|
Qanunvericiliyə müvafiq olaraq, mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır, o cümlədən, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində dəmir yollarından, yolların, küçələrin, meydanların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qara ötürülməməlidir.
Baş Dövlət Yol Polisi İdarəsi mal-qara sahiblərinə xəbərdarlıq edərək, heyvanları asfalt və sement-beton örtüklü yollarla ötürmənin qadağan olduğunu, sürücülərə isə belə hallarla rastlaşarkən diqqətli olmağı və hərəkət sürətini minimuma endirməyin zəruri olduğunu bildirir.