|
"Koronavirusunun yayılmasının qarşısının alınması ilə bağlı yaşayış evlərinə naməlum şəxslərin daxil olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılıb".
Yol-xeber.az xəbər verir ki, bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, yayılan məlumatlar təsdiqini tapmayıb.
Xidmət rəisi əlavə edib ki, bu və ya digər formada paytaxtın polis orqanlarına hər şəhər sakinləri tərəfindən hansı müracət daxil olmayıb.