HEYDƏR ƏLİYEV və onun qurduğu AZƏRBAYCAN

İlham Cəbrayılov - Müstəqilliyinin bərpasının ilk illərində parçalanmaq, müstəmləkəyə çevrilmək təhlükəsini yaşayan Azərbaycan məhz Vətənini, xalqını canından artıq sevən, müdrik siyasi xadim Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində böhrandan xilas olmuş, inkişaf və tərəqqi yoluna çıxmışdır.  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider müasir müstəqil Azərbaycan dövlətini qurub yaratmaqla tarix yazmışdır. Yüksək vətənpərvərlik və milli təəssübkeşlik hissinə malik olan vətəndaş, tarixi şəxsiyyət və Ümummilli Lider Heydər Əliyev cəmiyyətdə özünəinam hissini, ölkəmizdə sabitlik və firavanlığı təmin etmişdir.

Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir, Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət etmişdir. Azərbaycanda uğurlu dövlət quruculuğu həyata keçirilmiş, bütün sahələrdə köklü islahatlar aparılmış, beynəlxalq əlaqələri inkişaf etdirilmiş, dövlətimizin dünyada mövqeyi möhkəmlənmişdir.

Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi hər bir azərbaycanlının qürur mənbəyini təşkil edir. Bu tükənməz sərvət gələcək nəsillər üçün zəngin xəzinədir və onun öyrənilməsi vacibdir. Bu günə qədər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs edən çoxsaylı tədqiqat əsərləri, qiymətli kitablar, dəyərli monoqrafiyalar yazılıb. Bütün bunlar böyük dövlət xadiminin, dahi siyasətçinin zəngin siyasi irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi önəm kəsb edir.  Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir və ölkəmizi xoşbəxt gələcəyə aparan əvəzsiz mirasdır. Ölkəmizin bugünkü reallıqları Ümummilli Liderin qüdrətli Azərbaycan arzusunun gerçək olduğunu göstərir.

Son 20 ilə yaxın dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təkmil islahatlar, yeniliyə əsaslanan siyasət nəticəsində Azərbaycan möhtəşəm uğurlar qazanır. Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirir, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edir.

Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin və təhlükəsizliyin tam təmin olunduğu, sabitlik adası kimi səciyyələndirilən ölkədir. Eyni zamanda, Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən ölkə kimi tanınır və nüfuz qazanır. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası uğurla həyata keçirilir. Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləməkdədir. Neft gəlirlərindən səmərəli istifadə Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsində əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoymuşdu. Prezident İlham Əliyevin nümunəvi sosial siyasət kursu ölkəmizdə vətəndaş məmnunluğunun təmin olunması ilə müşaiyət olunur. Hər addımda özünə diqqət və qayğının şahidi olan xalqın Prezidentə inam və etimadı böyükdür, ətrafında sıx birləşərək gələcəyə böyük addımlarla irəliləyir. Məhz Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində Azərbaycanın bütün sahələr üzrə davamlı inkişafını təmin edən Prezident İlham Əliyevin rəhbərliyi sayəsində rəşadətli Azərbaycan Ordusu tariximizin şanlı Zəfər səhifəsini yazdı. Ümumiləşdirilmş şəkildə qeyd etsək, müstəqil və qalib Azərbaycan Ulu Öndərimizin görmək istədiyi Azərbaycandır, yeni-yeni hədəflərə nail olmaq üçün səylər göstərir.  Azərbaycan bundan sonra da Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində inkişaf yolunda qətiyyətlə addımlayacaq.

30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər

Xəbər lenti