Heydər Əliyev və müstəqil Azərbaycan

Zaur Həmzəyev - Ulu Öndər Heydər Əliyevin banisi olduğu milli kimliyimizi müəyyənləşdirən azərbaycançılıq məfkurəsi hər bir azərbaycanlının təfəkküründə silinməz sərvətdir. Elmi əsərlərdə milli kimlik ümumilikdə eyni dəyərləri, ənənələri və s bölüşən bir qrup insanın birliyini təmin edən bir məvhum kimi xarakterizə olunur. Təbii ki, müxtəlif məqalələrdə bu anlayış fərqli açıqlamalarla izah edilir.

Azərbaycan xalqının azərbaycançılıq məfkurəsinin əsasını qoyan Ulu Öndər özünün bir çox müdrik fikirlərində bu anlayışın əsasını təşkil edən yəni, xalqımızın bu günədək mövcudluğunu qoruyub saxlayan ən başlıca amili qeyd etmişdir: “Azərbaycan xalqını əsrlər boyu yaşadan, onu böyük bəlalardan, fəlakətlərdən qurtaran Azərbaycanın əsrlər boyu yaratdığı mənəvi dəyərlər olmuşdur.” Ulu Öndərin digər müdrik kəlamına nəzər yetirək: "Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki, başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür". Beləliklə, Ulu Öndər Heydər Əliyev mənsub olduğu Azərbaycan xalqının keçdiyi tarixi sınaqları bilərək mənəvi dəyərlərimizin milli birliyimizin təmin olunmasında əvəzsiz rola malik olduğunu anlayırdı. Bunun üçün o xalqımızın sovet imperiyasının əsarəti altında olmasına baxmayaraq atdığı hər bir addımda gələcək üçün müstəqil Azərbaycanın varlığını təmin edəcək xalqın milli təfəkkürünü formalaşdırmaq üçün həyati əhəmiyyətli səylər göstərirdi. Xalqın milli kimliyə sahib olması həm də onun azadlığını və bunun uğrunda mübarizəsini müəyyənləşdirən başlıca amildir. Ya milli kimliyə sahib olub öz qərarları ilə istədiyi kimi yaşamalı, ya da başqa dəyərlər içərisində yox olmalı.

Tarixən imperiyaların xalqlara qarşı apardığı siyasətlərdən biri də xalqın sahib olduğu xüsusiyyətlərdən biri yəni, onun dilini unutdurmaq olmuşdur. Çünki, dil olmadıqda hər hansısa bir xalqın nümayəndəsi öz milli təfəkkürünə uyğun şəkildə özünü ifadə edə bilmir və nəticədə asimilasiyaya məruz qalır.  Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR-nin Konstitutsiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması xalqımızın milli kimliyinin qorunması üçün atılan xilaskar addımlardan biridir.

Milli-mənəvi dəyərlərimizin xalqımızın azadlığı üçün birliyini təmin edən ən başlıca amil olduğunu bilən Ulu Öndər çox yaxşı bilirdi ki, yaxın gələcəkdə Azərbaycan müstəqil olacaq. Bunun üçün xalqın vahid azərbaycançılıq məfkurəsi ətrafında birləşməsinə böyük zərurət yaranacaq. 1991-ci ilin oktyabr ayını 18-də Azərbaycan öz müstəqilliyini elan etdi və xalq qısa zaman çərçivəsində müstəqilliyimizi qorumağın, onu möhkəmləndirməyin yeganə yolunun Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşərək onu təkidlə hakimiyyətə çağırmaq olduğunu bildi. Azərbaycan xalqı belə tarixi sınaqda milli birlikdən qaynaqlanan bu addımı atmaqla müasir və müstəqil Azərbaycanın möhkəm təməllər üzərində qurulmasının əsasını qoydu. Ümumilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 10 illik müddətdə ölkəmizdə sabitlik, təhlükəsizlik bərqərar edildi, sosial-iqtisadi inkişafın təmin olunması üçün vacib təməllər atıldı. Bütün bunlar azərbaycançılıq məfkurəsi altında xalqımızın vətənə olan bağlılığı və sədaqəti sayəsində baş tutdu.

Bu gün Azərbaycan bütövdür və xalqımız 44 günlük Vətən Müharibəsində də Prezident İlham Əliyevin ətrafında bir yumruq şəkilində birləşərək ərazi bütövlüyümüzün bərpa olunmasına nail oldu. Xalqımızın nümayiş etdirdiyi bu milli birlik məhz Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq məfkurəsinin onun təsəvvür etdiyi və görmək istədiyi şəkildə təzahürü idi.

30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər

Xəbər lenti