Yol-xeber.az" xəbər verir ki, Biləsuvar rayon Səmədabad kəndindəki Heydər Əliyev parkında Rayon İcra Hakimiyyətinin və Biləsuvar Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 15 iyun Qurtuluş Gününə həsr olunan konsert proqramı təşkil edilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Konsertdən sonra möhtəşəm atəşfəşanlıq olub.