|
“İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengör Azərbaycanda iyulun 4-ü gecə 00:01-də zəlzələ olacağını demişdi? Xeyr. Mən də deyirəm ki, Yaponiya, İran, Çində zəlzələlər olacaq. Olanda deyərsiniz demişəm”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirib.
“Fevralın 6-da Türkiyənin bir sıra bölgələrində zəlzələ olandan sonra İstanbulda zəlzələ olacağı deyildi. 20 milyonluq şəhər əhalisi zəlzələ anını oturub gözləməlidir? Bu, absurddur. Ona görə deyirəm ki, şayiələrə inanmayın”, - deyə o qeyd edib.
Xatırladaq ki, türkiyəli akademik, dünya şöhrətli geoloq, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengör Azərbaycanda 7,5 bal gücündə zəlzələ olması ehtimalını qeyd etmişdi.