Tütündən istifadə edən 235 avtobus sürücüsü barədə protokol tərtib edilib - RƏSMİ
“BakuBus”da sürücülərin işə qəbulunda "Əmək Məcəlləsi"nin bütün tələblərini nəzərdə saxlanır

2019-cu il ərzində Bakı Nəqliyyat Agentliyinə müntəzəm marşrut xətləri ilə bağlı 8382 şikayət xarakterli müraciət daxil olub. 407 avtobus sürücüsü barəsində protokol tərtib edilib ki, bunların 235-i sürücülərin tütündən istifadəsi ilə bağlıdır.

Yol-xeber.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Oxu.Az-ın son günlər sərnişinlərin müntəzəm marşrut xətləri ilə bağlı artan şikayətləri ilə əlaqədar sorğusunu cavablandırarkən deyib.

Onun sözlərinə görə, bütün bunlara səbəb olan birinci amil peşəkar sürücü çatışmazlığıdır:

 

“Bu gün avtobus sürücüləri ilə bağlı mövcud mənzərinin əsas səbəbkarları sərnişindaşıma şirkətləridir. Həmin daşıyıcılar sürücüləri gün ərzində 8 saatdan artıq işlədir. Bunun özü artıq çox ciddi qanun pozuntusudur. Hər gün səhər 6:00-dan axşam saat 22:00, 23:30 və ya daha gec müddətə qədər sükan arxasında əyləşən sürücüdən biz hansı peşəkarlığı, təhlükəsiz idarəetməni və ya nəzakətli davranışı tələb edə bilərik?

2019-cu il ərzində Bakı Nəqliyyat Agentliyinin qaynar xəttinə müntəzəm marşrut xətləri ilə bağlı rəsmi 8382 şikayət xarakterli müraciət daxil olub. Şikayətlər əsasında aparılan araşdırmalar zamanı 407 avtobus sürücüsü barəsində protokol tərtib edilib ki, protokolların 235-i sürücülərin tütündən istifadəsi ilə bağlıdır. Şikayətlər arasında sürücülərin yol hərəkəti və sərnişinlərlə etik davranış qaydalarının pozulması halları, marşrut xəttindən yayınma, dayanacaqdan kənar saxlama, hərəkət cədvəli və sxemlərinə riayət edilməməsi, müəyyən edilən tarifdən artıq gediş haqqının alınması və audiocihazlardan istifadə halları ilə bağlı məqamlar yer alır”.

M.Ağayev onu da əlavə edib ki, Bakı Nəqliyyat Agentliyi bu gün öz səlahiyyətləri çərçivəsində bu məsələnin həlli istiqamətində zəruri tədbirlər görür:

“Sürücülərin peşəkarlığını artırmaq məqsədilə onları təlimlərə cəlb edirik. Məlumat üçün bildirim ki, 2019-cu ildə 1066 nəfər sürücü təlimlərə cəlb olunub. “BakuBus” yaranan zaman avtobuslar xaricdən alınıb. Sürücülər isə, təbii ki, öz vətəndaşlarımız olub. Onlar daha əvvəl başqa marşrut xətlərində, başqa daşıyıcılarla əməkdaşlıq edirdilər. Digər daşıyıcılardan fərqli olaraq, “BakuBus”da sürücülərin işə qəbulunda "Əmək Məcəlləsi"nin bütün tələblərini nəzərdə saxlanır, iş və istirahət vaxtları düzgün bölüşdürülür, onlar gündəlik plan verməyə məcbur edilməyib.

Bəzən marşrut avtobuslarının istismarının “BakuBus”a verildiyi zaman əvvəlki daşıyıcının işə götürdüyü sürücülərin işsiz qalacaqlarına dair məlumatlar yayılır. Bu qətiyyən belə deyil. Qanunvericiliklə müəyyən olunan tələblərə cavab verən sürücülər “BakuBus”da işlə təmin olunacaq və sürücü kimi fəaliyyətlərini orda daha rahat formada davam etdirəcək”.

29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb

Xəbər lenti