|
Cəlilabad Rayon Polis Şöbəsi karantin günlərində yaşlı və imkansız insanlara yardımlarını davam etdirir. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları “Evdə qal” aksiyası çərçivəsində xüsusi karantin rejim qaydalarına uyğun olaraq çölə çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə bağlı yardım tədbirlərini davam etdirirlər.
Bu dəfə daha 30 ailəyə baş çəkib, onları sevindiriblər. Polis əməkdaşları rayonun müxtəlif ərazilərində olan belə insanlara ərzaq məhsullarından ibarət bağlamalar, tibbi maska və dezinfeksiyaedici vasitələr gətirib, onlara öz evlərində təqdim ediblər. Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan insanlar göstərdikləri diqqətə görə, polis əməkdaşlarına öz təşəkkürlərini ifadə ediblər. Eyni zamanda polis əməkdaşları da həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparıb, karantin rejim qaydalarına riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.