|
Polis əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət etməklə yanaşı, vaxtaşırı olaraq “Evdə qal” aksiyası çərçivəsində evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrə yardım tədbirləri keçirirlər. Daxili İşlər Nazirliyini Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, bu istiqamətdə Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları da mütəmadi olaraq tədbirləri davam etdirirlər. Bu tədbirlər çərçivəsində rayonun cəbhəboyu kəndlərində yaşayan maddi imkanı zəif olan sakinlərə və tənha yaşayan yaşlılara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar verilib. Həmçinin polis əməkdaşları hər bir sakinlə ayrı-ayrılıqda profilaktiki söhbətlər aparıb, onlara evdə qalmaqlarının vacibliyini izah ediblər.