Tıxaclarda qalan sürücülər bu səhvə yol verməməlidir - ŞƏRH
Sürətin çox olması sonda avtomobil qəzalarının baş verməsinə səbəb ola bilir

"Problemli kəsişmədən çıxdıqdan sonra bəzi sürücülər aqressivləşərək sürət həddini aşır".

Yol-xeber.az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında yol-nəqliyyat eksperti Rauf Ağamirzəyev problemli kəsişmələrdə yaranan tıxaclarla bağlı danışarkən deyib. Ekspert bildirib ki, paytaxt yollarının hazırkı quruluşu sürücləri sürəti artırmağa stimullaşdırır:

“Tıxaclara səbəb olan amillərdən biri də yol infrastrukturu ilə bağlıdır. Bəzi yolların həddən artıq geniş olmasına baxmayaraq, yenə də tıxac yaranır. Bu da "butulka effekti"dir. Yəni geniş yol sonda nəqliyyatın axınına təsir edir. Geniş yoldan dar küçələrə keçdikdə sürət azalır və tıxac yaranır. Tıxacda qalan sürücülər isə təbii olaraq aqressiv olur. Yollarımızn dizaynını bir az dəyişdirmək, dünya təcrübəsində olan nümunələri tətbiq etmək, geniş yollarda təhlükəsizlik adacıqlarının quraşdırılması bu aqressiyanın qarşısını alacaq”.

 

Ekspertin fikrincə, problemli kəsişmələrdə qəzaların qarşısını almaq üçün mərkəzi yerlərdə sürət həddi aşağı endirilməldir:

“Şəhər daxilində yerləşən küçələrdə sürət məhdudiyyəti 50 km/saat-a, insanların daha çox hərəkət etdiyi yerlərdə isə 30 km/saat-a salınmasını təklif edərdim. Sürətin çox olması sonda avtomobil qəzalarının baş verməsinə səbəb ola bilir”.

R.Ağamirzəyev Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən bir sıra yol kəsişmələrində tətbiq olunan sarı tor mexanizmindən də bəhs edib: 

“BNA-nın sözügedən layihəsi artıq 15 yolda tətbiq olunub və hesab edirəm ki, öz effektiv təsirini göstərib. Sarı kəsişmə torunun mahiyyəti sürücüləri məhz belə tıxanma riski olan kəsişmədə daha diqqətli olmağa və kəsişməni hər zaman nəqliyyat üçün təmiz saxlamağa sövq etməkdir”.

29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi

Xəbər lenti