Taleh Səfərov: Müasir dövlətçilik tariximizin memarı
Eldar Abbasov - Dünya tarixinin inkişafının məntiqi təhlili onu göstərir ki, ölkələrin tərəqqiyə nail olaraq ölkələr sırasında öz layiqli yerini tutması üçün zəruri şərtlərdən biri də xalqın özünə lider seçdiyi şəxsin özünəməxsus keyfiyyətləridir. Belə ki, ölkələrin ərazi və iqtisadi imkanlarından asılı olmayaraq, onun hərtərəfli inkişafını təmin edən əsas amillərdən biri və ən əsası olan lider amilidir. Tarixi inkişaf proseslərinin mürəkkəbliyi və ziddiyyətliyi daxilində qlobal konteksdə qanunauyğunluqları müəyyən etməyi bacaran, bundan xalqının mənafeyi naminə məharətlə istifadə etməyə, gedən prosesləri düzgün qiymətləndirməyə və bu əsas da da qətiyyətli və praqmatik siyasət yürütməyi bacaran lider ölkəsini və xalqını potensial risklərdən qoruyur və onun sosial-iqtisadi və siyasi inkişafını təmin edən əsas faktora çevrilir.

Taleh Səfərov: Müasir dövlətçilik tariximizin memarı


Bunu demək yerinə düşər ki, hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş ulu öndər Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu. Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bənzərsiz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdur. Ulu öndər Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsas nüvəsini müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edirdi. Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində, həqiqətən, misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, ümumilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin intensiv inkişaf mərhələsini və tariximizin ən şanlı dövrünü təşkil edir.

Böyük idarəçilik təcrübəsinə malik ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli komponentlərini işləyib hazırlamış və onu dəqiqliklə həyata keçirmişdir. Bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan dövlətlərdən biridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib.

Ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz ulu öndər Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin həyat amalının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.

Ulu öndər Heydər Əliyevin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan ümumilli lider Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Ulu öndər Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.

Ötən əsrin 80-ci illərinin sonlarında dünyada tamamilə fərqli bir mənzərə formalaşmışdı. Yeni geosiyasi düzənə transformasiya sürətlənmiş, yeni qlobal dəyərlər sistemi meydana çıxmağa başlamışdır. Bu proseslər fonunda keçmiş ittifaq daxilində də xalqların müstəqillik arzuları baş qaldırmışdır. Doğrudur, ittifaqın süquta uğraması və müstəqil dövlətlərin həyata vəsiqə qazanması heç də asan yolla başa gəlməmişdir. Azərbaycan xalqı üçün də öz müstəqil dövlətini qurmaq, azadlıq ideallarına qovuşmaq çox gərgin, faciəli hadisələrin nəticəsində mümkün olmuşdur. 1990-cı ilin 20 Yanvar hadisələrini proseslərin dönüm nöqtəsi hesab etmək olar. Həmin dövrdə də yenə məhz ulu öndər Heydər Əliyev xalqının yanında olmuş, 20 Yanvar faciəsinin ertəsi günü Kreml rejiminin təqiblərinə baxmayaraq, öz ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bəyanat vermiş, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmiş, daha sonra SSRİ rəhbərliyinin apardığı siyasət nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti də Azərbaycanın dövlət müstəqilliyinə doğru irəliləməsində bayraqdar rolu oynamışdır. Həmin dövrdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək, "Sovet Sosialist” sözləri oradan çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmişdir. Həmçinin Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, Azərbaycanda da eyni qərar qəbul olunsun. Bundan başqa, 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə muxtar respublikada məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Bunlar Azərbaycan xalqının lideri tərəfindən müstəqillik uğrunda atılan növbəti addımlar kimi qiymətləndirilir. Çox təəssüf ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda mövcud olan hakimiyyət boşluğu, dövlət idarəçilik sükanını mənimsəyən və müəyyən dairələrin direktivləri ilə hərəkət edən qrupların, siyasi hakimiyyəti qeyri-qanuni, antidemokratik yolla ələ keçirən qüvvələrin yarıtmaz fəaliyyəti yenicə əldə olunmuş müstəqilliyi itirmək, Azərbaycan xalqının azadlıq ideallarından, müstəqillik kimi tarixi nailiyyətdən məhrum olmaq təhlükəsi yaratmışdı. 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunsa da, bu müstəqilliyi qoruyub saxlamaq üçün dövlətçiliyin əsasları yaradılmamış, cəmiyyətdə milli həmrəylik, milli birlik təmin olunmamışdır. Azərbaycanda hökm sürən hərc-mərclik, cinayətkarlığın artması respublikamızın həyatının bütün sahələrinə böyük zərbələr vurmuş, ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxarmışdır. İqtisadiyyat tamamilə məhv edilmiş, ciddi maliyyə böhranı meydana çıxmış, xarici siyasət sahəsində qeyri-sağlam vəziyyət yaranmışdır. Buna paralel olaraq, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti getdikcə genişlənmiş, 1993-cü ilin may-iyun aylarında ölkəmizdə siyasi böhran son həddə çatmış, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.

Taleh Səfərov: Müasir dövlətçilik tariximizin memarı


Belə bir şəraitdə Azərbaycan xalqının diqqəti yenidən xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevə yönəlmişdir. Bu dəfə də xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər xalqın tələb və təkidlərinə cavab verərək ölkəmizdə növbəti dəfə hakimiyyətə gələrək, Azərbaycanın dövlətçiliyini, ölkəmizin müstəqilliyini xilas etmiş, yüksəliş, inkişaf və sabitlik erasının əsasını qoymuşdur. Bu isə Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcı demək idi. 1993-cü il iyun ayının 15-də ulu öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinə Sədr seçilməsi parlamentarizm tariximizdə müstəsna əhəmiyyətə malikdir. Bu dövr Azərbaycan parlamentarizm tarixinin ən parlaq səhifələrini təşkil edir. Xalqımızın böyük oğlunun rəhbərliyi ilə parlament ali qanunverici orqan kimi ölkəmizin problemlərinin həlli ilə bağlı demokratik müzakirələrin keçirildiyi və siyasi mədəniyyətin hökm sürdüyü bir tribunaya çevrilmişdir. Parlamentin ictimai nüfuzu yüksəlmiş və effektiv qanunvericilik fəaliyyəti həyata keçirilmiş, mühüm qanunlar qəbul olunmuşdur. Bu qısa dövrdə ölkə həyatının ən müxtəlif sahələrini əhatə edən, iqtisadiyyatın yenidən dirçəldilməsi və vətəndaşların sosial mənafelərinin qorunmasına yönəlmiş, həmçinin beynəlxalq fəaliyyət sahəsində prioritetlərin əks olunduğu 120-dən artıq qanun və qərar qəbul olunmuşdur. Azərbaycan parlamentinə rəhbərlik etdiyi dövrdə Ulu Öndər ictimai sabitliyin bərpası, siyasi sistemin inkişafı, Azərbaycanın beynəlxalq təcridinin aradan qaldırılması istiqamətində yorulmadan fəaliyyət göstərmiş, mədəniyyətin, elmin, təhsilin inkişafına, gənc nəslin fəallığının artırılmasına böyük diqqət göstərmişdir. Beləliklə, çox qısa müddətdə Azərbaycan parlamenti ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkənin taleyüklü məsələlərinin həllində vacib rola malik olmuş, ölkəmizin müstəqil inkişafına öz dəyərli töhfələrini vermişdir. 1993-cü il oktyabr ayının 3-də keçirilən seçkilərdə Azərbaycan Prezidenti seçilən ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə qısa müddətdə ictimai nizam-intizam, siyasi sabitlik təmin edilmiş, milli təhlükəsizliyin sarsılmaz əsasları yaradılmış, qanunsuz silahlı birləşmələr tərk-silah edilmiş, nizami, güclü ordu quruculuğuna başlanmışdır. Hüquqi dünyəvi dövlət quruculuğu prosesinə start verilmiş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunmış, ölkəmizdə çox ciddi siyasi islahatlar aparılmağa başlanmışdır. Ulu öndər Heydər Əliyev ölkəmizin müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdışı və elmin, təhsilin, mədəniyyətin inkişafını təmin etmişdir. Yeni neft strategiyasının hazırlanması, bunun əsası olan "Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın qlobal enerji bazarında və beynəlxalq münasibətlərdə aktiv iştirakının təmin olunması, yeni və praqmatik xarici siyasət strategiyasının müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi həmin dövrdə ölkəmizin qarşısında tamamilə yeni inkişaf paradiqmalarının meydana gəlməsini şərtləndirmişdir. Azərbaycan ulu öndər Heydər Əliyevin müstəsna liderlik qabiliyyəti və yüksək idarəetmə məharəti sayəsində 1993-2003-cü illərdə öz inkişaf və sabitlik dövrünü yaşamış, müstəqilliyini möhkəmləndirmişdir.

Ulu öndər Heydər Əliyev Azərbaycanın xarici siyasətində tarazlaşdırılmış dövlət siyasəti təliminin müəllifidir. Dövlət müstəqilliyinin başlanğıc mərhələsində hakimiyyətdə olmuş səriştəsiz, naşı və süni utopik iddialara malik Azərbaycan iqtidarının yanlış hərəkətləri və səhv bəyanatları sayəsində həm qonşu dövlətlərlə və həm də digər ölkələrlə gənc respublikanın münasibətlərinin pozulduğu bir şəraitdə tarazlaşdırılmış xarici siyasət kursu mövcud ziddiyyətləri və etimadsızlığı aradan qaldırmaq üçün düşünülmüş və məqsədyönlü bir təlim idi. Ulu öndər Heydər Əliyev bu yolla həm qonşu ölkələrlə dağılmış münasibətləri bərpa edib daha da inkişaf etdirməyə nail olmuş, həm də dünya birliyi ilə müstəqil Azərbaycan Respublikasının yeni yaranmaqda olan əlaqələrini tarazlamışdır. Azərbaycan Respublikasının Avropa Şurasının üzvlüyünə qəbul edilməsi, müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağının Brüsseldə, Avropa Şurasının baş iqamətgahı qarşısında ucaldılması və dalğalandırılması ümummilli lider Heydər Əliyevin məqsədyönlü xarici siyasətinin real təntənəsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət kursu müstəqillik dövrümüzün yeni tarixi mərhələsinin reallığıdır.

Taleh Səfərov: Müasir dövlətçilik tariximizin memarı


Göründüyü kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik təlimi ölkəmizi və xalqımızı dövlət müstəqilliyinin çətin yollarından böyük uğurla keçərək, tarixin məsuliyyətli sınaqlarından alnıaçıq çıxararaq qarşıdakı daha böyük inkişafın strategiya və taktikasının müəyyənləşdirilməsini təmin etmişdir. Həyata keçirilən böyük islahatlar, atılan düşünülmüş addımlar Azərbaycan Respublikasının gələcək inkişaf yollarının möhkəm təməllərini təşkil etmişdir. Bütün bunlara görə uu öndər Heydər Əliyevi müstəqil Azərbaycan dövlətinin banisi və yaradıcısı hesab etmək obyektiv reallıqdır.

Ulu öndər Heydər Əliyev şəxsiyyətinin böyüklüyü həm də onunla əlaqədardır ki, onun ideyaları konkret zaman və məkan məhdudiyyəti tanımır. Ulu Öndərin müəllifi olduğu dövlətçilik konsepsiyası, dəqiqliklə işləyib hazırladığı strateji kurs sonrakı dövrdə də ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, inkişafına xidmət etmiş, Azərbaycanın gələcəyinə işıq tutmuşdur. Yeni əsrin və yeni minilliyin başlanğıcında ulu öndər Heydər Əliyev siyasətini davam etdirmək gücündə və iqtidarında olan, başlanılan qlobal işləri, transmilli layihələri uğurla həyata keçirə biləcək, Azərbaycanı Ulu Öndərin görmək istədiyi zirvələrə qaldıracaq yeganə lider möhtərəm Prezident İlham Əliyev idi. Ümummilli lider Heydər Əliyev də 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına tarixi müraciətində tam haqlı olaraq, cənab İlham Əliyevə böyük etimadını ifadə etmiş və bəyan etmişdir ki, "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”.

Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. İnamla deyə bilərik ki, bu siyasət 2003-cü ilin oktyabrından ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir.

Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində siyasi varisliyin təmin edilməsi respublikada davamlı və dayanıqlı inkişafın baş verməsini şərtləndirmişdir. Bununla belə, Azərbaycan Respublikasının keçdiyi inkişaf yolunda özünün çoxcəhətli mühüm xidmətləri, beynəlxalq aləmdəki böyük nüfuzu ilə Prezident İlham Əliyev öz erasını yaratmışdır. Azərbaycan Respublikasına rəhbərlik etdiyi 19 il ərzində Prezident İlham Əliyev dünyada gedən proseslərə, ölkədə baş verən hadisələrə daim yeni yanaşması, hər hansı bir məsələnin görsənən və görünməyən tərəflərini birlikdə təhlil edib dəyərləndirməsi, yeni çağırışlara vaxtında və yüksək səviyyədə cavab verməklə yanaşı, hətta bir çox hallarda fərqli çağırışların müəllifi kimi çıxış etməsi ilə səciyyələnir. Məsələn, ulu öndər Heydər Əliyev epoxasının dövlət idarəçiliyində Ulu Öndərin adı ilə bağlı olan kompleks yanaşma metodunu İlham Əliyev çoxvektorlu idarəetmə, yaxud şaxələndirilmiş iqtisadi inkişafın həyata keçirilməsi prinsipi ilə əvəzləmişdir. Yaxud ümummilli lider Heydər Əliyevə məxsus cəmiyyət hərəkatında millətlərarası münasibətlərin tənzimlənməsi işini İlham Əliyev multikulturalizm və tolerantlıq miqyasında həyata keçirmişdir. Bu anlayışların arasındakı yaxınlıq və fərqlər İlham Əliyevin siyasi varis kimi özünəməxsusluğunun ilkin göstəriciləridir.

Bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və bundan doğan regionda yaranan reallıqlardır. Bundan əlavə qeyd edək ki, regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında davamlı yüksəlişə malikdir. Şübhəsiz, bütün bunların əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Məhz bu ulu öndər Heydər Əliyevin görmək istədiyi müstəqil və güclü Azərbaycandır!

Müstəqil Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin milli tariximizdə misilsiz mövqeyə layiq qeyd edilməsi üçün Prezident cənab İlham Əliyevin xüsusi Sərəncamla 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi xalqımızın öz Ümummilli Liderinə məhəbbətini yüksək səviyyədə təcəssüm etdirir. Böyük öndərimiz Azərbaycançılıq ideyasının müəllifi kimi Azərbaycan tarixində həmişəlik yaşayır. Dahi şəxsiyyət Azərbaycançılıq məfkurəsini milli dövlət ideologiyası səviyyəsinə qaldırmış lider kimi Azərbaycan tarixində əbədiyaşarlıq qazanıb, dünya dövlətçilik təcrübəsində və Azərbaycan dövlətçiliyi tarixində ən universal dövlət xadimidir. Görkəmli dövlət xadiminin bioqrafiyasından kənarda müasir Azərbaycanın dövlətçilik tarixi mövcud deyil. Beynəlxalq aləmdə ulu öndər Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə ulu öndər Heydər Əliyev yada düşür. Bu, çoxminillik dövlətçilik tariximizdə xüsusi bir hadisədir.
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
21 Noyabr 2024 Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
21 Noyabr 2024 Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
20 Noyabr 2024 Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
20 Noyabr 2024 Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
19 Noyabr 2024 Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR

Xəbər lenti