“Koronavirusa yoluxan polis əməkdaşlarından karantin müddətini bitirənlər var”.
Bunu unikal.org-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
E.Zahidov qeyd edib ki, həmin şəxslər bir müddət xidmətlərini davam etdirməyəcəklər:
“Hazırda koronavirusa yoluxduğu üçün müalicə alan polis əməkdaşlarının vəziyyəti stabildir. Onlar arasında müalicəsini başa vuran əməkdaşlarımız var. Dəqiq say açıqlaya bilmərəm, amma onlar xəstəxanadan evə buraxılıb. Həmin polis əməkdaşlarının bir müddət istirahət etməsi ilə bağlı qərar verilib. Onu da qeyd edim ki, son günlər polislər arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb”.