|
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, bu istiqamətdə görülən işlər çərçivəsində Biləsuvar RPŞ-nin əməkdaşları sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığın qarşısının alınması məqsədi ilə həmin ərazilərə ciddi nəzarət edir, vətəndaşlara sosial məsafənin saxlanılmasının onların sağlamlıqları üçün mühüm əhəmiyyət kəsb etdiyi barədə məlumat verirlər.
Sakinlərə tibbi maska paylanaraq hər kəsə diqqətli olmağın, gigiyenik qaydalara riayət etmələrinin zəruriliyi tövsiyə edilir.