlik küçələr boyu bəzi hissələrdə kanalizasiya sisteminin, piyadalar üçün səkilərin olmaması, mövcudlarının isə dağılması bütün hərəkət iştirakçıları üçün müəyyən problemlərə gətirib çıxarırdı. Bu səbəbdən küçənin əsaslı şəkildə təmir olunması zərurəti yaranmışdı.

 

Hazırda küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, qreyderlə profilə salınaraq hamarlaşdırılır.

Təmir işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, qazılmış və genişləndirilmiş ərazilərə isə yararlı material tökülərək kipləşdirmə işləri aparılır.

Bu işlərin ardınca küçənin zəruri olan hissəsində yeni piyada səkilərinin salınması, mövcudlarının isə bərpası nəzərdə tutulub.

Daha sonra təmir-tikinti işləri çərçivəsində küçəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək. Asfaltlanma işlərinin ardınca hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yolcızgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 




 
Azərbaycanda yeni agentlik yaradıldı

Prezident İlham Əliyev “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Fərmana əsasən, Agentlik baytarlıq və fitosanitar xidmətlərinin təşkilini və idarə edilməsini, keyfiyyətinə nəzarəti həyata keçirir, bu sahədə dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) fəaliyyətini əlaqələndirir, kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini DAİM vasitəsilə həyata keçirir, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri və toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkilinə və göstərilməsinə nəzarət edir.

 

Agentliyin Aparatının işçilərinin say həddi 85 nəfərdir.

Baş Dövlət Texniki Nəzarət Xidmətinin regional bölmələrinin işçilərinin say həddində ştat vahidləri DAİM-ə verilir.

Kənd Təsərrüfatı Nazirliyinə Agentliyin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, regionlarda DAİM vasitəsilə göstəriləcək xidmətlərin siyahısını və həmin xidmətlərin reqlamentlərini üç ay müddətində təsdiqləmək və Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Kənd Təsərrüfatı Nazirliyi və Dövlət İmtahan Mərkəzi bununla əlaqədar dövlət xidmətlərində işləyən dövlət qulluqçularına münasibətdə Azərbaycan Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq tədbirlər görəcəklər.

Agentliyin əsasnaməsi təsdiq edilənədək Dövlət Fitosanitar Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti və Baş Dövlət Texniki Nəzarət Xidməti öz fəaliyyətlərini davam etdirəcəklər.

Fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə də müvafiq tapşırıqlar verilib.

Pensiyaların maliyyələşdirilməsi yaxın bir neçə gündə təmin olunacaq.

Bu sözləri Axar.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbli deyib. O, bildirib ki, hazırki yanvar ayının pensiyaları da elə bu ay ərzində tam ödəniləcək:

"Ümumilikdə ölkəmizdə bütün aylar üzrə pensiyaların ödənişi müvafiq qrafik əsasında vaxtlı vaxtında ödənilir. Eyni zamanda , hər il olduğu kimi cari ilin yanvar ayında da yeni büdcə ilinin başlanması ilə əlaqədar xərclər smetasının bölüşdürülməsi prosesi aparılır. Texniki xarakter daşıyan bu proses yekunlaşmaq üzrədir və məlumat üçün deyim ki, hər ayın pensiyası elə həmin ay ərzində ödənilir".

Xəbər lenti