Nəqliyyat eksperti: "Parklanma ilə bağlı beynəlxalq təcrübəni öyrənməliyik"
"Bu məsələlər həllini taparkən yerli xüsusiyyətlər də nəzərə alınmalıdır"

Bakı şəhərində parkinq məsələsinin həm infrastruktur cəhətdən, həm də iqtisadi baxımdan analiz edilməsi üçün Bakı Nəqliyyat Agentliyi (BNA) beynəlxalq məsləhət xidmətləri ilə əməkdaşlıq edir. Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Fins.az saytına bildirib ki, bu istiqamətdə beynəlxalq təcrübənoin öyrənilməsini vacib sayır: "Şəhər nəqliyyatında hərəkətin təşkili, dayanma-durma və digər məsələləri həll edərkən beynəlxalq təcrübəni nəzərdən keçirmək lazımdır. Beynəlxalq təcrübəni həm yerli qurumların əməkdaşları gedib öyrənə bilər, həm də müxtəlif ölkələrdən peşəkar şəxslər Azərbaycana dəvət oluna bilər ki, onların bilik və bacarıqlarından istifadə edək. BNA xeyli müddətdir ki, xarici ölkələrdən olan peşəkar şəxslərlə işləyir, onların təklifləri və layihələri üzərində müzakirələr aparır. Təbii ki, bu məsələlər həllini taparkən yerli xüsusiyyətlər də nəzərə alınmalıdır. Əcnəbilərin düşüncə tərzi ilə bizim düşüncə tərzində fərq var. Ona görə yekun qərarları bizim qurumların rəhbərləri qəbul etməlidir. Xarici ekspertlərin ideyaları dinlənilməli, lakin yekunda qərar qəbul edilərkən bizim mental xüsusiyyətlər nəzərə alınmalıdır. Əminəm ki, məhz belə olacaq. Düşünürəm ki, beynəlxalq tərcübənin öyrənilməsi, beynəlxalq ekspertlərlə əməkdaşlıq qəbahət bir iş deyil və nə qədər xərc aparsa da, biz bu addımları atmalı, beynəlxalq təcrübəni öyrənməli, köklü və illər sonraya hesablanan dəyişikliklər üçün təhlillər aparılmalıyıq. Bunun nəticəsində də ortaya çox faydalı bir iş qoya bilərik. Bakıda daim bu cür analizlərin aparılmasına ehtiyac olub. Dünyada Bakı kimi başqa şəhərlər də var. O şəhərlərdə yaranmış problemlərlə bağlı necə çıxış yolu tapıblarsa, biz də həmin təcrübənin əsasında müəyyən problemləri həll edə bilərik. Lakin bir daha qeyd edirəm ki, bu addımları atarkən mental xüsusiyyətləri nəzərə almalıyıq. Belə olduqda müəyyən effekt əldə edə bilərik. Birbaşa sərt şəkildə verilən inzibati qərarlar yekunda müəyyən narazılıqlara gətirib çıxarır".
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər

Xəbər lenti