Həbsdəki icra başçılarının ortaq cəhətləri: ordenlər, pulsuz ...
“Həbs edilən məmurların harada saxlanması maddənin ağırlığından asılıdır”.

Bu fikri “Yeni Müsavat”a hüquq müdafiəçisi Səidə Qocamanlı bildirdi. Onun sözlərinə görə, həbs olunan icra başçılarının hansı təcridxanada saxlanılmasını istintaq müəyyən edəcək:

“Onlar elə bilirdilər ki, sadə adamları çapıb-talayacaqlar, istədiklərini edəcəklər, özlərinə mal-mülk alacaqlar və belə də davam edəcək. Ancaq bu həbslər göstərdi ki, əyalətlərdəki özbaşınalıqlara son qoyulacaq. Həmin məmurlar da bizim kimi sıravi adamlardır, sadəcə, dövlət rəhbərliyi onlara etibar etmişdi, idarəçiliyi tapşırmışdı, amma qiymətləndirmədilər, sui-istifadə etdilər, insanları narazı saldılar”.

S.Qocamanlı qeyd etdi ki, həbs edilən icra başçılarının Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında, yoxsa Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) saxlanılması onlara qarşı irəli sürülən ittihamlardan, maddələrdən asılı olacaq:

“Hələlik onları Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlayırlar. Məsələ burasındadır ki, həbs edilən vəzifəli şəxslər çoxdur. Sadəcə, onlara qarşı irəli sürülən ittihamlara əsasən kimisi Kürdəxanı təcridxanasında saxlanılır, kimisi DTX-də...”

Hüquq müdafiəçisi bildirdi ki, bölgələrdə həbslərin olacağını çoxu gözləyirdi: “Çünki əyalətlərdən şikayətlər çox idi. Prezidentə məktublar yazırdılar, mətbuatda şikayətlər çox idi, insanlar yerli idarəçilikdən narazılıq edirdilər.

Ona görə aparılan bu “təmizləmə”lər gələcəyə olan pozitiv siqnaldır. Məmurlara göstərmək lazımdır ki, siz “kiçik padşah”lar deyilsiniz, millət üçün işləməlisiniz, təkcə övladlarınızı, varidatınızı düşünməməlisiniz.

Ona görə son dövrlərdə nə qədər vəzifəli şəxs işdən çıxarıldı, yeni təyinatlar oldu. Bütün bunlar müsbət haldır, insanlar da pozitiv qarşılayırlar. Çox istərdim ki, boşalan kreslolara da xalqın dərdini çəkən kadrlar gətirilsin. Eyni zamanda digərləri “gözü çıxmış qardaş”dan nəticə çıxarmalıdırlar. İstənilən halda bu həbslər yerli idarəetmə sistemində dəyişikliklərə səbəb olacaq".

Qeyd edək ki, son 5 ayda beş icra başçısı həbs olunub. Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişli rayonlarının rəhbərləri rüşvət və korrupsiya faktı ilə kabinetlərində qandallanıblar.

Prezident İlham Əliyev çıxışlarında daim məmurların xalqa xidmət etməli olduqlarını xüsusi vurğulayıb. İcra başçılarının həbsini korrupsiyaya və kölgə iqtisadiyyatına qarşı ciddi mübarizəyə başlandığının anonsu kimi dəyərləndirmək olar. Prezident İlham Əliyev qeyd etmişdi ki, həyata keçirilən islahatlarda mühüm hədəflərdən biri də ölkədə korrupsiyaya və kölgə iqtisadiyyatına qarşı mübarizədir.

Adıçəkilən olaylarda həbs edilən icra başçıları ilə bağlı məqamda məhz bu iki amil qırmızı xətlə keçib. Belə görünür ki, proses İmişli ilə yekunlaşmaya bilər. Qarşıdakı günlərdə hansı rayon rəhbərinin həbs olunacağı maraqla gözlənilir.

30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər

Xəbər lenti