Elnur İsmayılov: Yeni dövrün yeni hədəflərinə doğru

Nazim Eynallı - 2024-cü il, 7 fevral, həmin gün Azərbaycan daha bir tarixi hadisəyə imza atdı. Xalqımızın yüksək bayram əhval-ruhiyyəsi ilə keçirdiyi növbədənkənar prezident seçkiləri müasir tariximizin növbəti şanlı səhifəsinə çevrildi. 7 fevral seçkiləri müstəqillik tariximizdə ilk dəfə olaraq suveren haqlarını bərpa edərək ərazi bütövlüyünü tam təmin etmiş ölkəmizdə, vətəndaşlarımızın növbəti 7 il üçün dövlət başçısını seçməsi ilə əlamətdar idi. Bununla da Azərbaycanda yeni dövrə, Qarabağlı, Şərqi Zəngəzurlu bütünləşmiş Azərbaycanın inkişafına qədəm qoyuldu. Bugünkü Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə sayılır, özünəməxsus inkişaf modelləri ilə tanınır. Son 20 ilin mənzərəsi göstərir ki, həm siyasi və hərbi müstəvidə, həm də ölkəmizdə gedən proseslər baxımından bu günə qədər keçdiyimiz yol düzgün yoldur. Sözsüz ki, müdrik xalqımız bu yolun davam etməsini istəyir və 7 fevral seçkisinin nəticəsi bunu əyani şəkildə təsdiqlədi. Bir sıra analitiklərin fikrincə, bu seçkilər həm də xalqın dövlət başçısına hörmət və minnətdarlığını ifadə etməsi üçün bir imkan oldu. İlham Əliyevin seçkidəki qələbəsi xalq-dövlət birliyinin növbəti təntənəsi idi. 14 fevral tarixində keçirilən inaqurasiya mərasimində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin proqram xarakterli çıxışı prioritetlərin ardıcıllığını göstərdi. İlham Əliyev ölkə inkişafının əsas istiqamətləri haqda danışanda ordu qurculuğu, hərbi sənayenin inkişafı, sərhədlərin qorunmasının gücləndirilməsi, xarici risklərdən qorunmaq, milli birlik, azərbaycançılıq, azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması, iqtisadi və sosial sahədə inkişaf, yoxsulluq və işsizliyin aradan qaldırılması, xarici investisiyaların cəlbi, nəqliyyat infrastrukturu, tranzit imkanlarından faydalanmaq, texnoloji və süni intellekt sahəslərinin inkişafından, xarici siyasətin əsas prioriteti kimi isə Türk Dövlətləri Təşkilatına inteqrasiyasını göstərib. Yeni dövrdə iqtisadi islahatların daha da dərinləşməsi, investsiyası mühitinin daha da yaxşılaşdırılması, eləcə də sosial-təminat tədbirlərinin daha da gücləndirilməsi kimi hədəflər var. İlk növbədə gələcək illərdə qarşımızda duran əsas vəzifələrdən biri Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. Bu istiqamətdə 2020-ci ildən sonra atılmış addımlar, 2023-cü ildə bir sutkadan qısa müddətdə həyata keçirilən antiterror əməliyyatları deyilənlərə sübutdur. Silahlı Qüvvələrimizin gələcək inkişafı üçün lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Silahlı birləşmələrimiz daim düşmənə cavab verməyə hazır vəziyyətdədir. Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal verilmiş adekvat cavab dediyimizin təsdiqidir. İşğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması öz prioritetliyini qorumaqla yanaşı, 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 140 min vətəndaşımızın məskunlaşması gözlənilir. Bu, Qarabağ iqtisadiyyatının yenidən formalaşması və reinteqrasiyası deməkdir. Bu ərazilərimiz Azərbaycan üçün 10 milyard manatdan artıq yeni dəyər formalaşdıra biləcək. Bu kontekstdən Qarabağ və Şərqi Zəngəzur yeni dövrdə Azərbaycanın iqtisadi inkişafının yeni hərəkətverici qüvvələrindən birinə çevriləcək. Əzəmətli tarixə çevrilmiş inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Ötən 20 ildə İlham Əliyevin rəhbərliyi ilə respublikamız ulu öndərin həyata keçməyən ideyalarını layiqincə reallaşdırdı. Ulu öndər Heydər Əliyevin yolunu davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixin ən güclü və qüdrətli Azərbaycanını yaratdı, torpaqlarımızı işğaldan azad etdi, ölkənin ərazi bütövlüyünə nail oldu, milli qürurumuzu, mənliyimizi geri qaytardı.
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur

Xəbər lenti