Kamaləddin Qafarov: “Ermənilər  Füzuli şəhərini yerlə-yeksan etmişdilər...”“1993-cü ilin avqust ayının 23-də Füzuli şəhəri və rayon ərazisinin böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Rayon sakinləri təpədən-dırnağa kimi silahlanmış işğalçı erməni ordusu ilə doğma torpaqlarının müdafiəsi uğrunda apardıqları qeyri-bərabər savaşda acı məğlubiyyətə uğradılar. Füzulinin müdafiəçiləri həmin döyüşlərdə 663 nəfər şəhid verdilər. Daha 400 nəfərədək rayon sakini əlil oldu, 181 nəfər əsir və itkin düşdü. İşğaldan əvvəl tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin olan Füzuli rayonu ərazisində həmin dövrdə 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. İşğal dövründə erməni vandalları xalqımıza məxsus olan tarixi-mədəni irsin bütün bu nümunələrini talan edərək dağıdıblar.”

Bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, məhz Füzuli işğal dövründə ən çox dağıntılara məruz qalmış rayondur. “ Füzuli şəhəri ermənilər tərəfindən tamamilə yerlə-yeksan edilib. Rayon ərazisində bir dənə salamat kənd, bir dənə salamat bina qalmayıb. İşğal başa çatdıqdan sonra buraya gələn hər bir insan erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Təsadüfi deyil ki, ermənilər öz vəhşiliklərini gizlətmək üçün işğal dövründə buraya heç kimi, hətta beynəlxalq təşkilatların nümayəndələrini də buraxmırdılar.”

Deputat qeyd edib ki, Füzuli rayonunun azad olunması Vətən müharibəsinin gedişində əldə olunmuş strateji əhəmiyyətli mühüm qələbələrdən biri idi: “Füzulinin dörd kəndi II Qarabağ savaşının ilk günündə işğalçılardan təmizlənmişdi. 2020-ci ilin sentyabrın 27-də rayonun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri azad olundu. Oktyabrın 17-də isə Azərbaycan Ordusu Füzuli şəhərini və daha bir neçə kəndi işğalçılardan azad etdi. Vətən müharibəsinin gedişində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad olunub. Bu ərazilərdə Azərbaycan bayrağı qaldırılıb və uzun fasilədən sonra Azərbaycan dövləti bu torpaqlarda öz suverenliyini təmin edib. Ölkə Prezidenti İlham Əliyev bu tarixi hadisəni xüsusi qiymətləndirərək 17 oktyabr gününün Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacağını bildirmişdir. Füzulinin azad olunması ilə Cəbrayıldan və Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan təmizləndi. Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi, çünki bu şəhərin strateji yerləşməsi xüsusilə əlverişlidir.”

Prezident İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə mütəmadi etdiyi səfərlərin xüsusi önəm kəsb etdiyini vurğulayan K.Qafarov bildirib ki, dövlət başçımızın hər belə səfəri bir sıra açılış və təməlqoyma mərasimləri ilə əlamətdar olur: “Dövlət başçımızın Füzuliyə etdiyi səfərlərin gedişində Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoyma mərasimi, Füzuli rayonunda hava limanının təməlinin qoyulması, Füzuli şəhərinin Baş planının təsdiqlənməsi, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi, Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlqoyma mərasimi, Füzuli şəhərində çoxmənzilli yaşayış məhəlləsinin və Peşə Liseyinin təməlqoyma mərasimləri kimi əhəmiyyətli tədbirlər keçirilib. Əlbəttə ki, bu tədbirlər arasında cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışı xüsusi əhəmiyyət kəsb edir. Açılış mərasimi 2021-ci ilin oktyabr ayının 26-da baş tutdu.”
Deputat belə bir məqamı da vurğulayıb ki, Füzuli uğrunda gedən döyüşlərdə Azərbaycan ilk Qələbəsini hələ 1994-cü ildə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında əldə edib: “Füzulinin işğalından cəmi beş ay sonra, 1994-cü ilin 5 yanvar tarixində Ulu Öndər Heydər Əliyevin əmri ilə hücuma keçən Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələri tərəfindən Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdu. O zaman işğaldan azad edilmiş ərazilərdə rayon əhalisinin 50%-ə qədəri yaşayırdı. Bu, Füzuli uğrunda gedən döyüşlərdə Azərbaycanın, Azərbaycan Ordusunun ilk böyük qələbəsi idi. 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, bu il aprel ayının 23-də Ermənistanla sərhəddə Laçın sərhəd-keçid məntəqəsini yaratmaqla sərhədlərinə tam nəzarəti təmin etdi və nəhayət, sentyabrın 20-də bütün ölkə öz suverenliyinə qovuşdu” .
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb

Xəbər lenti