|
Xezerxeber.az-ın məlumatına görə, asqı qırıldığından bu yoldan istifadə edən sürücülər təhlükə ilə üz-üzədir. Çünki ağır dəmir maneə hər an düşə bilər.
Ərazidə olan iki dəmir maneədən biri tam qaydasında olsa da, digərinin bir tərəfi sıradan çıxıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, əraziyə baxış keçirilib. Problemin qısa zamanda həll edilməsi üçün Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verilib və əraziyə xüsusi qrup göndərilib.