Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə Biləsuvar şəhərində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan geniş konsert proqramı təşkil olunub.
Biləsuvar rayon Mədəniyyət Mərkəzində keçirilən konsertdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti, Xalq artisti Gülyaz Məmmədova, respublika va beynəlxalq müsabiqələr laureatı Rəvanə Qurbanova, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Taleh Yəhyayev və digər solistlər çıxış ediblər.