|
Bakıda bəzi yerlərdə dönər və ayran 1 manata satılır. Əsasən metroların giriş-çıxışında bu qiymətə dönərlərə rast gəlmək mümkündür.
Maraqlıdır ki, toyuq ətinin kiloqramı 6-7 AZN, mal ətinin isə 14-15 AZN-ə olduğu təqdirdə dönərlər bu qədər ucuz qiymətə necə satılır?
Bütün bunları özündə cəmləşdirən dönərin qiymətinin 1 manat olması təəccüb doğurur. Qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev atv-yə bildirib ki, heç bir şəxs keyfiyyətli məhsulunu ucuz qiymətə satmaz: "Br çox hallarda bu tələr ölmüş heyvanların tələri olur".