Azərbaycanda niyə qadın yol polisi yoxdur? - DYP-dən və ekspertdən cavab
Xanımlarının yol polisi olmasına nə mane olur?

Dünyanın bir çox ölkəsində yol patrul xidmətində kişilərlə yanaşı qadınlar da işləyir. Azərbaycanda xanımları bir çox sahələrdə kişilərlə çiyin-çiyinə çalışır. Bəs görəsən Azərbaycanda da qadın yol polisləri fəaliyyət göstərirmi? Məsələ ilə bağlı 1news.az-a danışan Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, Azərbaycanda Yol Patrul Xidmətində xanım polis işləmir: “Baş Dövlət Yol Polisi  idarəsində və ASAN xidmətdə sürücük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı olan pəncərədə ümumilikdə 61 nəfər xanım çalışır. Yol patrul xidmətində iş bir az çətin olduğu üçün xanımlar bir o qədər də həvəs göstərmirlər. Bundan əlavə xanımın tək istəyi deyil, eyni zamanda tələblərə də cavab verməlidir, boy, fiziki güc və təhsil baxımından uyğunluq olmalıdır. İlin fəsillərindən, havadan aslı olmayaraq Yol Patrul Xidmətinin əməkdaşları yolda bayır xidməti aparmalıdır. Ola bilsin ki, xanımlarımız bu səbəbə görə Yol Patrul Xidmətində çalışmaq istəmirlər”.

Nəqliyyat məsələləri üzrə ekspert, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı bildirib ki, Azərbaycanda yol polisi sistemində xanımlar çoxdur, sadəcə onlar idarədə olurlar.

“Bayır xidmətində fəaliyyət göstərən xanımlar yoxdur. Mən bildiyimə görə SSRİ vaxtında Azərbaycanda  yol patrul xidmətində çalışan xanımlar olub. O dövrlə indiki dövr arasında xeyli fərq var. Sürücülərin mədəniyyət səviyyəsi, davranışları və s. kimi məsələlərdə fərqlər müşahidə olunur. Bununla yanaşı Azərbaycanın özünün də mental xüsusiyyəti var, heç kim istəməz ki, xanım gecə saat 12-də bayırda xidmət aparsın. Mental xüsusiyyətlər baxımından bu o qədər də xoş qarşılanmaya bilər.

 

Amma əgər Yol Polisində bayır xidmətində işləməyi arzulayan xanımlar varsa, onlar müraciət etsələr Daxili İşlər Nazirliyinin rəhbərliyi onunla bağlı müəyyən addım atar. Normal şəraitdə, qaranlıq gecə xidmətinə qalmadan xanımlar patrul xidmətini həyata keçirə bilər. Xanım sürücülərin  bu qədər artdığı bir dövrdə xanım yol polislərinin olması da pis olmazdı. Hər bir halda bununla bağlı vətəndaş özü qərar verməlidir”.

Avtomobil təlimçisi Arzu Kürsüm Babazadə deyib ki, Azərbaycanda qadın yol polislərinə ehtiyac var. “Peşəkar olsalar, işlərini vicdanla icra etsələr çox yaxşı olar. Bizdə mentalitet məsələsi var, yol polislərimiz kişidi deyə bəzən qadın sürücülərimizi saxlayanda müəyyən aqressiv hallar yaşanır. Bu məsələlər absurd olsa da reallıqdır”.

Xanım təlimçinin sözlərinə görə,  Azərbaycan xanımları yol polisində işləməkdə çox da maraqlı deyillər. “Xanımlarımızın müəyyən hissəsində polis əməkdaşı kimi işləməyə maraq var. Mən özüm bir xanım olaraq xanımların yol polisi olmağının tərəfdarıyam. Bütün sahələrdə olduğu kimi yol patrul xidmətində də xanımların olması yaxşı olardı”.

29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb

Xəbər lenti