Lənkəranda xüsusi karantin rejiminin tələblərinə nəzarət gücləndirilib - FOTO
Sakinlər onlara həyata keçirilən genişmiqyaslı işlərə görə minnətdarlıqlarını ifadə ediblər

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mayın 1-dən ölkə ərazisində xüsusi sanitar rejimin tətbiq edilməsinə nəzarət Lənkəran rayonunda da gücləndirilib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən tədbirlərin kəsərliliyini daha da artırmaq məqsədilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Şəhər Rayon Polisinin Şöbəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev şəxsən sakinlərlə maarifləndirici söhbətlər aparıb, tövsiyələrini veriblər. Bir daha vətəndaşlara karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etmələrinin, tibbi-mühafizə vasitələrindən müntəzəm istifadə olunmasının, sosial məsafənin gözlənilməsinin, əsasən bankların qarşısında xüsusi işarələnmiş yerlərdə dayanıb növbə gözləməyin vacibliyi çatdırılıb. Maddi yardımların verilməsi ilə bağlı poçt məntəqələrinin, bankların, və digər idarələrin qarşısında sosial məsafənin gözlənilməsinin təmin edilməsi məqsədilə cizgilənmə işləri aparılıb. Tədbirlər zamanı zamanı Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ümumilikdə 1800-dən artıq vətəndaşa tibbi maska paylanılıb və evdən çıxarkən, qapalı məkanlarda, ictimai nəqliyyatda olan zaman nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə edilməsinin, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlanılmasının, bütövlükdə karantin və sanitar rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət edilməsinin onların və yaxınlarının sağlamlığı üçün zəruri olduğu qeyd edilib. Sakinlər də öz növbəsində onların sağlamlığını diqqətdə saxladıqlarına və bu istiqamətdə həyata keçirilən genişmiqyaslı işlərə görə minnətdarlıqlarını ifadə ediblər.

 

 

30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər

Xəbər lenti