“Yollardakı çıxıntıların əsas əhəmiyyəti parklanma üçün şərait yaratmaqdır” - RƏY
Avtomobillər həmin çıxıntılarda park edilir və insanların səkilərdə rahat hərəkət etməsi təmin olunur

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yolların layihələndirilməsi həyata keçirilir. Bu zaman həmin yollarda müəyyən çıxıntılar inşa edilir. Bəs çıxıntıların əhəmiyyəti nədən ibarətdir?

Yol-xeber.az-ın məlumatına görə nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Report”a açıqlamasında bildirib ki, belə çıxıntıları inşa etməzdən əvvəl həmin yolda müşahidə aparmaq, onların mənfi effekt verməyəcəyinə tam əmin olmaq lazımdır:

“Bəzi küçələrdə təmir işləri bitdikdən sonra bu çıxıntıların yaxşı effekt verdiyini görürük. Çıxıntıların quraşdırılmasında əsas məqsəd parklanma üçün şərait yaratmaqdır. Bu işlər müvafiq qurumlarla müzakirə edilərək, razılaşdırılaraq, müəyyən hüquqi əsaslar üzərində həyata keçirilir. Bunun təbii ki, müsbət cəhətləri daha çoxdur. Çıxıntıları quraşdırmaqla əsasən parklanma üçün şərait yaradılır. Bununla avtomobillərin səkilərdə park edilməsinin qarşısı alınır.

 

 

 

 

Avtomobillər həmin çıxıntılarda park edilir və insanların səkilərdə rahat hərəkət etməsi təmin olunur. Artıq insanlar istəsə belə səkidən düşüb yol ilə hərəkət edə bilmirlər. Çünki düşsələr, parklanmış maşınların arası ilə getməli olacaqlar. Eyni zamanda, piyada səkidən düşsə belə, o, hərəkətdə olan avtomobilin yoluna çıxmış olmur. Bu metodlar dünyanın bir çox ölkələrində tətbiq edilir və bunları anlayışla qarşılamaq lazımdır. Həmin çıxıntılarda yol hərəkəti nişanlarını da quraşdırmaq mümkündür. Məsələn, sürücüləri xəbərdar etmək üçün bu çıxıntılarda yolun daralmasını bildirən nişan quraşdırmaq olar”.

 

29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb

Xəbər lenti