“Azərbaycan Dəmir Yolları” QSC-də  işə qəbul prosesləri  optimallaşdırılır

Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yeni inkişaf strategiyasına uyğun olaraq proseslərin səmərəli təşkil olunması və avtomatlaşdırılması  ilə əlaqədar  dəmir yollarının ehtiyacları, işçi heyətinə olan real təlabat və kadr potensialının inkişaf perspektivləri yenidən dəyərləndirilməkdədir. Hazırda vakansiyaların əsasən daxili kadr ehtiyatı hesabına komplektləşdirilməsi, işə qəbul prosesinin tam avtomatlaşdırılması, eyni zamanda daxili və xarici təlimlər vasitəsilə əməkdaşların bilik və bacarıqlarının əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülməkdədir.

ADY-də işə qəbul Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla Cəmiyyətin müvafiq sahədə daxili sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə prosesi müraciətlərin ilkin seçimi, namizədlərin test imtahanlarında iştirakı və müsahibə olmaqla 3 mərhələdən ibarətdir.

ADY-də avtomatlaşdırılmış işə qəbul sisteminin tətbiqində məqsəd müsabiqələrdə şəffaflığı və obyektivliyi təmin etməkdir. Belə ki, ilkin seçim mərhələsində namizədlərin göstəricilərinin vakansiyanın tələblərinə uyğunluğu sistem tərəfindən insan müdaxiləsi olmadan tam avtomatik şəkildə həyata keçirilir. Müsabiqə prosesi dövründə məlumat mübadiləsini operativ təmin etmək məqsədilə namizədlərə “sms” bildirişlər göndərilir. Test imtahanı mərhələsində isə imtahan nəticələri dərhal ekranda əks olunmaqla yanaşı namizədlərin birbaşa elektron poçt ünvanlarına da göndərilir.

Test mərhələsi Bakı şəhərində ADY-nin Test Mərkəzində, regionlarda isə qurumun müvafiq inzibati binalarında daşına bilən elektron cihazlar vasitəsilə həyata keçirilir. Müsahibə mərhələsində iştirak edən namizədlər müvafiq meyarlar əsasında qiymətləndirilir və proses video qeydiyyata alınır.

Əməliyyatların fasiləsizliyinin təmin edilməsi və vakansiyaların təcili komplektləşdirilməsi məqsədilə ADY-də daxili və xarici Kadr Ehtiyat Bazaları (KEB) yaradılmışdır. Müvafiq vakansiya üzrə müsahibəni uğurla keçən və ən yüksək bal toplayan namizədə iş təklifi olunur, daha az bal toplayan, lakin keçid balını toplayan namizəd(lər) isə KEB-ə daxil edilir. Müvafiq vakansiya yarandığı təqdirdə öncə daxili kadr ehtiyatı bazasına müraciət olunur, vakansiya(lar) komplektləşdirilə bilinmədiyi təqdirdə xarici kadr ehtiyatı bazasına müraciət edilir.

Qeyd edək ki, 2023-cü ilin I rübünə əsasən ADY-də elektrik və hərəkət tərkibinin idarəedilməsi  sahələri üzrə vakansiyalara daha çox ehtiyac yaranmışdır.

Dövlət Məşğulluq Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində 89 nəfər işsiz vətəndaş ADY-də təşkil edilmiş kurslara cəlb olunmuşdur. Onlardan 34 nəfəri hazırda ADY-nin müxtəlif strukturlarında çalışmaqdadır.

Ali və peşə təhsili müəssisələri ilə əməkdaşlıq çərçivəsində 2023-cü ilin I rübündə 67 ali  və 25 peşə təhsilli gənclər ADY-nin işçi heyəti sıralarına qoşulmuşdur.

ADY rəhbərliyi tərəfindən korporativ sosial məsuliyyət proqramı çərçivəsində müharibə iştirakçıları, qazilər və şəhid ailələrinə daim xüsusi həssaslıqla yanaşılır. Belə ki, hazırda Cəmiyyətdə 53 şəhid ailəsinin üzvü, I və II Qarabağ müharibələrinin 829 iştirakçısı çalışmaqdadır.

ADY-də yaranan vakansiyaları mütəmadi olaraq www.career.ady.az saytından və korporativ sosial şəbəkələrindən izləmək, yaranmış suallarla bağlı isə (99412) 499 65 40 nömrəsinə və ya hr.recruitment@ady.az elektron ünvanına müraciət göndərmək mümkündür. 

30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər

Xəbər lenti