Ulu öndər Heydər Əliyevin Azərbaycanın hüquq sisteminin inkişafında rolu -  AZƏRTAC


Natiq İsmayılov - Azərbaycanın hər günü Heydər Əliyev siyasətinin təntənəsidir. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanı inkişaf, tərəqqi yolun çıxaran Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsində yaradılan möhkəm təməl son 20 ilə yaxın dövrün uğurlarında əhəmiyyətli rol oynayır, ölkəmizi hər zaman yeni-yeni hədəflərə çağırır. 2003-cü ildən başlanan Böyük Yolun davamı  tarixi Zəfərimizdə özünün aydın ifadəsini tapdı.

2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərək bildirmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü ildə  Azərbaycan xalqının böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram” söyləyərək hədəfləri açıqladı və bildirdi ki, bütün bunları həyata keçirmək, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Ulu Öndər Heydər Əliyevin siyasəti davam etdirilməlidir: “Bu gün yüksək kürsüdən çıxış edərək mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm”.

Arxada qalan hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni Lideri, təkmilləşməni, yeniləşməni həyata keçirdiyi siyasətin ana xətti kimi qəbul edən Prezident Azərbaycana siyasi-iqtisadi, xarici siyasət, ordu quruculuğu sahəsində möhtəşəm uğurlar qazandırdı, ölkəmizi qüdrətli, sözünün imzası qədər dəyəri olan dövlətə çevirdi. Azərbaycan bu müddət ərzində gücləndi, beynəlxalq mövqeyini möhkəmləndirdi, 30 ilə yaxın davam edən işğala son qoydu.

Azərbaycan bu illərdə bütün sahələrdə davamlı uğurlara imza atdı. Sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi tanınan Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsi ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı. Qalib ölkənin qalib ordusu dünyanın ən güclü orduları sırasında yer aldı. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Azərbaycanın şanlı Zəfərini şərtləndirən amillər iqtisadi, siyasi, hərbi güc, ən əsası torpaq, Vətən sevgisi oldu. Prezident İlham Əliyev çevik siyasəti, sistemli və ardıcıl yanaşması, təkmil islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirdi. Bu illər ərzində regionda bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın fəal iştirakı ilə həyata keçirilib. Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi üzərində qurulan siyasət nəticəsində Azərbaycan böyük uğurlara imza atır.

Azərbaycan Ulu Öndərimizin görmək istədiyi kimi güclüdür, əzəmətlidir və dünyada böyük nüfuz sahibidir. Heydər Əliyev yolu daim Azərbaycana uğurlar qazandıracaq. Ulu Öndərin Azərbaycanın müstəqillik tarixində qoyduğu izlər, gördüyü işlər, ölkəmizin ən yüksək zirvələri fəth etməsi üçün yaratdığı möhkəm təməl bundan sonra da neçə-neçə tədqiqat işlərinin mövzusu olacaq. Zaman bizləri müstəqilliyimizin ilk illərindən uzaqlaşdırdıqca həmin dövrün reallıqlarını, bugünkü uğurlarımızda rolunu daha aydın görürük. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyev hər bir insanın qəlbində özünə bir əbədi abidə ucaldıb. O abidə müasir müstəqil Azərbaycan dövlətidir.

30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər

Xəbər lenti