|
“Bayram günləri və həftəsonlarında sərt karantin rejiminin tətbiq edilməsi operativ qərargaha təklif edilə bilər”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
“Səyyar maska satışına başlanılıb. Metrolarda apteklərdə də satılır. İş yerləri açıldıqca maska qıtlığı yarana bilər. Evdə parçalardan maskalar hazırlamaq mümkündür”. /oxu.az