|
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul xidmətinin alayının 11-ci tağımında Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Yol-xeber.az xəbər verir ki, mərasimdə tarixçi Firuddin Zeynalov YPX əməkdaşlarına Xocalı faciəsinin tarixindən danışıb. Eyni zamanda polis əməkdaşlarına erməni vandalizmi onların Azərbaycana yürütdüyü işğalçılıq siyasətini barədə ətraflı məlumat verilib. Tədbirdə Xocalı şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra isə polis əməkdaşları Xocalı abidəsini ziyarət edərək,abidə önünə gül dəstələri qoyub və şəhidlərin ruhuna ehtiramlarını ifadə ediblər.