|
Yol-xeber.az" xəbər verir ki, Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Daşkəsən rayonu ərazisində fəsadlara səbəb olub.
Belə ki, intensiv yağıntılar nəticəsində respublika əhəmiyyətli Daşkəsən-Gəncə və yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə, Çanaxçı-Alaxançallı, Zağalı-Kollu-Çıraqlı, Qaraqollar-Muşavaq, Xoşbulaq-Astaf, Quşçu-Çovdar-Çaykənd, Quşçu-Zəylik və Tapan-Qazaxlar avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və qaya parçaları tökülüb, 32 ədəd suötürücü boruya ziyan dəyib.
Sözügedən yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “31 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunaraq qısa müddət ərzində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
YOLUNUZ AÇIQ OLSUN...