Ekspert:                     “Karantin müddətinin uzadılması ictimai nəqliyyat üçün problem yaratmayıb”
Sərnişinlərin də narazılığına səbəb olacaq ciddi məsələlər yoxdur

Ölkədə tətbiq olunan karantin rejimi müddətində ciddi nəzarət altında fəaliyyət göstərən və əhalinin təhlükəsizlik və rahatlığının təmin edilməsi istiqamətində üzərinə əsas yük düşən sektorlardan biri də ictimai nəqliyyat sektorudur. 31 mart 2020-ci il saat 22:00-dan Bakı metrosunun fəaliyyətinin dayandırılması isə sərnişindaşıma sahəsində səlahiyyətli qurumlardan biri kimi Bakı Nəqliyyat Agentliyinin (BNA) məsuliyyətini daha da artırıb. Üstəgəl 18 aprel 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılıb.

Yol-xeber.az-ın məlumatına görə nəqliyyat üzrə ekspert Azər Allahverənov “Report”a açıqlamasında bildirib ki, karantin müddətinin uzadılması ictimai nəqliyyatda birbaşa olaraq çox da ciddi problemə səbəb olmayıb:

“Bu gün ictimai nəqliyyat sektoru insanların təhlükəsiz şəkildə və hər hansı ləngimə olmadan bir məntəqədən digərinə daşınılması funksiyasını üzərinə götürüb. Metro xətlərinin də bağlı olması səbəbilə sərnişinlərin böyük qismi avtobuslardan istifadə edir. BNA-nın əsas məqsədi xəttə buraxılan avtobusların sayını artırmaq, xüsusilə də iritutumlu avtobusların istifadəyə verilməsidir ki, insanların rahat şəkildə daşınması həyata keçirilsin. İkinci prioritet isə təhlükəsizliyin təmin edilməsidir. Əsasən də, koronavirus şəraitində təhlükəsiz daşınma olduqca vacib məsələdir. Bu istiqamətdə avtobusların içində sosial məsafə tətbiq edilir, salonda sıxlıq yaşanmasın deyə sürücülər nisbətən az sayda sərnişin götürməyə məcbur olur. Bu kimi tədbirlərin həyata keçirilməsi ictimai nəqliyyatdan istifadə edənlərin təhlükəsiz şəkildə daşınmasına xidmət edir. Karantin rejiminin tətbiq edildiyi ilk vaxtlarda bu sahədə müəyyən problemlər var idi. Xüsusən, günün pik saatlarında dayanacaqlarda çox saylı insanların toplaşması, sərnişinlərin avtobuslarda sosial məsafə gözləməməsi, qoruyucu maska və ya əlcəklərdən istifadə etməməsi müşahidə olunurdu. Sonrakı mərhələdə isə maarifləndirmə işlərinin aparılması, əlavə avtobusların xəttə buraxılması və digər tədbirlər bu problemləri qismən aradan qaldırdı”.

 

Ekspert qeyd edib ki, sərnişinlər arasında da avtobusların fəaliyyəti ilə bağlı ciddi narazılıqlar müşahidə edilmir:

“Faktiki olaraq bu gün hərəkətdə olan sərnişinlər karantin rejiminin qaydalarına uyğunlaşıb və elə də gözəçaracaq dərəcədə problemlər yaşanmır. İctimaiyyətin ümumi gedişata reaksiyası və ya sosial şəbəkədə gedən müzakirələrdən də görürük ki, bu gün ictimai nəqliyyat sektorunda ciddi problemlər yaşanmır. Kifayət qədər sayda avtobusların xəttə buraxılması, iritutumlu avtobusların istifadəyə verilməsi, yollarda tıxacın olmaması avtobusların hərəkətində intensivliyin qorunmasına xidmət edir. Əvvəllər insanlar dayanacaqda hansısa avtobusu uzun müddət gözləməli olduqlarından şikayət edirdilər. Bunun səbəblərindən biri də yollarda yaşanan tıxac idi. Nəticədə avtobuslar bəzən müəyyən olunmuş vaxtda dayanacağa çatmırdı. Bu kimi məsələlər mövcud karantin rejimində öz həllini tapıb. Fəal müdaxilələr nəticəsində bu məsələlərlə bağlı çox ciddi problemlər yaşanmır. Sərnişinlərin də narazılığına səbəb olacaq ciddi məsələlər yoxdur. Hansısa xırda problemlər varsa, o da zaman keçdikcə həllini tapacaq”.

30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”

Xəbər lenti