Yol-xeber.az" xəbər verir ki, Layihə çərçivəsində ilk tədbir 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunub. Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Biləsuvar rayonu üzrə baş mütəxəssisi Rafət İsayev, mədəniyyət nümayəndələri və ictimaiyyət iştirak edib.
Tədbirdə Biləsuvar rayonu ərazisində orta əsrlər abidəsi olan Çöl Ağdam şəhərciyinə ekskursiya təşkil edilib, iştirakçılara abidə haqqında geniş məlumat verilib.