|
“29 fevral tarixdən Azərbaycanla İran arasındakı sərhəddin bağlandığı bildirilib. Amma görünür ki bu məhdudlaşma yalnız vətəndaşlar üçün şamil olunub. Yük maşınları, TIR-lar eyni qaydada hərəkəti davam etdirir”.
Bunu ekspert Osman Gündüz deyib. O, düşünür ki bu, görülən tədbirlərin əhəmiyyətini azaltmaqla bərabər, sui-istifadə hallarına geniş imkanlar yaradacaq.
“Güman ki, başqa ölkələrin də yük maşınları Azərbaycan ərazisindən istifadə etməklə İrana keçməyə çalışacaqlar .
Artıq hər iki istiqamətdə uzun TIR növbələrinin də yarandığı bildirirlir.
Fikrimcə adı çəkilən məhdudlaşma qərarının bütövlükdə, bütün vasitələrlə gediş-gəlişə şamil edilməsi doğru olardı.
DGK-nın inzibati binasındakı böyük monitorlarda sərhəd buraxılış məntəqəlindəki real vəziyyət real vaxt rejimində görsənir.
Fikrimcə DGK –nın yaranmış situasiya ilə əlaqəli ölkənin sərhəd buraxılış məntəqələrindəki vəziyyət haqqında daha ətraflı məlumatlar verməsi faydalı olardı”. /Yenisabah/