Sərnişinlər yolun hərəkət hissəsində dayanmağa məcburdur
Sumqayıt şəhərində taksi sürücüləri, o cümlədən digərləri avtobus dayanacığını parkinqə çevirib. Yol-xeber.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçilərindən biri foto paylaşıb. Fotodan da göründüyü kimi, avtomobillər dayanacaqda elə saxlayıblar ki, avtobuslar yolun hərəkət hissəsində sərnişin mindirib, düşürməyə məcbur olurlar. Ümid edirik ki, Sumqayıt DYP buna qarşı ciddi tədbir görəcək.