Kamaləddin Qafarov: “Zəfərimiz siyasi islahatlara yeni təkan verdi”
“Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində ilk növbədə işğala son qoyması və keçən il ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi fonunda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən son illər həyata keçirilən həm iqtisadi, həm də siyasi islahatların əhəmiyyəti daha qabarıq formada özünü göstərir. Bu baxımdan siyasi islahatların rolu xüsusi qeyd oluna bilər və onlardan biri də 2020-ci ildə keçirilmiş növbədənkənar Parlament seçkiləri olmuşdur. Sağlam rəqabət mühitində keçirilmiş bu seçkilərdə bütün siyasi qüvvələrin iştirak etməsi ölkədə demokratiyanın getdikcə daha da dərinləşməsini nümayiş etdirmişdi.”

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev həmin ilin mart ayının 10-da keçirilmiş altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında etdiyi çıxışında ən vacib məsələlərdən biri kimi ölkənin siyasi sisteminin inkişafında çoxpartiyalılığın yeri və rolu ilə bağlı oldu. “Məlumdur ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Buna görə də Prezident Administrasiyasının nümayəndələri mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirdilər və bu təcrübə indi də davam etdirilir. O cümlədən qanunvericilik sahəsində siyasi sistemin daha da təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən bundan sonra da lazımi addımlar atılacaq. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq və bu məqsədlə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri yaradılmalıdır.”

K.Qafarovun fikrincə, bu gün ölkəmizdə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır: “Artıq neçə müddətdir ki, bütün sahələrdə aparılan kadr islahatları da təsdiq edir ki, ölkədə keçirilən islahatlar çoxşaxəli və əhatəli xarakter daşıyır. O cümlədən, mərkəzi və yerli icra orqanlarında, bütün dövlət qurumlarında aparılan təmizləmə işləri, birmənalı olaraq, xalqın iradəsini ifadə edir və milli maraqlara söykənir. Sözsüz ki, milli maraqların qorunması konsepsiyası mütləq şəkildə gənc nəslin sağlam vətənpərvər ruhda formalaşmasını da nəzərdə tutur. Buna görə də Azərbaycan gəncliyinin milli-vətənpərvər ruhda tərbiyə almaları, xarici təsir altına düşməmələri həm dövlətin, həm də bütün cəmiyyətimizin qarşısında duran ən vacib məsələlərdən biridir. Əsl vətənpərvərlik fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, mübarizədə inam hissini gücləndirir. Məhz bu hisslər şanlı Azərbaycan Ordusuna Vətən müharibəsində qələbə qazanmaq əzmi verdi. Gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi də onlara göstərilən yüksək etimadla izah olunur. Prezident cənab İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında bu məsələ ilə bağlı söylədiyi fikirlər də təsdiqləyir ki, gənc nəslin milli və hərbi-vətənpərvərlik hissləri ilə tərbiyə olunmasında dövlətlə xalqın üzərinə düşən vəzifə eynidir. Dövlət başçısı bir daha qeyd edib ki, milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması ilə bağlı qanunvericilik bazası daha geniş olmalıdır. Bu, düşünürəm ki, deputatlarımız qarşısında qoyulmuş mühüm vəzifədir və onun effektiv icrası üçün bütün imkanlar səfərbər olunmalıdır”.
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib

Xəbər lenti