Şöhrəddin Verdiyev: Reallıqları yaşayırıq


Azad Əhmədov - Azərbaycanın bugünkü uğurlarını düzgün dəyərləndirmək üçün keçilən yolun təhlili bir zərurət kimi qarşıda dayanır. Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə yaşanan durum yaddaşlardadır. Eyni zamanda, çoxəsrlik tariximizin qara səhifəsi kimi vərəqlənir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yenidən qurulan Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi, dünya birliyinin fəal üzvü kimi diqqətdə dayandı. Bu fakt inkaredilməzdir ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Müstəqilliyimizin ilk illərində ölkədə xaosun, anarxiyanın, özbaşınalıqların hökm sürməsi ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. Lakin Ulu Öndər Heydər Əliyevin yaratdığı sabitlik, normal biznes mühiti xarici iş adamlarının ölkəmizlə əməkdaşlığa maraqlarını artırdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. 1994-cü il mayın 12-də Ümummilli Liderin gərgin səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması sabitliyin daha da möhkəmlənməsinə, bütün sahələrdə uğurlu addımların atılmasına böyük zəmin yaratdı. Belə ki, həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı ki, bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. İllər keçdikcə Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi, əməkdaşlığın coğrafiyası daha da genişləndirildi. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrası nəticəsində Azərbaycanın iqtisadi imkanlarının artması fonunda ölkəmizin maliyyə imkanları da genişləndi ki, bu da öz növbəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımların atılmasını şərtləndirdi. Dahi şəxsiyyət Heydər Əliyev bildirmişdir ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Ümummilli Liderin 1999-cu ildə böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu da məhz neft gəlirlərinin idarə olunmasında şəffaflığın qorunmasına xidmət edir. Fondun vəsaitləri hesabına maliyyələşən sosial-iqtisadi layihələrin uğurlu icrası nəticəsində ümumilikdə ölkənin hərtərəfli inkişafı təmin edilir.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyimizin əsasları quruldu. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan Milli Konstitusiyamız Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda atdığı addımlar üçün təkmil mexanizmdir. Dövrün və zamanın tələblərinə uyğun təkmilləşmə bu ali sənədimizdə də öz əksini tapıb. Konstitusiyanın qəbulundan ötən dövrdə 3 dəfə sənədə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsi keçirilib. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributlar bərqərar olunub. İnsan hüquq və azadlıqlarının qorunması, müstəqil mətbuatın formalaşması və inkişaf etdirilməsi, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri addımlar atılıb. Bir sözlə, 1993-2003-cü illəri çağdaş tarixinə sabitlik, dirçəliş dövrü kimi yazan Azərbaycan Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində inkişaf edərək qüdrətli dövlətə, dünyada söz sahibinə çevrilib. Vaxtilə xəyal hesab edilən transmilli enerji və nəqliyyat layihələri uğurla reallaşdırılır. Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanaraq beynəlxalq münasibətlər sistemində yerini və rolunu daha da gücləndirir. Dövləti, xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin dünənimizin, bu günümüzün və sabahımızın əsası kimi dəyərləndirilən ideyaları yaşayır, yolumuzu daim işıqlandırır, yeni-yeni hədəfləri şərtləndirir. Ümummilli Liderin ruhu şaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi. Möhtəşəm Qələbəmizin sevincini və yaratdığı reallıqları yaşayırıq.
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər

Xəbər lenti