|
Xüsusi təyinatlı ali təhsil müəssisələrində dövlət imtahanının ləğv edilməsi ilə bağlı qərarı həmin təhsil ocaqları özləri verməlidir.
Bunu Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarı haqda sualları cavablandıran Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov deyib.
O bildirib k, bu məsələ həmin təhsil ocaqlarının elmi şurası tərəfindən baxılıb müvafiq qərar qəbul edildikdən sonra nəzərə alınır. /Axar.az/