Yol-xeber.az" xəbər verir ki, 21 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsi tərəfindən Qəbələ Mədəniyyət Mərkəzində “2023-cü il Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq "Ümummilli Lider Heydər Əliyev mədəni irsimizin keşiyində” başlığı altında 14 rayonun baş mütəxəsislərinin iştirakı ilə regional tədbir keçirilmişdir. Tədbirdə Ümummilli Liderin mədəni irsimizin qorunması sahəsində gördüyü işlər barədə geniş məlumat verilmişdir.