ddd

Yol-xeber.az" xəbər verir ki, Məlumat üçün bildiririk ki, mayın 31-i saat 00:30-da Şəmkir rayonunun Dəllər-Zəyəm mənzilində yerləşən tənzimlənən dəmiryol keçidində fəaliyyət göstərən keçid növbətçisi naməlum şəxs tərəfindən təhdid edilmiş, daha sonra isə növbətçi otağına ziyan vurulmuşdur.

Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Şəmkir rayonunun Sabirkənd kəndinin sakini Hüseynov Allahverdi Etibar oğlu saxlanılmışdır.

Keçid növbətçisinin səhhəti normaldır, xəsarət alan olmamışdır. Dəmir yolunda hərəkət qısa müddətdə bərpa edilmişdir.

Qeyd edək ki, maddi ziyanla nəticələnən hadisə nəticəsində müvafiq sahədə quraşdırılmış Mikro Prosessor Mərkəzləşməsi sisteminin qurğuları, o cümlədən rabitə-işarəvermə avadanlıqları və elektirik naqilləri sıradan çıxıb.

Xatırladaq ki, dəmir yolu infrastrukturuna ziyan vurulması, qatarlara daş atılması, dəmir yolu relslərinin üzərinə kənar əşyaların qoyulması, eləcə də dəmir yolunun üst quruluş elementlərinin oğurlanması və digər neqativ hallar qatarların qrafik üzrə təhlükəsiz hərəkətinə, sərnişinlərin və piyadaların həyatına, o cümlədən dəmir yolları ilə daşınan yüklərin dağılmasına, ətraf mühitin çirklənməsinə təhlükə yaradır.

Vətəndaşlara tövsiyə edirik ki, dəmir yollarının xüsusi əhəmiyyətli obyekt olmasını nəzərə alaraq əmlaka zərər vurulması  və oğruluq halları ilə rastlaşdıqda ADY-nin “1822” qaynar xəttini və DİN-in “102”  xidməti-zəng mərkəzini dərhal məlumatlandırsınlar.

Eyni zamanda hərəkət iştirakçılarını dəmir yolu xətləri boyunca piyadalar üçün nəzərdə tutulmuş keçidlərdən istifadə etməyə, nəqliyyat vasitələrinin sürücülərini isə ‘’Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə riayət edərək dəmir yolu keçidlərindən düzgün istifadə etməyə çağırırıq

30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər

Xəbər lenti