DYP  sərnişindaşıma ilə bağlı reyd keçirib - FOTO

440-dan artıq şəxs barəsində protokol tərtib edilib

Xüsusi karantin rejiminin tələblərinin təmin olunması məqsədilə sərnişindaşıma sahəsindəki vəziyyətə ciddi nəzarət olunur. Rayondaxili marşrutlarda sıxlığın yaranmaması, sərnişinlər arasında sosial məsafənin qorunması, həm sürücülərin, həm də sərnişinlərin sağlamlığının qorunması məqsədilə tibbi maskalardan istifadənin təmin olunması məqsədilə istər profilaktiki, istərsə də reyd xarakterli tədbirlər davam etdirilir. Yol-xeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən sərnişindaşıma ilə məşğul olan iri və kiçiktutumlu nəqliyyat vasitələri saxlanılmaqla karantin rejiminin tələblərinə riayət olunub olunmaması yoxlanılıb. Karantin qaydalarını pozanlar barəsində inzibati qaydada protokollar tərtib edilib. Marşrutlarda sərnişin sıxlığı hallarına çox rast gəlinməsə də, sərnişinlərin bir çoxunun maskadan istifadə etmədiyi üzə çıxıb. Həmin sərnişinlərə polis əməkdaşları tərəfindən maskalar paylanıb. Reyd zamanı eyni zamanda 2 nəfərdən artıq sərnişin daşıyan taksi sürücüləri də aşkarlanıb. Onlara da karantin qaydalarını pozduqları izah olunub və barələrində qanunamüvafiq tədbirlər görülüb.

 

Ümumilikdə isə indiyə qədər Lənkəranda yol patrul xidməti əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarını pozan 440-dan artıq şəxs barəsində protokol tərtib edilib.

 
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər

Xəbər lenti